Məktəb və mədrəsələr.
Monqol hücumları Azərbaycan mədəniyyətinə
mənfi təsir göstərsə də, onu inkişafdan saxlaya bilmədi. Azərbaycan Şərqin əsas
elm və mədəniyyət mərkəzlərindən biri olaraq qalırdı. Təhsil sisteminin əsasını
məktəb və mədrəsələr təşkil edirdi. Məktəb əsasən ibtidai təhsil verirdi. Burada
şagirdlərə yazmağı və oxumağı öyrədirdilər. Əsas diqqət şəriət dərslərinə.
Quranın oxunuşuna yönəldilirdi. Orta təhsil müəssisələri mədrəsələr idi. XIII -
XIV əsrlərdə Təbrizdə Qazaniyyə, Qiyasiyyə, Fələkiyyə, Məqsudiyyə, Nəsriyyə
adlı mədrəsələr vardı.
Təbriz Universiteti
Təbrizin Rəbi Rəşidi məhəlləsində Fəzlullah Rəşidəddin tərəfindən
yaradılmış ali mədrəsə - Universitet Bağdaddakı Nizamiyyə mədrəsəsindən
sonra Şərqdə ikinci ali təhsil ocağı idi. XX əsrin əvvəlinə kimi Azərbaycanda və
qonşu Şərq ölkələrində bu tipli mədrəsə olmamışdır. Təbriz Universitetində
təbiətşünaslıq, tarix, fəlsəfə, təbabət, ilahiyyat, astronomiya və başqa şöbələr
fəaliyyət göstərirdi. Universitetdə 500-ə qədər alim dərs deyir, 7 min tələbə
oxuyurdu. Tələbələrin 6 min nəfəri müxtəlif müsəlman ölkələrindən gəlmişdi.
Universitetlə birlikdə Alim və Tələbə məhəllələri, 60 min kitaba malik böyük
bir Kitabxana Rəbi Rəşidi məhəlləsində yerləşirdi.
Şam - Qazandakı iki böyük kitabxana qiymətli kitablar xəzinəsi hesab
olunurdu.
Elmin inkişafı,
1259-cu ildə Marağada Nəsirəddin Tusinin rəhbərliyi ilə
açılmış rəsədxana və XIV əsrin əvvəlində Şam - Qazanda tikilmiş rəsədxana
Şərqdə astronomiya elminin mərkəzlərinə çevrilmişdi. Ürgənc və Rey
rəsədxanaları nümunəsində tikilmiş Marağa rəsədxanası Avropada elmin
inkişafına, eləcə də Səmərqənddəki Uluqbəy və Pekin rəsədxanalannm elmi
fəaliyyətinə müsbət təsir göstərmişdi.
Marağa rəsədxanasının fəaliyyətində əvəzsiz rol oynayan Nəsirəddin
Tusi (1201 - 1274) Hülakü xanın məsləhətçisi, Abaqa xanın isə vəziri olmuşdu.
O, ”Zic Elxani” (“Elxani cədvəlləri”),”Təhriri - Öqlidis” (“Evklidin şərhi”)
əsərləri ilə elmə böyük töhfələr vermişdir. O, planetlərin hərəkətinə dair çox
dəqiq cədvəllər hazırlamış və demək olar bütün planetlərin ölçülərini
hesablamışdı. Onun ”Əxlaqi - Nasiri” əsəri yüz illər boyu Şərq ölkələrinin
məktəblərində dərslik kimi istifadə olunmuşdur. Böyük alimin qəbri üzərində
“Elm ölkəsinin şahı” sözləri yazılmışdır. Fəzlullah Rəşidəddin Nəsirəddin
Tusini «dünyanın müəllimi» adlandırmışdı.
110
Məşhur Azərbaycan alimi Məhəmməd Naxçıvani İbn Sina kimi
sağlamlığı insanın əqli və fiziki inkişafının əsası hesab edərək, ölkədə müalicə
evlərinin - Dar üş-şəfaların (şəfa evləri) olması haqqında ətraflı məlumat
vermişdi. Azərbaycanın yalnız cənub ərazisində 67 şəfa evi var idi. Ölkədə
daruxanalar (apteklər) da fəaliyyət göstərirdi.
Məhəmməd Naxçıvani uzun müddət dövlət katibi və ölkənin baş qazısı
kimi fəaliyyət göstərmişdi.
Hülakülər dövlətinin baş vəziri Fəzlullah Rəşidəddinin məşhur “Came
ət təvarix” (“Tarixlər toplusu”) əsərində dünya və Azərbaycan tarixinə diqqət
yetirilmişdir.
Coğrafiya sahəsində Zəkəriyyə Qəzvininin, Həmdullah Qəzvininin və
Əbdürrəşid Bakuvinin əsərlərini xüsusilə qeyd etmək lazımdır. Dilçilik
sahəsində Hinduşah Naxçıvani və onun oğlu Məhəmməd Naxçıvani daha çox
tanınır.
Memarlıq və incəsənət.
Monqolların ikinci yürüşü dövründə dağıdılan
Gəncə şəhərinin bərpasına 1239-cu ildən başlandı. XIII - XIV əsrlərin
qovşağında Sultaniyyə və Mahmudabad şəhərləri salınmışdı.
Abşerondakı Mərdəkan dairəvi və dördkünc qalaları. Nardaran,
Ramana qalaları, Təbrizdə Elxani vəziri Tacəddin Əlişahm tikdirdiyi “Əlişah
məscidi” (sonralar “Ərk qalası” kimi tanınmışdır) Naxçıvandakı Gülüstan
türbəsi, 1305 - 1313-cü illərdə Sultaniyyədə tikilmiş Olcaytu Xudabəndə
türbəsi, Bərdə türbəsi (1322), Qarabağlar kəndindəki memarlıq kompleksində
Qoşaminarəni birləşdirən Baştağ türbəsi XIII - XIV əsrlərin çox qiymətli
memarlıq abidələridir.
Bu dövrdə incəsənətin musiqi sahəsi sürətlə inkişaf edirdi.
Azərbaycanın musiqi sənətinin inkişafında dövrün tanınmış sənətkarı Səfiəddin
Urməvinin (1230 - 1294) misilsiz xidmətləri olmuşdur. S.Urməvi ifaçı olmaqla
yanaşı, bir sıra musiqi alətləri də yaratmışdı. S.Urməvi ilk Azərbaycan bəstəkarı
hesab olunur. Azərbaycanın görkəmli musiqiçisi Əbdülqadir Marağayi (1353 -
1445) S.Urməvinin başladığı işi davam etdirmişdir. Doğma Azərbaycan
türkcəsində şerlər də yazan bu böyük bəstəkar və xanəndə musiqişünaslıqda ilk
dəfə 12 məqamdan törəmə 24 şöbənin əsasını yaratmışdır.
111
V
FƏSİL. AZƏRBAYCAN XV ƏSRDƏ
Dostları ilə paylaş: |