§ 13. Qazan xanın islahatları
Hülakü hökmdarı Qazan xanın adı tariximizdə böyük islahatçı kimi
qalmışdır. Qazan xan hakimiyyətdə olduğu qısa vaxt ərzində (1295-1304)
dövlət idarəetmə sisteminin və cəmiyyət həyatının demək olar ki, bütün
sahələrində islahatlar keçirmişdi.
Qazan xan hakimiyyətə gələn kimi ilk olaraq dini islahat keçirtdi və
1295-ci ildə əyanları və ordusu ilə birlikdə İslam dinini qəbul etdi. O, öz türk
adma müsəlman adı da əlavə edərək Mahmud oldu. İslam beşinci ulusun -
Hülakülərin rəsmi dövlət dininə çevrildi. Bu, Qazan xan tərəfindən atılmış çox
ağıllı bir addım idi, çünki Hülakü dövlətinin ərazisində yaşayan əhalinin
əksəriyyəti müsəlman idi. Ondan qabaqkı Hülakü hökmdarlan (elxanlan) ölkədə
yaşayan xristianlara, bütlərə və şamançılığa inanan monqollara daha çox qayğı
və diqqət göstərirdilər. Halbuki onlann sayı çox az idi. Avropa dövlətləri və
Roma papası Hülakü və Abaqa xanın “xristianlara bu qayğıkeş münasibətindən
xəbərdar idilər, ona görə də Hülakü hökmdarlarını xristianlığı rəsmi dövlət dini
kimi qəbul etməyə və Misirə qarşı xaç yürüşlərində iştirak etməyə çağırırdılar.”
Xristian dünyası monqolların əli ilə müsəlmanları tamamilə məhv etmək
niyyətini heç gizlətmirdi. Xristian din xadimlərindən ən murdarı yepiskop
Vinçester demişdi: “Gərək imkan verək, bu köpəklər bir - birini udsunlar və
büsbütün yoxa çıxsınlar. O vaxta qədər ki, biz onların dağılmış yurdları üzərində
müqəddəs kilsənin özülünü qoyaq. Bax, o zaman bütün dünyanın bir çobanı və
bir sürüsü olacaqdır.” Qazan xan dini islahat keçirməklə, xristian dövlətlərinin
bütün məkrli niyyətlərinin
103
qarşısını aldı. Qazan xanın göstərişi ilə bütün bütpərəst məbədləri, hətta atasının
tikdirdiyi məbədlər, habelə kilsə və sinaqoqlar sökülüb yerində məscidlər
tikilirdi. Maraqlıdır ki, Qazan xan müsəlmanlıqda olan məzhəb ayrılığına fikir
verməyərək imam Hüseynin məzarı ətrafına ağaclar əkdirmiş, buraya hətta su
arxı çəkdirmiş, eyni zamanda şəfii və hənəfi mədrəsələri üçün gərəkən əşyaların
alınmasını təmin etmişdi. Qazan xan türk xalq inancına sahib olan dərviş və
qələndərlərə də hörmətlə yanaşırdı. O, dini islahat keçirməklə hakim zümrə ilə
çoxluqda olan müsəlman əhalisi arasındakı ayrı - seçkiliyi aradan qaldırmağa,
yerli əyanlar və din xadimləri ilə yaxınlaşmağa çalışmışdı.
Qazan xan və onun baş vəziri Fəzlullah Rəşidəddin dövlətin iqtisadi
siyasətini dəyişdirmək üçün ardıcıl islahatlar keçirmişdilər. İslahatlann ideoloqu
Rəşidəddin, hətta sonrakı dövrlər üçün də böyük əhəmiyyət daşıyan yeni
iqtisadi konsepsiyanın məzmununu oğlu Şihabəddinə məktubunda belə izah
etmişdi: *‘hər hansı bir dövlətin mədaxil xəzinəsi rəiyyət özüdür, onun halal
zəhməti və çalışğanhğıdır. Rəiyyət soyulub var - yoxdan çıxa- nlarsa,
hökmdarlara heç bir qazanc qalmaz və işin kökünə baxsan, hər bir səltənətin
özülü ədalətdir, çünki... dövləti ordu qazanır, dövlətin ordudan başqa gəlir ağacı
yoxdur, ordunu isə vergi (mal) hesabına saxlamaq olar - ver- gisiz qoşun
yoxdur, vergi isə rəiyyətdən alınu*, rəiyyətdən başqa vergi verən yoxdur,
rəiyyəti isə ədalət hesabına saxlamaq olar; deməli, ədalət yoxdursa, rəiyyət də
yoxdur”.
Qazan xan və onun baş vəziri Rəşidəddin yeni “ədalətli” iqtisadi
siyasətin dayağı olacaq rəiyyət, sənətkar və tacirlər zümrəsinə arxalanmağın
tərəfdarı kimi çıxış edirdilər.
Qazan xanın 1303-cü ildə verdiyi hərbi iqta torpaqları haqqında qanun
onun islahatları içərisində xüsusi yer tutur. Bu qanuna əsasən dövlətə hərbi
xidmət göstərən döyüşçülərə iqta torpaqları paylanırdı. Bu torpaqdan gələn gəlir
döyüşçünün dövlət xəzinəsindən aldığı məvacibi əvəz edirdi və iqta alan
döyüşçü kiçik torpaq sahibinə çevrilirdi. İqta torpağı üzərindəki əkin sahələri,
təsərrüfatlar və tikililər də iqtadarın sahibliyinə verilirdi. İqta alan döyüşçüyə
orada yaşayan kəndlilərdən dövlətin xeyrinə yığılan bütün vergiləri toplamaq
hüququ verilirdi. İqta sahibi həmin torpağı bütün oğullarına deyil, hərbi
xidmətdə onu əvəz edəcək oğluna irsən ötürə bilərdi. İqta torpağında yaşayan
rəiyyətlər də iqtadarm sahibliyinə keçirdi və bu torpaqlardan başqa yerlərə
qaçan rəiyyətlər 30 ildən çox vaxt keçməmişdisə, məcburi qaydada geri
qaytarılmalı idi. İqtadar torpağın becərilməsinə qayğı göstərməyib, rəiyyətlə
əsir və ya qul kimi rəftar edərdisə, həmin torpaq geri alınmalı idi. Döyüşçü iqta
torpağım sata və başqasına bağışlaya bilməzdi. Əks halda onu ölüm cəzası
gözləyirdi.
Qazan xanın ardıcıl şəkildə həyata keçirdiyi islahatlardan biri də vergi
sisteminin yenidən qurulmasını nəzərdə tuturdu. 1303-cü il qanununa əsasən
keçirilən vergi islahatına görə rəiyyətdən vergilər yalnız müəyyən
104
olunmuş vaxtlarda yığıla bilərdi. Taxıl vergisi ildə iki dəfə: yazda (21 mart - 11
aprel) və payızda (22 sentyabr - 12 oktyabr) yığılmalı idi. Ölkə üzrə vergi
ödəyəcək əhalinin siyahısı tutuldu, vergilərin növləri, miqdarı və ödənilmə vaxtı
dəqiq müəyyən olundu. Hər bir kənddə və məntəqədə əhalinin ödəməli olduğu
vergilərin miqdarının yazıldığı lövhələr qoyuldu. Dövlət torpaqlarından yığılan
xərac vergisi məhsulun 60%-ni, xüsusi sahibkar torpaqlannda isə məhsulun
10%-ni təşkil etməli idi. Əsas dəyişikliklərdən biri isə vergi yığılması işinin
mərkəzi divana tapşırılması oldu. Bununla Qazan xan vilayət hakimlərinin vergi
yığılması işinə müdaxiləsinin qarşısım almağa və bu sahədə məmur
özbaşınalığını azaltmağa çalışırdı. İslahata əsasən vergi yığılması işinin iltizama
(icarəyə) verilməsi ləğv edilməsə də, bu sahədə qayda - qanun yaradıldı. Bundan
sonra vergi yığımı etibarlı və dürüst adamlara iltizama verilirdi və iltizam
müddəti üç ildən çox ola bilməzdi.
Azərbaycanda Hülakülər dövründə yarğu və qəza - şəriət adlanan iki cür
məhkəmə fəaliyyət göstərirdi. Məhkəmələrin tabe olduğu qazı əl-qüzzat (qazılar
qazısı) və yarğu məhkəməsinin başçısı olan yarğu əmiri dövlət başçısı elxan
tərəfindən təyin olunurdu. Yarğu məhkəmələri Çingiz xanın “Böyük Yasa”
adlanan Qanunnaməsi əsasında fəaliyyət göstərirdi. Həmin məhkəmələr orduda,
monqolların öz aralarında və monqollarla yerli türk - müsəlman əhalisi arasında
mübahisələrə və şikayətlərə baxırdı. Şəriət məhkəmələrinin fəaliyyəti isə islam
dininin ehkamlarına və şəriət normalanna əsaslanırdı. Quranın və şəriətin
tələbinə uyğun gəlməyən bütün işlər haram hesab olunurdu. Buna əməl
etməyənlər cəzalandırılırdılar. Şəriət məhkəmələrinə qazı əl-qüzzat başçılıq
edirdi. Hülakü hökmdarı Keyxatu xana qədər sarayda qazı əl-qüzzat vəzifəsi yox
idi. Bu vəzifəni ilk dəfə o, təsis etmişdi. Qazan xana qədər yerli türk - müsəlman
əhalisi öz dini adət - ənənəsinə sadiq qalaraq bütün məhkəmə və mühakimə
işlərini şəriət qanunlan əsasında həll etməyə cəhd göstərirdi. Yarğu və şəriət
məhkəmələri arasında gedən mübarizə ikincinin xeyrinə qurtardı. Bunun əsas
səbəbi Qazan xanın islam dinini qəbul edərək məhkəmə islahatı keçirməsi oldu.
Bu islahat ilə yarğunun nüfuzu xeyli sarsıldı və onun rolu şəriət məhkəmələri ilə
müqayisədə çox zəiflədi. Qazan xan məhkəmə islahatı keçirməyə başlayanda,
Hülakülər dövlətinin məhkəmə sistemində çoxlu qanunsuzluq, özbaşınalıq və
rüşvətxorluq hökm sürürdü. Ən dəhşətlisi onda idi ki, məhkəmələrdə saxta
sənədlərin tərtib olunması və yalançı şahidlərdən istifadə edilməsi adi hala
çevrilmişdi. Torpaq mülkiyyəti ilə bağlı çoxlu mübahisəli hal yaranmışdı. Ən
təəccüblüsü isə mənfəətli iş olduğu üçün qazı vəzifəsinin icarəyə verilməsi idi.
F.Rəşidəddinin sözləri ilə deyilsə “islam hökmdan” Qazan xan məhkəmə
islahatını 1300-cü ildə həyata keçirmişdi. İslahatın əsas məqsədi məhkə-
mələrdəki özbaşınalıqları və qammsuzluqları aradan qaldırmaqdan ibarət idi.
Qazan xan ilk növbədə dövlətin bütün ədliyyə işlərinə nəzarət etməli olan baş
qazını, habelə vilayət və iri şəhərlərin qazılannı təyin etdi. Fərmana görə, qazılar
ən ləyaqətli şəxslərin içərisindən seçilməli və onlar şəriət qay
105
dalarını dərindən bilməli idilər. Məhkəmə işlərinə başçılıq edən qazılar bütün
vergi və mükəlləfiyyətlərdən azad olunurdular. Qazan xan rüşvətxorluğun
qarşısını almaq üçün qazılann ehtiyaclarına uyğun vəsaitin xəzinədən
ödənilməsinə sərəncam vermişdi. Eyni zamanda şəhər və kənd qazılarının dəqiq
səlahiyyətləri və məhkəmə işlərinin aparılması üçün vətəndaşlardan tələb
olunan rüsumların dəqiq miqdarı müəyyən edilmişdi. Qazılar şəriət qanunlarına
ciddi əməl etmələri haqqında yazılı iltizam verməyə borclu idilər. Yüksək
vəzifəli dövlət məmurlarına isə qazıların işlərinə müdaxilə etmək, verəcəkləri
qərarlara təsir göstərmək qəti şəkildə qadağan olunmuşdu. İslahata görə 30 ildən
cox tarixə malik məhkəmə iddiaları qanunsuz elan olunurdu. Bu o demək idi ki.
30 il ərzində haaqında hec bir iddia qaldırılmayan mülkiyyət (torpaq, əmlak və
s.)
səksiz və qanuni hesab olunurdu. Torpaq alqı-satqısmda fırıldaqçılığın
qarşısını almaq üçün bundan sonra torpaq satan şəxs məhkəmədə mülkün ona
məxsusluğunu sənədlər və şahidlərin iştirakı ilə sübuta yetirməli və bu haqda
qazıdan yazılı qəbz almalı idi. F.Rəşidəddin yazırdı ki, Qazan xan qazılara qeyri
- qanuni şəkildə qəbalələr (mülk sənədləri) yazmağı qəti qadağan etmişdi.
Məhkəmə islahatının ən mühüm cəhətlərindən biri torpaq mülkiyyəti
hüququnun tənzimlənməsi məsələsinin əsas yer tutmasıdır. Məhkəmə
qərarlarının böyük hissəsi (təxminən üçdə ikisi) torpaq məsələlərinin həllinə
həsr olunmuşdu.
Qeyd edək ki, məhkəmə qərarlarının düzgün verilməsini təmin etmək
üçün verilən qərarlar və onların verilmə vaxtı xüsusi dəftərlərdə dəqiqliklə
qeydə alınırdı. Həmin dəftərlərdə qeydiyyatı aparan və bu işdən məsul olan
şəxslərin bilərəkdən və ya bilməyərəkdən təhriflərə yol verməsi cinayət hesab
olunur və ölüm hökmü ilə cəzalandırılırdı. Bütün bu qərarlara aydınlıq gətirən
Qazan xanın fərmanlanndan birində qeyd olunurdu ki, “vilayət qazıları bilsinlər
ki, bizim bütün fikirlərimiz insanlar arasında ədalətsizliyə, zorakılığa, zülmə və
əsassız iddialara qarşı yönəlmişdir. Qoy dünya və insanlar ruhən sakit
yaşasınlar, ədalətin nişanələri bütün seçilmiş insanlara və sadə xalqa, uzaqlara
və yaxınlara çatsın və onları ağuşuna alsın, insan cəmiyyətində narazılıqlar və
mübahisələr aradan qalxsın, haqq onun sahibinə məxsus olsun, yalanın, hiylənin
və zorakılığın qapısı birdəfəlik bağlansın”.
Qazan xan ictimai asayişi təmin etmək üçün çox ciddi addımlar atmış,
şəhərlərdə mübahisə və dava - dalaşın baş verməsinin əsas səbəbi hesab etdiyi
şərab içilməsin! qəti qadağan etmişdi. Rəşidəddinə görə bu qadağa fərmanından
sonra şəhərlərin küçə və bazarlarında nə bir sərxoşa, nə də nalayiq hərəkət edən
bir nəfərə də rast gəlmək olmurdu. Nəticədə dava - dalaş və mübahisələrə son
qoyuldu.
Beləliklə, Qazan xanın məhkəmə islahatının tam şəkildə həyata
keçirilməməsi haqqında tarixşünaslığımızda olan fikirlər heç bir sənədlə təsdiq
olunmur.
Qazan xanın 2 il ərzində həyata keçirdiyi rabitə islahatı ilə dövlətin
vahid rabitə sistemi yaradıldı. Ölkənin əsas yollarında hər üç fərsəxdən (20 -
Dostları ilə paylaş: |