Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


§ 12. Monqolların Azərbaycanda örüş, torpaq və vergi siyasəti



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə65/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   61   62   63   64   65   66   67   68   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


§ 12. Monqolların Azərbaycanda örüş, torpaq və vergi siyasəti 
**Örüs sivasəti*\
Monqolların Azərbaycana üç yürüşü Vətənimizə 
böyük iqtisadi dağıntılar gətirdi və kütləvi insan qırğınları ilə nəticələndi. 
Köçəri həyat tərzi keçirən və bütpərəstliyə ibadət edən monqol əyanları və 
döyüşçülərini tutduqları ölkələrin oturaq əkinçilik təsərrüfatı, sənətkarlığı və 
şəhər həyatı, xüsusilə dinc əhalisi qətiyyən maraqlandırmırdı. Tutulan tor- 
paqlann monqollar üçün yalnız örüş yeri - yaylaq və qışlaq kimi əhəmiyyəti var 
idi. Tarixdə monqolların həyata keçirdiyi belə günəmuzd siyasət “örüş siyasəti” 
adlanır. Monqol işğalı altında olan ərazilərin, o cümlədən Azərbaycanın iqtisadi 
inkişaf səviyyəsi monqol cəmiyyətinə nisbətən qat - qat yüksəkdə dururdu. 
Azərbaycanın nə dinc əhalisinin, nə də məhsuldar qüvvələrinin və təsərrüfatımn 
qorunub saxlanılması köçəri monqol hakimlərini qətiyyən düşündürmürdü. 
Ölkəmizin iqtisadi gücünə xəzinənin gələcək gəlir qaynağı kimi yanaşmayan 
monqolları daha çox gündəlik qazanc maraqlandırırdı və əhalini qırmaqla 
ölkəmizin və xalqımızın müqavimət gücünü yox etməyə çalışırdılar. 
Dövrün qaynaqlarında monqolların törətdiyi kütləvi insan qırğınları 
haqqında heyrətamiz məlumatlara rast gəlinir. Bu qırğınları gözləri ilə 
100 


görmüş tarixçi İbn əl Əsir dəhşət içində yazırdı: 
“Kaş, anam məni doğmamış 
olaydı, yaxud mən bu hadisədən əwəl ölmüş və unudulmuş olaydım. 
Bütün xalqların, xüsusilə müsəlmanlann düçar olduğu bu müsibət elə bir 
müsibətdir ki, gecələr və gündüzlər onun mislini doğmamışdır. Əgər bir adam 
“Allah-təala dünyanı yaratdığı andan indiyədək dünya belə bir bəlaya düçar 
olmamışdır” - söyləyərsə, o doğru demiş olar”. 
Maraqlıdır ki, monqol hökmdarlarına rəğbətlə yanaşan Cüveyni belə
heyrət içində yazırdı ki, monqol basqınları nəticəsində 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin