Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə61/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   57   58   59   60   61   62   63   64   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Fəxrəddin Əbül Fəzlin 
yazdığı iri həcmli 
“Azərbaycan tarixi” 
adlı əsəri təəsüf ki, bizə gəlib çatmamışdır. Bağdaddakı 
Ni- zamiyyə mədrəsəsində mühazirələr oxumuş bu görkəmli alim haqqında 
mənbədə yazılmışdır: 
“Təbrizdə hansısa bir görkəmli şəxsin olub - olmaması 
haqqında soruşduqda, dərhal, onu nişan yerdilər... ikinci belə bir adam 
varmı? - sorusuna belə cavab verildi ki, o bircə dənədir və ikincisi yoxdur.” 
XII - XIII əsrin əvvəllərində Alban mədəniyyətinin görkəmli 
nümayəndəsi Gəncə sakini 
Mxitar Qoş 
(1130 - 1213) Bizans və Alban kilsə 
qanunları əsasında “Qanunnamə”, “Alban səlnaməsi” əsərlərini qələmə almışdı. 
Ədəbiyyat 
XI - XII əsrlərdə yazıb - yaratmış şair və mütəfəkkirlərin Azərbaycan - 
türk dilində heç bir əsəri bizə gəlib çatmasa da, mənbələrdəki məlumatlar bu 
dildə əsərlər yazıldığını sübuta yetirir. XI əsrdə 
Məsud ibn Namdarın 
ərəb və 
əcəm (fars) dilləri ilə yanaşı, türkcə şeirlər yazması haqqında mənbələrdə 
məlumatlar vardır. Şirvanşah Axsitamn böyük şairimiz Nizamiyə “Leyli və 
Məcnun” əsərini türkcə deyil, farsca və ya ərəbcə yazmağı sifariş 
87 


verməsi bu dövrdə türk dilində şeirlər yazıldığım və şairin milliyyətcə 
Azərbaycan türkü olduğunu bir daha sübuta yetirir. Maraqlıdır ki, kökcə oğuz 
türkü olan Səlcuqlularm və Eldənizlilərin dövründə türk dili nə rəsmi dövlət 
dilinə, nə də ədəbi dilə çevrilmədi. Tədqiqatçılar bu dövrdə fars ədəbi dilinin 
hökmranlıq etməsinin səbəbini daha çox savaşlar aparmaq və vergi toplamaq 
qayğısına qalan Səlcuq sultanlarının “savadsızlığı və dövlətin maliyyə işlərində 
fars məmurlarına arxalanması ilə” izah edirlər. Belə vəziyyət həm də 
Səlcuqlann baş vəziri fars köklü Nizamülmülkün yeritdiyi daxili siyasət 
nəticəsində yaranmışdı. Buna baxmayaraq xalqımızın ana abidəsi “Kitabi 
Dədəm Qorqud” un erkən orta əsrlərdə bir müəllif tərəfindən yazıya alınması 
Azərbaycan-türk dilinin qədim yazılı ədəbiyyat ənənələrinə malik olduğunu 
sübut edir. Ancaq XI - XII əsrlərdə peşəkar ədiblərin qələmindən çıxan klassik 
ədəbi nümunələr bizə yabançı olan ərəb və fars dillərində gəlib çatmışdir. 
Nəticədə tarixi şərait və ədəbi mühitdə bir dəb halını almış xüsusi vəziyyət XIV 
əsrədək fars dilinin bir çox türk xalqlarının ortaq ədəbi dili kimi işlənməsini 
şərtləndirmişdir. XI - XII əsrlərdə Azərbaycan əhalisinin çox böyük liissəsinin 
və hakim dairələrin danışıq dili və ünsiyyət vasitəsi doğma türk dili idi. Buna 
baxmayaraq Azərbaycan ədəbi məktəbinin fars dilində yazan şairləri çıxdıqları 
türk mühitini qətiyyən unutmurdular. Məsələn, məşhur Qətran Təbrizi fars 
dilində yazdığı əsərlərdə doğma Azərbaycan-türk dilində çoxlu atalar sözləri, 
zərbi məsəllər, söz və ifadələr: qar, sürmə, muncuq, tapança, ayaq (qədəh), dağ, 
xıl (çox) və s. işlətmişdir. 
XII yüzillikdə şair və mütəfəkkirlərimiz Təbriz, Şirvan və Gəncədə 
fəaliyyət göstərən Azərbaycan ədəbi məktəblərinin əsasım qoymuşdular. 
Dövrün tanınmış dilçisi, ədəbiyyatşünası və istedadlı şairi Ömər 
Gəncəvi doğma Azərbaycanla yanaşı, bütün Yaxın və Orta Şərqdə məşhur idi. 
XII yüzilliyin görkəmli filosof - şairi Eynəlqüzzat Miyanəçi gözəl şeir 
nümunələri qoyub getmişdir. 
Qətran Təbrizinin yetirməsi, böyük istedad və yüksək əxlaq sahibi olan 
Əbülüla Gəncəvi (1096 - 1159) Şirvanşahlar sarayına gəldikdən sonra burada 
böyük nüfuz qazanmış və “Məlük-üş-şüara” - “şairlərin hökmdarı” adını 
almışdır. 
Şirvan ədəbi məktəbini Əbülüladan sonra onun istedadlı şagirdi 
Əfzələddin Xaqani idarə etməyə başlamışdı. Ədəbiyyatımızın ən görkəmli 
şairlərindən biri olan Xaqani (1121 - 1199) şeir sənət ocağı Şamaxıda dünyaya 
göz açmışdır. Kiçik yaşlarından Quranı, dilçilik, ədəbiyyat, fəlsəfə, riyaziyyat 
və başqa elmləri dərindən öyrənmiş, Şirvanşahların sarayına dəvət almış, ancaq 
saray həyatına uyğunlaşa bilmədiyindən İraqa və Məkkəyə getmişdir. Kəbə 
ziyarətindən döndüyü vaxtdan - 1176-cı ildən Təbrizdə yaşamışdır. O, burada 
müxtəlif hökmdarlann saraya dəvət təklifini rədd etmişdir. Farsdilli Azərbaycan 
ədəbiyyatına yeni üslub, təmtəraqlı obrazlar və bədii təsvir vasitələri gətirmiş 
Xaqani nəinki Azərbaycanda, bütün Şərqdə 
88 


qəsidə janrı üzrə ədəbiyyatın ən uca zirvəsini fəth etmişdir. Xaqani Azərbaycan 
ədəbiyyatında ilk poema yazan şair kimi məşhurdur. Ondan bizə 17 min beytlik 
lirik şeirlər divanı və “Töhvətül - İraqeyn” (“İki İraqın töhfəsi”) poeması 
qalmışdır. Xaqani yaradıcılığının mərkəzində insan, onu əhatə edən həyat 
həqiqətləri, xeyirlə şərin mübarizəsi və humanizm dayanır. Haqqı və Ədaləti 
tərənnüm edən Xaqani əsərlərində zülmə və zalıma qarşı çıxmışdır. Xaqaninin 
ədəbiyyatımız qarşısında ən böyük xidmətlərindən biri də farscanın hökmranlıq 
etdiyi poeziya dilinə doğma Azərbaycan - türk sözlərini gətirməsidir. Şair 
yazırdı: “farsca mənə söyüş söysələr, çərxı fələk onlara deyər ki, sənsən”. Onun 
divanında su, Tanrı, uşaq, çuxa, xatun, xan, dağ və s. kimi onlarla türk sözünə 
rast gəlinir. 
Xaqani poeziyasına və şairin şəxsiyyətinə ehtiramla yanaşan dahi 
Nizami Gəncəvi onun haqqında təəssüf hissi ilə aşağıdakı beyti yazmışdır: Hey 
deyirdim ki, mənə mərsiyə Xaqani yazar. 
Heyf, Xaqaniyə mən mərsiyə yazdım axır. 
XII əsr ədəbiyyatımızda öz yeri olan Mücirəddin Beyləqan! Eldə- nizlər 
sarayında xidmət etmiş. Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslana şeirlər 
həsr etmişdir. 
XII yüzillikdə yaşamış görkəmli şairlərimizdən biri Qivami Gəncəvi 
humanist insan idealı yolunda əngələ çevrilən cahilliyə, riyakarlığa, 
ədalətsizliyə və natəmizliyə qarşı üsyan edərək yazırdı: 
Əcəb zəmanədir türfə xəlayiq. 
Cəhalət meyindən yoxdur bir ayıq. 
Nə dindar zahid var, nə təmiz alim, 
Nə adil şah var, nə doğru hakim. 
Alıcı tək qaçar biri - birindən. 
Məhşərdən qorxmazlar bilmirəm nədən. 
İşlər belə getsə, çəkməz o qədər Göylər 
alt - üst olar, dünya çevrilər. 
Şirvanşah III Mənüçöhrün sarayında Əbülüladan şeir - sənət dərsi almış 
Fələki Şirvani (1107 - 1147) qısa ömrünü nücum (astrologiya), riyaziyyat 
elmlərinin inkişafına həsr etmişdir. Onun dövrümüzə qədər gəlib çatmış şeirlər 
toplusu olan Divanı təkcə bədii keyfiyyətləri ilə deyil, dövrün tarixi hadisələrini 
real şəkildə işıqlandırmaq baxımından da seçilir. Onun əsərlərində Şirvanşah III 
Mənüçöhrün (1120- 1160) qıpçaqlar və alanlar üzərində qələbəsi, gürcülərlə 
münasibətlər, Şirvanın şəhərləri və görkəmli şəxsiyyətləri haqqında, hətta 
dövrün tarixi mənbələrində olmayan məlumatlardan tarixçilərimiz yetərincə 
yararlanmışlar. 
XII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri və 
Nizaminin böyük müasiri, yüksək poetik istedad sahibi Məhsəti Gəncəvi (1089 - 
1183) idi. Bu görkəmli qadın sənətkanmızm yaradıcılığının mərkəzində real 
insan və onun arzuları dayanırdı. Şair öz rübailərinin bir çoxunu sadə peşə 
adamlarma (papaqçı, çörəkçi, dülgər, başmaqçı, dərzi və s.) həsr 
89 


etmişdir. Onun rübailəri konkret olaraq orta əsr Gəncəsinin qaynar sənətkarlıq 
və ticarət həyatını real şəkildə əks etdirir. Məhsəti Gəncəvinin əməyə məhəbbət 
tərənnüm edən poeziyası Nizami yaradıcılığında özünün zirvəsinə çatmışdır. 
Azərbaycan ədəbiyyatı Nizami Gəncəvi (1141 - 1209) yaradıcılığı ilə 
özünün ən yüksək zirvəsinə ucaldı. Ümumdünya mədəniyyətinin ən nadir 
simaları sırasında öz əzəməti ilə ucalan Böyük Nizami Şərq və dünya 
poeziyasının inkişafına güclü təkan vermişdir. Yaxın və Orta Şərqin ən böyük 
sənətkarları belə yüzillər boyu dahi Nizaminin tükənməz poeziyasının 
təsirindən çıxa bilməmiş, onun poeziya xəzinəsindən bəhrələnmiş və ən yaxşı 
əsərlərini böyük ustada ithaf etmişlər. Nizamini Azərbaycan mühiti 
yetişdirmişdir və doğulduğu Gəncə şəhəri böyük sənətkarlıq və mədəniyyət 
mərkəzi idi. Bütün türk və islam hökmdarları müsəlman dünyasının xristian 
sərhədlərinə yaxın ərazisində yerləşən ən böyük istehkamlarından biri olan 
Gəncənin inkişafına xüsusi diqqət yetirirdilər. Gəncə həm də bütün Şərqin ən 
böyük elm və təhsil ocaqlarından biri idi, dünyanın hər yerindən ən nadir sənət 
inciləri və əlyazmaları burada toplanmışdı. Azərbaycanın dahi şairi Nizami 
yaradıcılığının mayası insandır. Nizami özünün humanist məhəbbət fəlsəfəsinə 
və təkrarsız lirikasına görə müasirlərini, hətta özündən sonrakı dövrlərdə 
yaşayıb-yaratmış bir çox görkəmli humanistləri də geridə buraxmışdı. 
Nizaminin ölməz beş kitabı - “Xəmsə”si (‘‘Sirlər xəzinəsi”, “Xosrov və 
Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndəmamə”) onu dünya 
mədəniyyətinin dahiləri sırasına çıxardığı kimi, şairi yetirən xalqa da dünya 
şöhrəti gətirmişdir. 
Nizaminin 1175-ci ildə tamamladığı ilk böyük əsəri olan “Sirlər 
xəzinəsi” ndə şairin həll etməyə çalışdığı başlıca məsələ xalq və hökmdar 
problemidir. Böyük şair bu əsərində hökmdarlan haqqa, ədalətə çağırmaqla 
kifayətlənmir, “şahlıq üçün əsas şərtin zülm və haqsızlıq deyil, ədalət olduğunu 
onlara başa salmağa çalışır”. 
Dahi şairin 1181-ci ildə tamamladığı və dünya poeziyasının nadir 
incilərindən sayılan “Xosrov və Şirin” poemasında doğma Vətəni Azərbaycanın 
tarixi keçmişini və onun qonşu ölkələrlə qarşılıqlı əlaqələrini tərənnüm edərək 
Vətənimizin əvvəlki tarixini gələcək nəsillərə yadigar qoyub getmişdir. 
Nizami 1188-ci ildə Şirvanşah Axsitanın sifarişi ilə üçüncü poeması 
olan “Leyli və Məcnun” əsərini bitirmişdir. Ərəb və fars mənbələri üzərində 
dərin araşdırmalar aparan şair bu əsəri ilə orta əsrlər cəhalətinə, nadanlığa və 
zülmə tab gətirə bilməyən iki gəncin ilahi məhəbbət faciəsini yaratmışdı. 
Dahi şairin 1197-ci ildə tamamladığı “Yeddi gözəl” poeması bu dövr 
üçün səciyyəvi olan yeni insan axtarışında çox böyük uğur kimi qiymətləndirilə 
bilər. Doğma yurduna və xalqına bağlı olan və onun qayğısına qalan, Vətənin, 
hətta bir övladının acından ölməsində özünü gü 
90 


nahkar bilib, ona yas saxlayan, quşların və heyvanların da qədrini bilən Bəhram 
Gur Nizaminin arzuladığı yeni insan və ədalətli hökmdar obrazıdır. 
Nizaminin “Xəmsə”si “İsgəndərnamə” ilə tamamlanır. Nizami 
yaradıcılığı orta çağ mədəniyyətimizin zirvəsidirsə, “İsgəndərnamə” də Nizami 
yaradıcılığının zirvəsi, onun əzəmətli və layiqli yekunudur. “Şərəfnamə” və 
“İqbalnamə” adlı iki kitabdan ibarət olan bu əsər dövrün qiymətli tarix 
səlnaməsidir. Böyük mütəfəkkir əsəri yazmazdan əvvəl qədim Azərbaycanın, 
bütövlükdə Müsəlman dünyasının, Yunanıstan və başqa ölkələrin tarixini, elmi - 
fəlsəfi irsini, görkəmli filosofların, sərkərdələrin həyat və fəaliyyətini öyrənmiş 
və müxtəlif dillərdə olan mənbələri dərindən araşdırmışdır. Doğma Vətəni olan 
Azərbaycana bağlılıq böyük sənətkarın bu əsəri üçün də səciyyəvidir. Ölkələr 
fəth edən, adlı-sanlı sərkərdələri məğlubiyyətə uğradan və ən qanlı savaşlardan 
zəfərlə çıxan İsgəndər Bərdə hakimi Nüşabə qarşısında məğlub vəziyyətinə 
düşür. Nizami poeziyasının və onun elmi - fəlsəfi dünyagörüşünün ən böyük 
qələbəsi ondan ibarət idi ki, onun yaratdığı adil hökmdar olan İsgəndər yalnız 
qılıncla və şəxsi şücaəti ilə deyil, elmlə, zəka ilə qalib gəlir, elmə qiymət verir, 
alimi hamıdan uca tutur: Əmr etdi, verildi belə bir fərman: 
Alimdir gözümdə ən əziz insan!** 
Elmlə, hünərlə! Başqa cür heç kəs 
Heç kəsə üstünlük eyləyə bilməz! 
Rütbələr içində seçilir biri - 
Hamıdan ucadır alimin yeri! 
Əsərin sonunda Nizami öz qəhrəmanını ideal cəmiyyətə - Xoşbəxtlər 
məmləkətinə aparıb çıxarır. Düzlük və bərabərliyin hökm sürdüyü bu ölkədə heç 
kəs yalan danışmır, acizlərə və dara düşənlərə kömək göstəririlir, burada 
başqalarının bədbəxtliyinə sevinən, arxadan danışan, oğru, darğa, gözətçi 
yoxdur, naxırlar, sürülər çobansız otlayır, qapılara qıfıl vurulmur. Hamı əməklə 
məşğul olur, halallıqla yaşayır. Zorakılıq yoxdur. Nahaq qan tökülmür. Qızıl - 
gümüşün heç bir qiyməti yoxdur. Qarınqulular yoxdur. Xoşbəxtlər 
məmləkətinin sakinləri dünyanı dərindən dərk edirlər. Ölümə çarə olmadığını 
bildiklərindən ölən üçün ürəklərini sıxmırlar. Göründüyü kimi, ilk növbədə 
qədim Azərbaycanın, habelə başqa xalqların elmi - fəlsəfi irsindən bəhrələnən 
böyük mütəfəkkir insanların min illər boyunca arzuladıqları ədalətli cəmiyyət 
ideallarını ümumiləşdirərək Tomas Mor, Tomazo Kampa- nella və bir çox başqa 
Qərbi Avropa utopistlərindən nə qədər əvvəl - hələ XII - XIII yüzilliklərin 
qovşağında özünün ideal cəmiyyət və dövlət modelini yaratmışdır. 
Onu da qeyd etməyi vacib bilirik ki, türk xalqlarının, o cümlədən 
Azərbaycan xalqının bilik adamlarının yaranışında və formalaşmasında 
yaxından iştirak etdiyi İslam intibahı mühitində “Türk aydını” - ziyalısı (dahi 
Nizamidə “Kalem Türkü”) artıq bir sosial zümrəyə çevrilə bilmişdi. Ancaq 
91 


sosial zümrə bütöv deyildi və üç qola ayrılırdı. Böyük alimimiz Süleyman 
Əliyarimm qənaətinə görə ilk öncə Türk mənəvi varlığını, Türk kimliyini 
qoruyub saxlayanlar gəlirdi. Bu qolu təmsil edən ziyalılar üçün Yusif Ba- 
lasaqunlu 1069-cu ildə yazdığı ölməz “Kitabğu bilik” (“Xöşbəxtlik elmi”) 
mənzum əsəri ilə zirvə sayıla bilər. İkinci yerdə Türk kimliyini itirmiş və İslam 
mənəviyyatına tamamilə qovuşmuş olan ziyalılar gəlir ki, onlar ərəb, fars ədəbi 
və elmi mühitində türk olduqlarım bildikləri halda, öz doğma türkcəsinə 
həqarətlə yanaşırdılar. Dünyada ilk qlobusu düzəltmiş və yerin günəş ətrafında 
fırlanmasını Kopemikdən 500 il əvvəl söyləmiş böyük türk alimi Əbu Reyhan 
əl-Biruni (973-1048) yazırdı: “Təbiət məni bir ayrı dil dünyasında yaratmışdır, 
ancaq elmlərdən hər hansı birini bu dildə (türkcədə) səsləndirmək istəsən, elə bir 
dəvə yağış selində hərəkət etməkdədir və ya zürafə xəndəyə düşüb qalmışdır. 
Sonralar mən ana dilindən ərəb və fars dillərinə keçdim; onların hər birində 
özümü onları zorla mənimsəmiş bir yabançı (müsafir) sanıram. Fəqət mənim 
üçün ərəbcə söyüş farsca söylənilən hər cür tərifdən üstündür”. 
Türk ziyalısı sosial zümrəsinin üçüncü qolunu təşkil edən bilik adamları 
isə ərəbcə və ya farsca yazsalar da, öz Türk varlığını və Türk mənəvi dəyərlərini 
tarixdə yaşatmaq istəyində idilər. Bu haqda tariximizdə ilk dəfə çox dəyərli fikir 
söyləmiş Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Əsərlərini ərəbcə yazan, ancaq 
türklük duyğuları ilə Türk mədəniyyəti və milliyyətçiliyi tarixində müstəsna yer 
tutan Kaşğarlı Mahmudlar, Yurlu Fəxrəddin Mübarəkbaşlar... nə qədər 
türkdürlərsə, Nizami də onlar qədər türkdür”. 
Məhəmməd Əminə görə 60 min beytlik “Şahnamə” yazmaqla İranı 
(Fars) uca tutan Firdovsidən fərqli olaraq Nizamidə irq təəssübkeşliyi yoxdur. 
Onun üçün önəmli olan şey imandır, təkallahlılıq əqidəsi ilə ədalətdir. Bununla 
belə. Nizami mənsub olduğu türk kimliyini heç vaxt unutmamış və farsca 
yazmış olduğu əsərlərində 8O-dən çox türk sözü işlətmişdir. Nizami yazırdı: 
Türkcəmi bu Həbəşlikdə alan yox. 
Dovğanı bir yemək - deyə sayan yox. 
M.Ə.Rəsulzadə bu beytdə ifadə olunan şikayəti şairin yaşadığı zamanda 
Türkcə yazmağın adət olmaması səbəbindən duyduğu təəsüf hissi kimi izah 
etmişdir. Məhəmməd Əminə görə Həbəşlik burada coğrafi anlayış deyil, “Qara 
cəhalət” mənasında işlənmişdir. Təsadüfi deyil ki, Səlcuq sultanı Səncərdən 
zülm görmüş ixtiyar qoca ona belə söyləmişdi: 
Madam ki, sən zülmə vəsilə olursan. 
Türk deyil, çopovulçu Hindussan. 
Məhəmməd Əminə görə Türk anlayışına əsərlərində bu şəkildə yüksək 
yer verən bir Azərbaycan övladına, “Gözəl və böyüyə - Türk, gözəllik və 
böyüklüyə - Türklük, gözəl və böyük ifadəyə - Türkcə, gözəllik və böyüklük 
diyarına -Türküstan deyən bir şairə farsca yazdığına görə Türk 
92 


deməmək qəbulmudur? Əsla!.” 
M.Ə.Rəsulzadənin qavrayışına görə Nizami türklük anlayışına o qədər 
böyük önəm vermişdir ki, hətta bir qəsidəsində Peyğəmbərimiz Həzrəti - 
Məhəmmədi ərəb vücudlu Türk, “Şərəfnamə”də Makedoniyalı İsgəndəri “Rum 
külahlı” (geyimli) Türk adlandırmışdır. 
Memarlıq və şəhərsalma 
IX - XIII əsrin əvvəllərində Azərbaycan memarlığının dörd əsas 
məktəbi formalaşmışdı: 
1.
Şirvan - Abşeron 
2.
Naxçıvan - Marağa 
3.
Aran və İraqi - Əcəm 
4.
Qəzvin - Həmədan 
Ərəb mənbələrinə görə X əsrdən Azərbaycanın bütün böyük 
şəhərlərində əzəmətli və gözəl camelər və məscidlər tikilmişdir. Bunlardan 
dövrü- müzədək gəlib çatmış Bakıda indi “Smıqqala” adı ilə məşhur olan, 
1078/1079-cu ildə şəhər rəisi Məhəmmədin əmri ilə tikilmiş məscidi və klassik 
memarlıq nümunəsi olan Ərdəbilin Came məscidini göstərmək olar. IX - XIII 
əsrin əvvəllərində Azərbaycan memarları şəhərsalmamn inkişafı ilə bağlı 
əzəmətli saraylar və qəsrlər, karvansaralar, körpülər və türbələr ucaldır^ dılar. 
Azərbaycan ərazisində ucaldılmış Bakıdakı Qız qalası, Şamaxıdakı Gülüstan 
qalası, Ağsu çayı sahilindəki Buğurd qalası. Naxçıvandakı Əlin- cəqala, 
Lerikdəki Oğlanqala, Abşerondakı Mərdəkan qalası və digər tikililərin hər biri 
dünya memarlığının nadir inciləri sayılır. 
Müdafiə qurğuları içərisində Abşeronda 1187-ci ildə kvadrat planda 
tikilmiş Mərdəkan qəsrini və 1204-cü ildə inşa edilmiş dairəvi baş bürclü 
Mərdəkan qalasını xüsusilə qeyd etmək olar. Abşeron abidələri içərisində 
möhtəşəmliyi ilə seçilən Bakıdakı Qız qalasını memar Məsud Davudoğlu Xəzər 
sahilində böyük bir qaya üzərində ucaltmışdır. Orijinal quruluşa malik olan bu 
qala 28 metr hündürlüyündədir. 
Fəxr etməliyik ki, bütün Qafqazda İslam memarlığının yaradılması və 
inkişafında əvəzsiz rolu olan Azərbaycan memarlarımn şöhrəti bütün dünyaya 
yayılmışdı. Azərbaycan memarlan Mərkəzi Asiya, Əcəm İraqı, Ərəb İraqı və 
başqa ölkələrdə, o cümlədən Bağdad, Səmərqənd, İsfahan və bir çox başqa 
şəhərlərdə nadir memarlıq incilərinin yeıradılmasmda yaxından iştirak 
etmişdilər. 
Həmin dövrdə Azərbaycan memarlığının ən görkəmli nümayəndəsi XII 
əsrdə yaşamış Əcəmi Əbubəkr oğlu idi. Sağlığında “Mühəndislər şeyxi” adını 
almış Əcəmi Naxçıvan memarlıq məktəbinin əsasım qoymuşdu. Böyük 
sənətkar özündən əvvəlki ənənələrimizi daha da zənginləşdirərək riyazi 
hesablamalar əsasında mürəkkəb memarlıq kompleksləri yaratmışdır. “Yusif 
ibn Küseyr” və “Möminə Xatın” türbələrində kufi xətlə yazılmış kitabələrlə 
mürəkkəb həndəsi naxışlar əsasında yaradılmış misilsiz bəzək 
93 


ahəngdarlığının yaradılması memarlıq sənətimizin çox böyük nailiyyətidir. 
Memar Əcəminin 1162-ci ildə “Şeyxlərin başçısı” Yusif ibn Küseyrin şərəfmə 
ucaltdığı türbə ikiqatlı olub, keyfiyyətli bişmiş kərpicdən inşa edilmişdir. 
Təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının ən uca, zərif və 
kompozisiyalı türbələrindən biri Əcəminin 1186-cı ildə Naxçıvan şəhərində 
ucaltdığı, indi də öz gözəlliyi və əzəməti ilə diqqəti cəlb edən və xalqın 
yaddaşında “Atabəy gümbəzi” kimi qalan “Möminə Xatın” türbəsidir. Əcəmi 
Eldənizlərin dövründə Azərbaycan dövlətinin paytaxtı olan Naxçıvanda 
Qoşaminarə (1187), Cümə məscidi, Darülmülk (Eldənizlər sarayı) və başqa 
nadir memarlıq abidələrini də ucaltmışdır. Onun memarlıq incilərinin bir çoxu 
dövrümüzədək gəlib çatmamışdır. Əcəminin memarlıq sənəti bütün Şərq 
memarlığına güclü təkan vermişdir. XII əsrin sonlarında Naxçıvan məktəbi 
üçün səciyyəvi olan memarlıq üslubunda Marağada Göygümbəz, Urmiyada 
Üçgümbəz məscidləri ucaldılmışdır. 
Memarlığın ən möhtəşəm abidələrindən biri Şəddadi nəslindən olan 
Azərbaycan hökmdarı Fəzl ibn Məhəmmədin 1027-ci ildə Araz çayı üzərində 
saldırdığı məşhur Xudafərin körpüsüdür. On beş aşırımlı bu nadir sənət abidəsi 
əsrlər boyunca Azərbaycanın şimalı ilə cənubu arasında iqtisadi və hərbi - siyasi 
əlaqələrin qurulmasında mühüm rol oynamışdı. 
Araz çayı üzərində salınan körpülərdən biri də on bir aşınmiı Xudafərin 
körpüsüdür. Azərbaycanda intibah dövrünə aid olub, öz ilkin quruluşunu 
saxlamış yeganə çoxaşırımlı körpü Vətənimizin Qazax bölgəsindəki Qırmızı 
körpüdür. Uzunluğu 175 metr olan bu möhtəşəm abidə el arasında “Sınıq 
körpü” adlanır. 
IX - XIII əsrin əvvəllərində Azərbaycanda memarlıq və şəhərsalma işi 
özünün yüksəliş dövrünü yaşayırdı. Maraqlıdır ki, hələ bu dövrdə Azərbaycanın 
bütün böyük yaşayış məskənləri yeraltı saxsı borularla su ilə təchiz olunur
çirkab suları isə borularla yaşayış məntəqələrindən kənara atılırdı. 
Bu dövrdə yaşayıb-yaradan Azərbaycan ustaları metal məmulatlan 
hazırlamaqda çox mahir idilər. Metaldan hazırlanıb, üzərinə müxtəlif, 
təkrarolunmaz bəzəklər vurulmuş, müxtəlif növ qablar və silah nümunələri bir 
incəsənət nümunəsi kimi dəyərlidir. Belə sənət nümunələrindən biri də 
Gəncənin məşhur qala qapılarıdır. Gəncə qapılarını Şəddadi nəslindən olan 
Azərbaycan hökmdan Əbuləsvar Şavurun göstərişi ilə məşhur usta İbrahim 
Osmanoğlu 1063-cü ildə düzəltmişdi. Bu nadir sənət incisi dəhşətli 1139-cu il 
zəlzələsindən istifadə edib Gəncə şəhərinə hücum edən gürcü işğalçıları 
tərəfindən qənimət kimi aparılmışdır. 
Dekorativ tətbiqi sənət 
XI - XIII əsrin əvvəllərində Azərbaycanda tətbiqi incəsənətin əsas 
növünü bədii tərtibatlı dulusçuluq (keramika) təşkil edirdi. Beyləqan, Şamaxı, 
Qəbələ, Gəncə, Naxçıvan, Təbriz bu dövrün əsas dulusçuluq mərkəzləri idi. 
Heyvan, quş və insan təsvirlərindən dulusçuluqda geniş şəkildə 
94 


istifadə olunması bu sahəni bədii sənət səviyyəsinə çatdırmışdı. Beyləqan 
şəhərində düzəldilən XII əsrə aid boşqabın üzərində yaşıl paltarda, başında 
qızılı rəngdə, şişuclu tac olan ova çıxmış atlı təsvir olunmuşdur. Şamaxı 
şəhərində tapılmış dulus məmulatının üzərində isə yüksək sənətkarlıqla 
Şirvanşahın döyüşçüsü təsvir edilmişdi. Beyləqanlı usta Nəsir tərəfindən fincan 
üzərində çəkilmiş rəsmdə iri miqyasda çovkan oynayan atlının təsviri bədii 
sənət nümunəsi kimi qiymətləndirilmişdir. Maraqlıdır ki, dekorativ incəsənətin 
inkişafında Azərbaycan çox irəli getmişdi və qonşu ölkələrin heç birində 
dulusçuluq sənətində rəsmlərin, xüsusilə süjetli təsvirlərin bu cür genişliyinə və 
rəngarəngliyinə rast gəlinməmişdir. Azərbaycanın cənubunda bədii keramika 
məmulatlarında quş təsvirləri üstünlük təşkil edir. XI əsr Ağkənd keramikasının 
gözəl nümunəsi olub, Londonun “Viktoriya və Albert” muzeyində saxlanılan 
boşqab üzərində qartal gerb formasında yüksək sənətkarlıqla təsvir olunmuşdur. 
XI - XII əsrlərdə Bakı və Abşeron yarımadasında daş tikililər üzərində 
(1078-1079-cu illərə aid Məhəmməd məscidinin minarəsi, bir sıra qəbirüstü 
abidələr) oyma üsulu ilə müxtəlif çoxbucaqh fiqurlardan, altıbucaqlı 
ulduzlardan, həndəsi naxışlardan yüksək ustalıqla istifadə olunmuşdur. 
Azərbaycamn Şirvan bölgəsində müxtəlif metallar, o cümlədən 
bürüncdən hazırlanmış qablar üzərində bədii sənət nümunələri yaradılırdı. 
1190-cı ildə Naxçıvanlı usta Osman tərəfindən hazırlanmış və Fransanın Luvr 
muzeyində saxlanılan bürünc qabın naxışlan “Möminə Xatın” türbəsinin 
naxışları ilə demək olar ki, eyni idi. 
Xalçaçılıq və bədii üsulla parçaların hazırlanması bu dövrdə 
Azərbaycanın dekorativ tətbiqi incəsənətində özünəməxsus yer tuturdu. 
Mingəçevir, Beyləqan, Gəncə və Bakı ərazilərində arxeoloji qazıntılar 
nəticəsində tapılmış rəngli pambıq, yun və ipək parçalar keyfiyyətinə və 
naxışlarına görə bədii sənət nümunəsi kimi diqqəti cəlb edir. O dövrdə 
parçaların bədii tərtibatı zamanı daha çox qırmızı, yaşıl və qızılı rənglərdən 
istifadə olunurdu. XI - XII əsrlərə aid mənbələrdə ipək və yun saplardan 
toxunulmuş və zəngin naxışlarla bəzədilmiş Azərbaycan xalçalarının dünyanın 
müxtəlif ölkələrinə ixrac olunması haqqında məlumatlar vardır. 
IV
FƏSİL. AZƏRBAYCAN XIII - XV ƏSRİN ƏVVƏLLƏRİNDƏ § 11. 
Monqol yürüşləri və onlara qarşı mübarizə 
XIII
yüzilliyin 20-ci illərində Vətənimiz Azərbaycan yeni bir xarici 
hücum təhlükəsi ilə üz - üzə qaldı. Monqolların ilk yürüşü Eldənizlərin idarə 
etdiyi Azərbaycan dövlətinin zəiflədiyi dövrə düşdüyündən ölkəmizə böyük 
dağıntılar, xalqımıza isə böyük fəlakət gətirdi. Tarixi qaynaqlara və o dövrün 
tarixçisi İbn əl -Əsirə görə türklərə yaxınlığı ilə seçilən, hətta qıpçaqlarla eyni 
cinsdən olan monqolları 1206-cı ildə Çingiz xan tatar ulusları ilə bir 
95 


likdə bir dövlət halında birləşdirmişdi. Çingiz xanı döyüş bacarığı və idarəetmə 
anlayışına görə məşhur Hun - türk hökmdarı Mete xaqana bənzədirdilər. Türk 
köklü uyğurlar da onun dövlətində yer almışdılar. Təsadüfi deyil ki, Çingiz xan 
dövlətin bütün maliyyə və divan işlərini uyğurlara tapşırmışdı. Uyğur türk dili 
uzun bir müddət Böyük Monqol dövlətinin divan - dövlət dili olmuşdu. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin