böyük ərazini qılınc gücünə öz hakimiyyəti altında birləşdirərək beşinci monqol
ulusunu - HUlakülər dövlətini yaratdı. Hülakü
dövlətinin əsas mərkəzi -
metropoliyası Azərbaycan idi. Dövlətin yarandığı 1258-ci ildə ilk paytaxtı
Marağa, 1259-cu ildə Azərbaycanın baş şəhəri Təbriz olmuşdur. Hülakü
elxanlarının sarayı, dövlətin inzibati, hərbi - siyasi idarəetmə orqanları, xəzinəsi
və vergi idarələri Təbrizdə yerləşirdi. Hülakülərin yay iqamətgahı Qarabağda,
qış iqamətgahı isə Muğanda idi. Maraqlıdır ki, Səlcuqlular dönəmində türk
dövlətlərində rəsmi dil ərəb və fars dilləri idisə, Hülakülər dövründə türk dili
dövlət dili mövqeyini qazanmışdı. O dövrdə yaşamış görkəmli alimimiz
Məhəmməd Naxçıvani yazırdı ki, Hülakülər dövlətində mühüm sənədlər türk,
ərəb və fars dillərində yazılırdı və fərmanlar azərbaycanlılara türk dilində
çatdırılırdı. Təsadüfi deyil ki, XIII - XIV əsrlərdə Azərbaycanın və onun şimal
hissəsi olan Aranın əhalisinin böyük çoxluğu türklərdən ibarət idi.
XIII əsr
mənbələrində təkcə Aranda yüz min türk atlısının olduğu bildirilmişdir,
Azərbaycanın görkəmli alimi Nəsrəddin Tusi Hülakü xanın baş məsləhətçisi,
Hülakü xanın oğlu Abaqa xanın vəziri olmuş və hər iki elxanın dövründə
ölkəmizin idarə edilməsi işlərinə güclü şəkildə təsir göstərmişdi.
Güclü və mərkəzləşmiş idarə orqanları yarada bilən Hülakü xan köçəri
əyanlara arxalanırdı, hərbi-siyasi idarələri və vilayətləri şahzadələrə və tamnmış
əmirlərə tapşırmışdı. Oturaq əhalini ağır vergi sisteminə cəlb edən Hülakü xan
yerli Azərbaycan əyanlarını sıxışdırmağa çalışırdı. Abaqa xanın hakimiyyətinin
(1265-1282) sonlarında köçəri əyanların hakimiyyət uğrunda mübarizəsi və
daxili çəkişmələr Arqun xanın ölümündən (1291) sonra daha da gücləndi.
1295-ci ildə Qarabağda Hülakülər dövlətinin başçısı
elan edilən Qazan xan
(1295-1304) köçəri əyanların üsyan və çıxışlarını yatıraraq mərkəzi hakimiyyəti
gücləndirdi.
Qazan xanın qardaşı Sultan Olcaytunun dövründə (1304-1316) mərkəzi
hakimiyyət xeyli möhkəmləndirilsə də, on iki yaşlı Əbu Səidin dövründə
(1316-1335) əslində dövlətin idarəsi baş əmir Çobanın ixtiyarına keçdi.
1343-cü ildə Hülakülər dövlətində hakimiyyətə gəlmiş Çobani Məlik
Əşrəfin dövründə xalqımız tam bir zülm və dəhşətli qorxu içində yaşamağa
məhkum edilmişdi. Tarixçi Əbubəkr əl Qütbi
əl Əhərinin Çobani nəslinin
Vətənimiz Azərbaycana gətirdiyi bəlalar haqqında yazdıqları oxuyanları
dəhşətə gətirir. Tarixçi yazırdı: “1344-cü il: Çobanilər Təbrizə gəldilər və
zülmün əsasını qoydular, 1345-ci il: Məlik Əşrəf Təbrizə gəlib oturdu və zülm
bayrağını göylərə qaldırdı, 1346-cı il: ölkədə üç şey bol idi: zülm, bahalıq və
vəba... Məlik Əşrəf 100 min ac qurdu Azərbaycan və Aranın canına saldı. Onlar
istədiklərini etdilər. Əhali cana doydu və Vətənini tərk edib qonşu ölkələrə
səpələndi.” Mənbələrdə Məlik Əşrəfin Azərbaycandan 400 dəvə və min qatır
yükünə bərabər sərvət toplaması və on yeddi yerdə xəzinə saxlaması haqqında
məlumatlar vardır.
99
Hülakü dövləti yaranandan sonra Çingiz xanın vəsiyyətini əsas gətirən
Qızıl Orda dövləti onlardan qoparılmış Azərbaycan kimi zəngin ölkənin
itirilməsi ilə heç cürə barışa bilmirdilər. Çingiz xanın oğlu Cuciyə məxsus
dördüncü ulusun - Qızıl Ordanın ərazisinin bir hissəsinin
qopanlaraq beşinci
ulusa - Hülakü dövlətinə çevrilməsi bu iki nəhəng güc arasında bir əsrə qədər
davam edən müharibəyə səbəb oldu və aparılan savaşlar Azərbaycana böyük
fəlakətlər gətirdi. Şəhərlərimiz, kəndlərimiz dağıdılıb qarət edilir və əhalimiz
qınlırdı. Qızıl Ordanın 1263, 1265,1288 - 1290, 1335-ci il yürüşləri ona uğur
gətirmədi. Çobani Məlik Əşrəfin Hülakü ulusunu çapıb - talaması və
soyğunçuluq siyasəti ölkəmizi hərbi - siyasi və
iqtisadi cəhətdən tamamilə
gücdən salmışdı. Məlik Əşrəfin zülmündən baş götürüb Qızıl Ordaya qaçmış
din xadimi Bərdəli Mövlana Məhiyəddm Saray Bərkə şəhərində məsciddə
vaizlik edirdi. Qızıl Orda hökmdan Canı bəyin məscidə gəlməsindən istifadə
edən Mövlana Çobani Məlik Əşrəfin Azərbaycan xalqına etdiyi zülmdən elə
danışdı ki, böyük hökmdar Cam bəy ağlamaqdan özünü saxlaya bilmədi və
dərhal qoşun hazırlamağı əmr etdi. Canı bəy Azərbaycema gələndə. Şirvanşah
qoşunu da ona qoşuldu. 1357-ci ildə Təbrizə
daxil olan müttəfiqlər
Azərbaycanda Çobani ağalığına son qoydular və Hülakü dövləti tarixin
səhnəsindən silindi. Bu hadisə Azərbaycanın şimalında Şirvanşahlann müstəqil-
ləşməsinə şərait yaratdı. Hülakü dövlət sistemində Şirvanşahlar öz titullarım
saxlasalar da, bu formal xarakter daşıyırdı. Çünki mərkəzi hökumət onlann
səlahiyyətlərini o dərəcədə məhdudlaşdırmışdı ki, Şirvan əhalisindən vergiləri
belə, monqol baskakları toplayırdı.
Dostları ilə paylaş: