“Harada yüz min adam vardı, heç yüz adam da qalmamışdır”. Monqol basqmIan nəticəsində
Azərbaycanın xüsusilə Xəzərboyu bölgələri tamamilə boşalmışdı. Azərbaycanın
görkəmli dövlət xadimi
Fəzlullah Rəşidəddin yazırdı ki, “Çoxlu əhalisi olan
Marağa, Ərdəbil, Gəncə, Bərdə və başqa şəhərlərdə monqollar tərəfindən elə
qırğın törədilmişdi ki, tək - tük adam sağ qalmışdı... Dərbənd və Şirvan
bölgələrində əhali tamamilə qırılmış, yaxud qaçıb dağılmış, əkinlər isə başlı -
başına buraxılmışdı”. Monqolların “örüş siyasəti” dünyanın ən ali varlığı olan
insam tamamilə gərəksiz və dəyərsiz varlığa çevirmişdi. Vətənimizin ayn-ayn
bölgələri
“demoqrafik boşluq” təhlükəsi ilə üzləşmişdi. Bu siyasət nəticəsində
oturaq əkinçilik təsərrüfatına və süni suvarma sisteminə böyük ziyan dəymişdi.
Monqol hakimləri üçün torpaq yalnız otlaq kimi əhəmiyyətli olduğundan dövlət
suvarma işlərinə vəsait ayırmırdı. Nəticədə varlı və bərəkətli torpaqlarımız
otlaqlara və boş səhralara çevrilmişdi. Azərbaycan iqtisadiyyatının böyük
dağıntıya uğraması dövlət gəlirlərinin kəskin şəkildə azalmasına gətirib
çıxarmışdı. Monqollann örüş siyasətinin Yaxın və Orta Şərq ölkələrinin, o
cümlədən
Azərbaycanın iqtisadiyyatına dağıdıcı təsiri haqqında əyani təsəvvür
yaratmaq üçün monqol yürüşlərindən qabaq və sonra bu ölkələrin dövlət
gəlirlərinin dinamikasını müqayisəli şəkildə əks etdirən aşağıdakı cədvəli
nəzərdən keçirək:
ÖLKƏLƏR DÖVLƏT GƏLİRLƏRİ XII əsr dinarla XIV əsr dinarla Azərbaycan 25 milyon 2 milyon 694 min İraqi - Əcəm 25,2 milyon 2 milyon 352 min İraqi - Ərəb 30 milyon 3 milyon Rum 15 milyon 3 milyon 300 min