mahal hakimləri idarə edirdilər.
Şəriət məhkəmələrinə
qazılar rəhbərlik edirdilər. Şəriət məhkəməsində
baş qazının hökmü ilə cinayət işinin başlanmasına fətva veriləndən sonra, hətta
şahın belə, məhkəmə prosesini dayandırmaq və onun işinə müdaxilə etmək
hüququ yox idi. Şəhərləri idarə edən məmur
kələntər adlanırdı. Kələntərə tabe
olan
darğa şəhərdə asayişin qorunmasına və şəriət qanun - qaydalarına düzgün
əməl olunmasına cavabdeh idi.
XVI - XVII əsrlərdə Səfəvilərin silahlı qüvvələrinin təşkili qaydasına
görə
ordu iki hissədən ibarət idi.
1.
Dövlətə tabe olan qoşun (bəylərbəyilərin və digər vilayət hakimlərinin
nəzarətində olan hərbi dəstələr və qorçu alayları)
2.
Şaha tabe olan qoşun (tüfəngçilər, qulamlar və topçu alaylan)
Sosial-iqtisadi həyat Kənd təsərrüfatı* XVI əsrdə Azərbaycan torpaqlarımn vahid dövlətdə
birləşdirilməsi, möhkəm dövlət idarə sisteminin qurulması və vahid iqtisadi
siyasətin həyata keçirilməsi ölkənin təsərrüfat həyatının dirçəlməsinə səbəb
olmuşdu. XVI - XVII əsrlərdə iqtisadiyyatın əsas sahəsini kənd təsərrüfatı,
sənətkarlıq və ticarət təşkil edirdi. Kənd əhalisinin böyük hissəsi
əkinçiliklə məşğul olurdu. Azərbaycanın demək olar ki, bütün bölgələrində dənli
bitkilərdən buğda, arpa, düyü, paxla, darı, mərci, noxud və sair əkilirdi. Türk
səyyahı
Övliya Çələbi Təbriz mahalında
7 növ buğda yetişdirildiyini qeyd
etmişdi. Əkinçilik təsərrüfatının məhsuldarlığı birbaşa süni suvarma sisteminin
vəziyyətindən asılı idi. Əkinlərin suvarılmasında çaylardan, kəhriz və
quyulardan istifadə edilirdi. Övliya Çələbi Təbriz mahalında 900 kəhriz, çoxlu
quyu və kanalların olduğunu qeyd etmişdi. Bu qədər bol su ehtiyatı da Təbrizin
taxıl əkinlərini, bağ və bostanlarını suvarmağa kifayət etmirdi.