Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə88/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   84   85   86   87   88   89   90   91   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Sənətkarlıq, səhərlər və ticarətin inkisaft,
Səfəvilər dövründə 
sənətkarlıq və ticarət sürətlə inkişaf edirdi. Ölkədə 40-dan çox sənət sahəsi 
vardı. Bu sahələr içərisində toxuculuq, misgərlik, dəmirçilik, dabbaqhq, 
dulusçuluq, dərzilik, bənnahq və sair xüsusi ilə seçilirdi. Bu dövrdə 
Azərbaycanda mövcud olan sənət və peşə növlərini beş qrupa ayırmaq olar: 1) 
toxuculuq və onunla bağlı olan istehsal sahələri; 2) metal emalı üzrə sənət 
sahələri; 3) ağacişləmə sənəti; 4) müxtəlif təyinatlı sənətlər (güzgü 
düzəldilməsi, dulusçuluq və s.) 5) müxtəlif peşələr (dəyirmançı, qəssab, kənkan 
və s.) 
Şəhərlərdə sənətkarlar ayrı-ayrı peşələr üzrə ixtisaslaşmış 
emalatxanalarda çalışırdılar. Sərbəst (azad) emalatxanalar ixtisaslaşnuş peşələrə 
görə həmkarlar adından birliklərə daxil idilər və onların əsas iş qüvvəsini şəhər 
yoxsulları təşkil edirdi. Feodal emalatxanalarında isə əsasən kəndli əməyindən 
istifadə olunurdu. Səfəvilər dövründə dövlət tərəfindən açılmış iri 
emalatxanalar fəaliyyət göstərirdi. Belə dövlət emalatxanaları şah karxanaları 
(“biyutat”) adlanırdı. 
Şah karxanalarında əmək bölgüsünün bəzi rüşeymiəri üzə çıxmışdı. 
Kapitalist istehsalı üçün zəruri olan ilkin kapital yığımı yox idi; eyni zamanda 
Azərbaycan tacirləri istehsalçı ilə istehlakçı arasında yalnız vasitəçilik edir və 
Avropa tacirlərindən fərqli olaraq istehsalın təşkilatçısı kimi çıxış etmirdilər. 
Belə şəraitdə tacir istehsalçının əməyini yox, məhsulu satın alırdı. Bu isə öz 
növbəsində əmək .bölgüsünə əsaslanan kapitalist manufaktura istehsalının 
yaranmasına imkan vermirdi. Bütün bunlara baxmayaraq XVI - XVII əsrdə 
Azərbaycanda sənətkarlıq istehsalı genişlənir və istehsal texnikası təkmilləşirdi. 
I Şah Təhmasib tərəfindən 1565-ci ildə tamğa vergisinin ləğvi sənətkarlığın və 
ticarətin inkişafını sürətləndirən amillərdən biri olmuşdur. Azərbaycanda 
toxunan ipək, pambıq parçalar və nadir xalçalar bütün dünyada məhşur idi. 
Ö.Çələbi yazıdı; “heç bir ölkədə burada olduğu qədər gözəl ustalar - 
naxışvuranlar, rəssamlar, zərgərlər və dərzilər yoxdur. Burada istehsal olıman 
pambıq və yun parçalar, ipək, məxmər, darai xüsusilə şöhrət qazanmışdı və 
bunlar Təbriz parçaları kimi tanınır.” 
XVI - XVII əsrlərdə Təbriz Azərbaycanın ən böyük ticarət mərkəzi idi. 
Oruc bəy Bayat bu şəhəri “Şərqin paytaxtı” adlandırmışdı. Ö.Çələbiyə görə, 
XVI əsrdə Tərizdə 300 min, Təbriz əyalətində isə 500 min adam yaşayırdı. 
Burada 700 dükan, 200-dək karvansara var idi. Ölkənin başqa 
136 


yerlərindən bura taxıl, xam ipək, mal - qara gətirilib, Jan Şardenin sözləri ilə 
deyilsə, “Şərqdə ən məhşur olan” Təbriz bazarında satılırdı. 
Azərbaycanın şimalında ən böyük şəhər Şamaxı idi. XVI əsrdə baş 
vermiş müharibələr bu şəhərin təsərrüfat həyatına ziyan vursa da, o öz iqtisadi 
əhəmiyyətini saxlayırdı. A.Oleari və Ö.Çələbi Şamaxının örtülü bazarı və çoxlu 
karvansarası olan böyük ticarət mərkəzi kimi təsvir etmişlər. Hər il bu şəhərdə 
100 min pud barama satılırdı. 
Səfəvilərin dədə - baba mülkü sayılan Ərdəbil xüsusi statusa malik olub, 
ölkənin iqtisadi həyatında böyük rol oynayırdı. Şəhərin Qeysəriyyə adlanan 
örtülü bazarını A.Oleari “ticarət birjası” adlandırmışdı. Buraya türk, tatar, 
hindli, Çin və Mərkəzi Asiya tacirləri gəlirdilər. 
Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin mərkəzi olan Gəncə 
şəhərinin əhalisi Oruc bəy Bayata görə, 50 min ailədən ibarət idi. 
1571 - 1573-cü illərdə Azərbaycanda olmuş Allessandri Səfəvilər 
dövlətində 52 şəhərin olduğunu qeyd etmişdi. O, baş şəhər hesab etdiyi 
Təbrizdən başqa Qəzvin, Naxçıvan, və Şamaxıya xüsusi əhəmiyyət vermişdi. 
Yüz illər boyu sənətkarlıq və ticarət mərkəzləri sayılan şəhərlərdə taxıl 
əkinləri, meyvə bağları və bostanlar da var idi. Belə vəziyyət Şamaxı, Bakı və 
Mərəndə, hətta Təbriz kimi ən böyük şəhərə də aid idi. Azərbaycan şəhərlərinin 
yarımaqrar xarakterli olması Qərbi Avropadan fərqli olaraq burada sənətkarlığın 
kənd təsərrüfatından ayrılması prosesinin ləng gedərək ümumiyyətlə, başa 
çatmaması ilə bağlı idi. 
Səfəvilər dövründə dövlət daxili və xarici ticarətin genişlənməsində 
maraqlı olub, bundan böyük gəlir götürürdü. Tacirlərdən rəhdar adlanan yol 
gömrük rüsumu, şəhərlərin giriş qapısı və bazarlarda isə bac adlanan ticarət 
rüsumu alırdılar. Şəhərlərdə pərakəndə satış bazarlarda həyata keçirilirdi. Xarici 
ticarət mərkəzləri kimi karvansaralar əsas rol oynayırdılar. Karvansaralarda 
xarici tacirlər daha çox topdansatış ticarət əməliyyatlarını yerinə yetirirdilər. 
Azərbaycanın şəhər bazarlannda ticarət yerli tacirlərin əlində idi. XVI əsrin 
ikinci yarısından şəhər bazarlarında hind (moltanı), rus, yəhudi və başqa əcnəbi 
tacirlərin mövqeyi güclənməyə başlamışdı. 
Dövlətimizin xarici iqtisadi əlaqələri 
Səfəvilər Qərbi Avropa, Osmanlı, Rusiya, Hindistan və başqa ölkələrlə 
geniş ticarət əlaqələri saxlayırdı. XVI əsrdə Qərbi Avropada meydana çıxmış 
kapitalist sənayesinin Şərqin, ilk növbədə Azərbaycamn məhsullarma, xüsusilə 
xam ipəyə tələbatı artmışdı. Şərqdən, həmçinin Azərbaycandan Aralıq dənizinə 
çıxan ticarət yollarına Osmanlı dövləti nəzarət edirdi. Qərb dövlətləri 
Səfəvilərlə birbaşa ticarət əlaqələri qurmaq üçün yeni yollar axtarırdılar. 
İngiltərə “Moskva” ticarət şirkəti vasitəsilə Rusiyadan keçən Volqa - Xəzər su 
yolu ilə Azərbaycan və Hindistana çıxış əldə etməyə çalışırdı. 1561-1563-cü 
illərdə “Moskva” şirkətinin nümayəndəsi Entoni Cenkinson ingilis kraliçası I 
Yelizavetanın xüsusi tapşırığı ilə Səfəvi 
137 


hökuməti ilə rəsmi ticarət əlaqələri yaradılması haqqında danışıqlar aparmışdı. 
Ancaq Osmanlı dövləti ilə münasiətləri pozmaq istəməyən Şah I Təhmasib 
İngiltərə ilə ticarət müqaviləsi bağlamaqdan imtina etmişdi. A.Cenkinson 
Şirvan bəylərbəyi Abdulla xanın imzaladığı fərmanla “Moskva” şirkətinə 
Şirvan ərazisində ticarət imtiyazları, maneəsiz və rüsumsuz ticarət etmək 
hüququ almışdı. 1566-cı ildə “Moskva” şirkətinin başqa bu- nümayəndəsi 
A.Edvards, 1574-cü ildə isə T.Benister və Ç.Deket tərəfindən I Təhmasib 
səviyyəsində dövlətimizdən həmin şirkətin ticarət fəaliyyəti üçün əlavə 
imtiyazlar alınsa da, ingilislərin buradan birbaşa Hindistanla ticarət əlaqələri 
saxlamaq xahişləri şah tərəfindən qəti rədd edilmişdi. Çünki Səfəvi tacirləri 
hind malları, o cümlədən ədviyyat ticarətində vasitəçilikdən böyük qazanc 
götürürdülər. Ümumiyyətlə, ticarət imtiyazlarına baxmayaraq ingilis tacirləri 
Azərbaycan bazarında möhkəmlənə bilmədilər. 
Qərbi Avropada Azərbaycan ipəyinin əsas alıcılarından biri Venesiya 
və Genuya idi. XVII əsrin birinci yarısında Rusiya vasitəsilə Azərbaycanla 
ticarətə can atan Hollandiyanı xam ipək daha çox maraqlandırırdı. Hollandlar 
1645-ci ildə II Şah Abbasdan Səfəvi torpaqlarından ipək ixracına dair müstəsna 
hüquq almışdılar. Şardenin 1671-ci ildə verdiyi məlumata görə, Şah 
Süleymanın dövründə holland tacirləri hər il şahın adamlarından bazar 
qiymətlərinin 1/3-i qədər baha qiymətə 600 tay ipək satın alırdılar və bunun 
əvəzində bir sira imtiyazlardan istifadə edirdilər. 
XVII əsrdə Azərbaycamn ticarət tərəfdaşlanndan biri də Rusiya idi. 
Azərbaycan tacirləri mallarını Həştərxan bazarına çıxarır və orada Qərbi 
Avropadan və Şərq ölkələrindən gətirilmiş mallarla dəyişir, yaxud da nəğd pula 
satırdılar. Azərbaycan tacirlərinin özlərinin və mallarının təhlükəsizliyi 
Rusiyada, rus tacirlərinin sərbəst ticarət hüququ isə Azərbaycanda dövlət 
səviyyəsində qorunurdu. 
Səfəvi ipək bazarından İngiltərə və Hollandiyanı sıxışdırıb çıxarmağa 
çalışan Rusiya 1667-ci ildə birbaşa şahın nəzarətində olan “Yeni Culfa” ticarət 
şirkəti ilə müqavilə bağlanmışdı. Müqaviləyə görə, Səfəvi xam ipəyinin ixracatı 
üzərində inhisar hüququ olan Rusiya bu sahədə əsas vasitəçiyə çevrilməli idi. 
Gömrüksüz ticarət hüququ alan rus tacirləri xam ipəyi Həştərxandan Moskvaya, 
oradan isə Mərkəzi və Qərbi Avropa ölkələrinə ixrac edə bilirdilər. Qeyd etmək 
lazımdır ki, bu ticarət müqaviləsi ona bəslənilən ümidləri doğrultmadı, çünki 
ingilis və holland tacirləri Səfəvi xam ipəyini birbaşa, vasitəsiz satın almağı 
üstün tuturdular. 
XVII əsrin əvvəllərində Osmanlı dövləti ilə sülh müqaviləsi 
bağladıqdan sonra Azərbaycanın Şərq və Qərb ölkələri ilə ticarət əlaqələri xeyli 
güclənmişdi. 
XVII əsrin ortalarında Səfəvilərin Osmanlı dövləti ilə ticarət əlaqələri 
xeyli genişlənmişdi. Osmanlı tacirlərinin Azərbaycanda maraq göstərdikləri 
əsas məhsullar: xam ipək, parçalar, boyaqlar, dəvə və döyüş atları idi. Marağa, 
Qarabağ və Muğanda yetişdirilmiş cins atlara Türkiyədə böyük 
138 


tələbat var idi. Şarden Osmanlıya satılan cins atın hər birinin qiymətinin çox 
baha - 1000 frank olduğunu qeyd etmişdir. 
XVII əsrdə Azərbaycan 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin