Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə89/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   85   86   87   88   89   90   91   92   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Hindistanla 
da geniş ticarət əlaqələrinə malik 
idi. Yan Streys Şamaxı şəhərində 100-ə yaxın indusun ticarətlə məşğul 
olduğunu, Kempfer isə hind tacirlərinin Bakı şəhərinin ticarət həyatında böyük 
rol oynadığını qeyd etmişdir. 
Səfəvilər dövründə Azərbaycanın Şərq və Qərb ölkələri ilə geniş ticarət 
əlaqələri bir tərəfdən ölkədə kənd təsərrüfatı və sənətkarlığın yüksək inkişaf 
göstəricisi hesab edilirsə, digər tərəfdən durmadan artan ticarət dövriyyəsi 
dövlət xəzinəsinin əsas gəlir mənələrindən birini təşkil edirdi. 
Torpaq və vergi münasibətləri 
XVI - XVII əsrlərdə Azərbaycanda torpaq sahibliyinin ənənəvi beş 
növü qalmaqda idi. 1. Divan (xəzinə), 2. xassə, 3. vəqf, 4. icma (camaat), 5. 
xüsusi torpaq sahibliyi (mülk və tiyul). Səfəvilər dövründə torpaq sistemində 
baş vermiş əsas dəyişikliklər yeni şərti 
tiyul 
torpaqlarinin soyurqalı əvəz 
etməsindən, vəqf əmlakının genişlənməsi və iri feodallar tərəfindən 
icma 
torpaqlarının 
ələ keçirilməsindən ibarət idi. Torpaq münasibətləri öz feodal 
səciyyəsini saxlamaqda idi. 
Səfəvilər dövründə ali zümrənin tərkibində 
qızılbaş türk əyanları 
aparıcı yer tuturdu. Dövlətdə siyasi və hərbi hakimiyyətə malik olan qızılbaş 
əmirləri, həm də ən iri torpaq sahibləri idilər. Cəmiyyətdə böyük nüfuza malik 
müsəlman ruhanilərinin də ixtiyarında böyük torpaq sahələri vardı. Mərkəzi və 
yerli idarələrdə çalışan məmurlar dövlət xəzinəsinə toplanan vergilərin hesabına 
yaşayırdılar. Oturaq yerli əyanlar əsasən mülk sahibi idilər. 
XVI - XVII əsrlərdə aşağı zümrəni təşkil edən 
kəndlilər 
içərisində 
müəyyən təbəqələşmə prosesi gedirdi. Kənd əhalisinin bir hissəsi nisbətən varlı 
sahibkar kəndlilərindən ibarət idi. Azad icma kəndlilərinin azalması hesabına 
torpaqsız kəndlilərin sayı artırdı. Torpaqsız və aztorpaqlı kəndlilər feodallardan 
torpaq icarəyə götürür və illik məhsulun 2/3 hissəsinə qədərini onlara 
ödəyirdilər. 
Səfəvilər dövründə kənd əhalisi üzərinə qoyulan vergi və 
mükəlləfiyyətlərin sayı 35-dən çox idi. Əsas vergi 
malcəhət 
olub, torpağın 
münbitliyi və yığılan məhsulun miqdarını nəzərə almaqla, ümumi məhsulun 
1/5-dən 1/3- nədək hissəsini təşkil edirdi. Bağlardan toplanan 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin