Fətəli xan Əfşar
1759-cu ildə Qarabağ xanlığım asılı vəziyyətə
saldıqdan sonra Azərbaycanın daxili işləri ilə məşğul olmağa başladı. 1761-ci
ildə İsfahan və Şirazı ələ keçirən Kərim xan
Zənd güclü qoşun toplayaraq
Urmiya xanlığı üzərinə basqın etdi. 1761-ci ilin yayında
Fətəli xan
Əfşar Uçan
düzündəki
Qaraçəmən kəndi yaxınlığında
düşmənin qoşunlarını ağır
məğlubiyyətə uğratdı. Ancaq özünə həddən artıq güvənərək məkrli düşməni
saya salmayan Azərbaycan döyüşçüləri zəndləri
sonadək təqib edib bütün
qüvvələrini məhv etmədilər. Nəticədə fəlakət baş verdi. Bütün qüvvələrini
toplayaraq
hücuma keçən Kərim xan Zənd
Təbriz şəhərini
ələ
keçirərək
şəhərdə qırğın törətdi.
Kərim xan Zənd Fətəli xan Əfşarın bütün düşmənlərini bir cəbhədə
birləşdirmək üçün hərəkətə keçdi. Kərim xanın tələsinə düşərək ona yardım
göstərənlər içərisində çox təəssüf ki, qarabağlı Pənahəli xan, qaradağlı Kazım
xan, xoylu Şahbaz xan, naxçıvanlı Hacı xan Kəngərli və başqaları da var idi.
Müttəfiqlər 9 aylıq mühasirədən soma 1763-cü ildə
Urmiya şəhərini
tutdular.
Fətəli xanın xəzinəsi Kərim xanın əlinə keçdi. Kərim xan Fətəli xanın uzaq
qohumlarından olan Rüstəm bəyi Urmiya xanı təyin edərək bütün Azərbaycan
xanlarını qələbəni qeyd etmək üçün “Şiraz qonaqlığına” apardı. Qəmşəyə
çatanda isə Fətəli xan Əfşarı qətlə yetirdi. Kərim xan Zənd qonaqlıq adı ilə
girov götürdüyü xanları öz xanlıqlanndan
uzaqda - Şirazda saxlamaqla
xanlıqları zəiflədib, gələcəkdə ələ keçirtmək istəyirdi. Ancaq “Şiraz qonaqlığı”
istənilən nəticəni vermədi.
Xov xanli
2
L
Urmiya xanlığı
zəiflədikdən sonra
Xoy xanlığı
Azərbaycanın cənub xanlıqları içərisində ən güclüsü oldu.
Dostları ilə paylaş: