amansız davranışı və özbaşınalığı ilə seçilirdi. Hər il vergiləri artırır, bir
hissəsini özünə götürür və əhalini var - yoxdan çıxanrdı. Nadir şah ali zümrə və
əhali içərisində böyük nüfuza malik Hacı Çələbini Şəki vilayəti üzrə vəkil təyin
etmişdi. Şahın fərmanına görə məlik Nəcəf vəkilin razılığı olmadan əhali
üzərinə vergi qoya bilməzdi. Hacı Çələbi məlik
Nəcəfin qanunsuz işlərinin
qarşısını almağa cəhd göstərəndə, məliyin şikayəti ilə şah hər ikisini yanına
çağırmış və Hacı Çələbinin asılmasını əmr etmişdi. Boynunda kəndir Hacı
Çələbi məliyin bütün qanunsuz işlərini qorxmadan
bir nəfəsə Nadir şaha
bildirmişdi: “... Şahdan bir qulluq gəlsə, məlik dörd - beş qulluq da onun üstünə
qoyub rəiyyətə həvalə eylər. Mən deyirəm ki, şah məni vəkil edibdir.
Qoymaram ki, şahın rəiyyətini əbəs yerə xərab eləyəsən.
Məlik bu səbəbdən
xilaf yerə ərz eylər. Rəiyyət padşahın ixtiyanndadır.” Nadir şah Hacı Çələbinin
cəsarətinə heyrətlənib demişdi: “Mənim hüzurumda bir kimsənin həddi yoxdur
ki, nəfəs çəkə. Şəkili Çələbi nə cürət sahibi varmış ki, boğazında kəndir cürət
eləyib bu ərzləri mənə elədi. Heç sözündə yanılmadı. Əlbəttə, bundan bir xəta
əmələ gələcək. Mənim zənnim xəta olmaz.”
Hacı Çələbi 1743-cü ildə bütün tərəfdarlarını ətrafına toplayıb üsyan
qaldırdı, məlik Nəcəfi devirərək öldürdü və Şəki vilayətini müstəqil xanlıq elan
etdi. 1744-1746-cı illərdə Hacı Çələbi “Gələsən - Görəsən” qalasında
müdafiəyə çəkildi. Nadir şahın qalanı almaq üçün təşkil etdiyi iki yürüş boşa
çıxdı. İki ildən çox davam edən üzücü savaşdan sonra Hacı Çələbi Nadir şahın
hakimiyyətini tanıdığını bildirdi. 1747-ci ildə Nadir şahın sui - qəsd nəticəsində
öldürülməsi ilə onun qurduğu nəhəng imperatorluq dağıldı və Azərbaycan çox
çətin və mürəkkəb siyasi dağınıqlıq dövrünə daxil oldu.
157
VII
FƏSİL. AZƏRBAYCAN XANLIQLARI
Dostları ilə paylaş: