qubalı Fətəli xandan asılı vəziyyətə düşmüşdü.
Mir Mustafa xanın dövründə (1786 - 1814) Lənkəran xanlığı xeyli
güclənmişdi. 1795-ci ildə xanlıq Ağa Məhəmməd xan Qacann hücumuna məruz
qalmışdı. Mir Mustafa xan Qacar təhlükəsinə qarşı Rusiyadan kömək almaq
üçün öz nümayəndələrini Peterburqa göndərmişdi.
Mir Həsən xanın dövründə
(1814-1826) xanlıq Rusiya tərəfindən işğal olunsa (1812-1813-cü illərdə) da,
xan hakimiyyəti bir qədər gec - 1826-cı ildə ləğv edilmişdi.
§ 22. Xanlıqların daxili və xarici siyasəti Xanlıqların dövlət quruluşu və sosial - iqtisadi həyatı Azərbaycan xanlıqları dövlət quruluşuna görə
monarxiya idi. Xanlıqlar
demək olar ki, bütün dövlət atributlarına malik olmaqla beynəlxalq münasibətlər
sisteminin subyekti kimi çıxış edirdilər. Hər bir xanlığın dəqiq müəyyən edilmiş
sərhədlərdə öz
ərazisi, müəyyən iqtisadi potensialı,
öz pulu, hərbi qüvvələri, əksəriyyəti türklərdən ibarət olan əhalisi, dili (türk), ideologiyası (islam) və
dövlət atributları var idi. Xanlıqların dövlət atributları
taxt-tac, möhür, bayraq, hökmranlıq əsası və puldan ibarət idi.
Azərbaycan xanları qeyri-məhdud hakimiyyətə malik idilər.
Xanlıqlarda bütün qanunverici, icraedici və məhkəmə hakimiyyəti hakim xamn
əlində cəmləşmişdi. Bir çox xanlıqlarda (Şəki, Şamaxı, Quba, Qarabağ və b.)
xanın yanında
Divan ( Xan Şurası) fəaliyyət göstərirdi. Divan məşvərətçi -
məsləhətçi orqan olsa da, burada iştirak edən vəzifəli şəxslərin mövqeyi xanın
bu və ya digər qərarı qəbul etməsinə təsir göstərirdi. Məsələn, Şamaxı
xanlığında Divanda müharibə, sülh kimi çox mühüm məsələlər müzakirə
olunurdu. Bu xanlıqda Divanın xanın üzərində təsiri daha güclü idi və xanın
nüfuzlu əyanlardan xəbərsiz, təkbaşına qərar qəbul etməsi bəzən narazılıqlara
gətirib çıxarırdı. Xanlıqlarda saray məmurları içərisində