yanında fəaliyyət göstərən məşvərətçi orqan divanxana adlanırdı. Divanxana
xanın yaxın əyanlarından və nüfuzlu müsəlman din xadimlərindən təşkil
olunmuşdu.
Bakı xanlığı,
Bakı xanlığının əsası 1747-ci ildə Mirzə Məhəmməd xan
(1747 - 1768) tərəfindən qoyulmuşdu. 39 kənddən ibarət olan xanlığın mərkəzi
Bakı şəhəri idi. Xanlıqda
bütün inzibati, maliyyə, hərbi və məhkəmə
hakimiyyəti xanın əlində cəmləşmişdi. Xan xanlığı öz malikanəsi kimi idarə
edirdi. Bakı xanlığında idarəetmə aparatı digər xanlıqlarla
müqayisədə kiçik
olması ilə fərqlənirdi. Xamn yanında fəaliyyət göstərən divanda müharibə, sülh
və digər mühüm dövlət əhəmiyyətli məsələlər müzakirə olunurdu.
Neft quyulan, bazarlar, dükanlar xan tərəfindən iltizama verilirdi. Xamn
neftin satışından gəliri ildə 40 - 50 min manata çatırdı. I Mirzə Məhəmməd xan
iqtisadiyyatın dirçəldilməsi və Xəzər dənizində gəmiçiliyin inkişafına xüsusi
diqqət yetirirdi. Xanın yanında 500 nəfərdən çox olmayan daimi qoşun var idi.
Əhali malcəhət (1/10), darğalıq, bayramlıq, toyxərci və s. kimi vergiləri
ödəyirdi.
Bakı hakimi Mirzə Məhəmməd xan Qubalı Fətəli xanın bacısı Xədicə
Bikə ilə oğlu Məlik Məhəmmədi evləndirərək 1767-ci ildə Qubadan asılılığı
qəbul etmiş və bu yolla öz hakimiyyətini qoruyub saxlaya bilmişdi.
Məlik
Məhəmməd xanın dövründə (1768-1784) də xanlıq Fətəli xandan aslı olaraq
qalırdı. Bakı xanı Fətəli xanın ilk tələbi ilə qoşun verməli, müharibə vaxtı özü
qoşunun başında təyin olunan yerə gəlməli və ordunu ərzaqla təmin etməli idi.
Fətəli xan 1779-cu ildə Qarabağ xanlığı ilə “birgə dostluq ittifaqı” yaratmaq
məqsədi ilə Məlik Məhəmməd xam Qarabağlı İbrahimxəlil xanla danışıqlara
göndərmişdi. 1784-cü ildə 11 yaşlı II Mirzə Məhəmmməd xan (1784-1791)
taxta çıxdı. Bakı xanlığında faktiki hakimiyyət Fətəli xan və onun bacısı Xədicə
Bikənin əlində idi. 1789-cu ildə Fətəli xamn ölümündən soma Bakı xanlığı
asılılıqdan çıxdı. Xanlığın sonuncu hakimi olan Hüseynqulu xan (1792-1806)
müstəqil siyasət yeridərək üzdə qubalı Şeyxəli
xanla dostluq münasibətləri
saxlayırdı.
Gəncə xanlığı.
Xanlığın əsası 1747-ci ildə Qacar türk soyundan olan II
Şahverdi xan Ziyadoğlu (1747-1768) tərəfindən qoyulmuşdu. Xanlığın mərkəzi
Gəncə şəhəri idi. Bütün hakimiyyət xana məxsus idi və xanın adından burada pul
kəsilirdi. Əhalidən malcəhət, bəhrə, darğalıq və s. vergilər toplanırdı. Eyni
bəylərbəyiliyin tərkibindən çıxmış Gəncə və Qarabağ xanlıqları arasında ilk
vaxtlar dostluq əlaqələri olsa da, Pənahəli xanın atdığı addımlar
nəticəsində
münasibətlər kəskinləşmişdi. 1759-1761-ci illərdə Şahverdi xan Qarabağ
xanlığından asılı vəziyyətdə olmuşdu. Məhəmməd Həsən xanın dövründə
0768-1778) xanlığın iqtisadiyyatı, xüsusilə ipəkçilik xeyli inkişaf etmişdi.
1780-ci ildə Kartli-Kaxetiya çarı II İrakli və Qarabağ hakimi İbrahimxəlil
xanın birləşmiş qüvvələri Gəncəni ələ keçirdilər. Gəncə xanlığını qaliblərin
təyin etdikləri iki nümayəndə idarə etdiyindən xanlıqda ikiha-
165
kimiyyətlilik yaranmışdı. 1783-cü ildə Hacı bəyin başçılığı ilə üsyan oldu və hər
iki hakim Gəncədən qovuldu. 1784-cü ildə II İraklinin rus qoşunu ilə birlikdə
Gəncəyə hücumunun qarşısı dağlı hakimlərinin köməyi ilə alınmışdı.
1786-cı ildə hakimiyyətə gələn Cavad xan (1786-1804) II İrakli və
Qarabağ hakimi İbrahim xana müəyyən məbləğdə xərac verməyə razı olsa da,
1795-ci ildə xərac göndərilməsini dayandırmışdı.
Cavad xan əsas düşməni
Kartli - Kaxetiyanı sıradan çıxartmaq məqsədilə Ağa Məhəmməd xan Qacarın
gücündən istifadə etməyə çalışırdı.Cavad xan Qacarın 1795-ci ildə Tiflisə
yürüşü zamanı ona qoşun və ərzaqla köməklik göstərmişdi. Cavad xan Nadir
şahın Kartli çarlığının idarəsinə verdiyi Şəmşəddil və Borçalı mahallarım geri
almaq məqsədilə gürcü şahzadəsi Aleksandrı himayə edirdi. Bu siyasət Gəncə
xanlığı ilə Rusiya və Gürcüstan arasında münasibətlərin pisləşməsinə səbəb
olmuşdu. 1797-ci ildə V.Zubovun başçılıq etdiyi rus qoşunları Azərbaycanı tərk
edən kimi Cavad xan Qazax, Şəmşəddil və Borçalı mahallarını gürcülərdən geri
almışdı.
Dostları ilə paylaş: