ranmışdı. Kazım xan (1748 - 1752) xanlığı müstəqil idarə edirdi. Xanlıq 2 min
nəfərlik qoşuna malik idi. Kazım xan 1752-ci ildə Şəki xanı Hacı Çələbiyə qarşı
təşkil olunmuş “Qızılqaya xəyanəti”ndə iştirak etmişdi. 1782- ci ildə Xoy və
Qarabağ xanlıqlarının birləşmiş hərbi qüvvələri tərəfindən tutulandan sonra
xanlıq xeyli zəifləmişdi. 1791-ci ildə Ağa Məhəmməd xan Qacar tərəfindən tabe
edilmişdi.
Ərdəbil xanlısL
XVIII əsrin ortalarında yaranmış Ərdəbil xanlığının
əsasım şahsevən tayfasından olan Bədir xan qoymuşdu. Bədir xanın oğlu
Nəzərəli xanın hakimiyyəti dövründə (1747 - 1792) xanlıq xeyli güclənmiş və
təsərrüfatında müəyyən canlanma yaranmışdı. Xanlığın
idarə edilməsində
əyanlardan ibarət divanxana mühüm rol oynayırdı. Xan 3 min nəfərlik qoşuna
malik idi. Nəzərəli xanın zənd və qacarlarla münasibətləri kəskin olsa da,
Qarabağ və Lənkəran xanlıqları ilə dostluq əlaqələri saxlayırdı.
Səki xanli
2
L
1743-cü ildə Hacı Çələbi tərəfindən əsası qoyulmuş Şəki
xanlığı Azərbaycanın şimal xanlıqları içərisində Quba və Qarabağ xanlıqlan ilə
rəqabət aparmaq gücündə olması ilə fərqlənirdi. Hacı Çələbi xan (1743 - 1755)
Nadir şahın ölümündən (1747) sonra tam müstəqilləş- mişdi. Hacı Çələbi xan
digər xanlıqları özünə tabe etmək yolu ilə Azərbaycan torpaqlarını
birləşdirməyə çalışsa da, bu yolda atdığı addımlar elə bir ciddi uğur
qazanmamışdı. 1748-ci ildə Qarabağ xanlığına hücum etmiş və Bayat qalasını
mühasirəyə almışdı. Qalanı ələ keçirə bilməyərək “Bayat savaşf’nda
məğlub
olan Hacı Çələbi mərdi-mərdanə Pənahəli xanın hakimiyyətini rəsmən
tanıdığını bu sözlərlə bildirmişdir: “İndiyədək o, zərb olunmamış gümüş parçası
idi, biz gəldik, onu pula çevirdik”. Hacı Çələbinin Təbriz xanlığını tabe etmək
cəhdi uğursuz olsa da, Qəbələ və Ərəş sultanlıqlarım öz xanlığına birləşdirmişdi.
Şəki xanlığının get - gedə güclənməsi Qarabağ və Gəncə xanlıqlarım,
xüsusilə Kartli - Kaxetiya çarlığını bərk narahat edirdi. 1751-ci ildə Kartli -
Kaxetiya çarlığı ilə Carda baş tutan döyüşdə məğlub olan II İrakli Azərbaycan
xanları ilə Hacı Çələbiyə qarşı ittifaq yaratmağa nail oldu. 1752-ci ildə Gəncə
şəhəri ətrafında Qızılqaya adlı yerdə Kartli - Kaxetiya çan II İrakli ilə Hacı
Çələbiyə qarşı birləşmək üçün
gələn gəncəli Şahverdi xan, naxçıvanlı
Heydərqulu xan, qaradağlı Kazım xan, qarabağlı Pənahəli xan və başqaları
xəyanətə uğradılar. II İrakli Azərbaycan xanlarını əsir götürərək onları bu yolla
özündən asılı vəziyyətə salmağa çalışırdı. Kür çayının sol sahilində mövqe tutan
Hacı Çələbi xan II İraklinin xəyanətini eşidən kimi ordusuna Kür çayını keçmək
haqda əmr verdi. Gəncə ətrafındakı döyüşdə II İrakli məğlub edildi. Bir ləyaqətli
türk kişisi kimi hərəkət edən Hacı Çələbi xan ona qarşı ümumi düşmənlə
birləşən Azərbaycan xanları əsirlikdən azad edərək bağışladı. Bu qələbə
nəticəsində Qazax və Borçalı Şəki xanlığına birləşdirildi. “Qızılqaya xəyanəti”
göstərdi ki, amansız düşmənə qarşı Vətən naminə bütün Azərbaycan xanları
vahid cəbhədə birləşməlidirlər. 1752-ci ildə II İraklini Carda məğlub edən Hacı
Çələbi xan Car azad camaatlığını
160
da özündən asılı vəziyyətə saldı.
Hacı Çələbi xanın əsas məqsədlərindən biri Şamaxı xanlığını tabe etmək
idi. Ancaq onun bu arzusunu Hüseyn xan həyata keçirtdi. Hüseyn xan 1767-ci
ildə Qubalı Fətəli xan ilə birlikdə Şamaxı xanlığını ələ keçirərək öz aralarında
böldülər. Ancaq 1768-ci ildə Şəki xanlığının hakimiyyəti altına düşən ərazini
Qubalı Fətəli xan öz torpaqlarına birləşdirdi. Şəki xanlığı 1785- ci
ildə Quba
xanlığından asılı vəziyyətə düşsə də, 1789-cu ildə Qubalı Fətəli xanın
ölümündən sonra yenidən müstəqilliyini geri qaytardı. 1795-ci ildə hakimiyyətə
gələn Səlim xan 1806-cı ilədək xanlığı idarə etmişdir. Xanlığın ərazisi 8
mahaldan ibarət idi. Mahalları xanın təyin etdiyi naiblər idarə edirdilər. Əhalisi
kənd təsərrüfatı, sənətkarlıq və ticarətlə məşğul olurdu. Şəki ipəyi
Azərbaycandan çox - çox uzaq ölkələrdə çox məşhur idi.
Dostları ilə paylaş: