II
Şah
Təhmasib müsəlman adı Məhəmmədqulu xan olan
II
Konstantini qoşunla ona
qarşı göndərdi, məğlub olan VI Vaxtanq qaçmaqla canını qurtardı.
1722-ci ilin sentyabrında Rusiya Səfəvi hökmdarı II Şah Təhmasiblə
konsul S.Avramov vasitəsilə diplomatik danışıqları gücləndirərək hərbi kömək
əvəzinə Xəzərboyu bölgələri tələb etməyə başladı. Ancaq I Pyotrun Dərbəndi
tutmasından sonra ruslarla, hətta hərbi müqavilə bağlamaq hüququ olan Səfəvi
diplomatı İsmayıl bəyin bütün səlahiyyətləri geri alındı və onun
151
Rəştdən geri çağniması haqqında Şah fərmanı verildi. Bunu başa düşən rus
elçisi Abramov fərman gətirən çaparı yolda qəsdən ləngitdi və heç bir şeydən
xəbəri olmayan İsmayıl bəy Rəşt limanından gəmi ilə Peterburqa yola düşdü.
1723-cü ilin iyul ayının 6-da M.A.Matyuşkinin başçılığı ilə rusların
Bakıya hücumu, qalaya ağır artilleriyadan atılan topların törətdiyi dağıntılar
nəticəsində şəhər iyulun 26-da ruslar tərəfindən ələ keçirildi. Bakı şəhərinin
hakimi Məhəmmədhüseyn bəy Həştərxana sürgünə göndərildi. Düşmən
sentyabrın 3-də Bakının alınmasını Peterburqda təntənə ilə bayram etdi.
Rus hökumətinin diktəsi ilə 1723-cü ilin sentyabrın 12-də Peterburqda
İsmayıl bəylə 5 maddədən ibarət bir «müqavilə» imzalandı. «Müqa- vilə»də
Bakı da daxil olmaqla, Dərbənddən Gilana qədər Xəzərsahili vilayətlərin əbədi
olaraq Rusiyaya güzəştə gedilməsi və əvəzində Rusiyanın Səfəvi şahma əfqan
qiyamçılarına qarşı mübarizədə köməklik göstərilməsi nəzərdə tutulmuşdu.
II Şah Təhmasib təbii ki, saxta Peterburq müqaviləsini təsdiq etməkdən
qəti şəkildə boyun qaçırdı. Müqavilənin mətnini gətirən rus elçisi Meşerskini
təhqir edərək Ərdəbildə öz yanından qovdu, rus rezidenti Avra- movu isə heç
sarayına da buraxmadı.
Osmanlıya gəlincə bu dövlət I Pyotrun Xəzərsahili vilayətlərə yürüşünü
böyük narahatlıq və narazılıqla qarşıladı. Osmanlı dövləti Rusiya ilə diplomatik
danışıqları gücləndirərək açıq şəkildə bildirdi ki, hətta müharibəyə girmək də
olsa. Osmanlı Şərqi Qafqazın ruslar tərəfindən işğalına yol verməyəcəkdir.
Osmanlı dövləti Şirvanın faktiki hakimi olan Hacı Davuddan istifadə etmək
niyyətini həyata keçirməyə başladı. Hacı Davudun Osmanlı himayəsinə qəbul
edilməsi xahişi 1722-ci il dekabrın 31-də yerinə yetirildi. Hacı Davuda Krım
xanının malik olduğu hüquqlar çərçivəsində status verildi və sultanın adından
mənbədə deyildiyi kimi, ona «barat, xələt və sancaq» göndərildi. Osmanlı
dövləti eyni zamanda Cənubi Qafqaza İbrahim paşanın başçılığı ilə qoşun
çıxartdı. Osmanlı qoşımu 1723-cü ilin iyul ayında Tiflisi tutsa da, Gəncə,
Naxçıvan və İrəvan ətrafında döyüşlərdə ləngiyərək Bakının rusların əlinə
keçməsinə mane olmaq kimi əsas missiyasını yerinə yetirə bilmədi.
Fransamn İstanbul sarayındakı elçisi Bonakm vasitəçiliyi ilə Cənubi
Qafqaz məsələsi üzrə Rusiya - Osmanlı danışıqları 1724-cü ilin iyun ayının
27-də İstanbul müqaviləsinin bağlanması ilə nəticələndi. Müqavilə ilə bu iki
dövlətin Qafqazda nüfuz dairələri belə müəyyənləşdirilmişdi: İrəvan da daxil
olmaqla bütün Azərbaycan və bütün Gürcüstan Osmanlı dövlətinin, Xəzərboyu
vilayətlər isə Rusiyanın təsir dairəsi elan edilirdi. Tərəflər 1723-cü il 12
sentyabr “Peterburq müqaviləsP’ni təsdiq edirdilər. Ruslar Şirvan üzərində
Osmanlının himayəçiliyini tamyırdılar, ancaq osmanlılar burada hərbi qüvvə
saxlaya bilməzdilər.
Müqavilədən sonra Osmanlı qoşunlan 1724-cü ildə İrəvanı, 1725-ci
ildə isə Təbriz, Gəncə və Ərdəbili ələ keçirdilər. Ruslar isə 1726-cı ildə
152
Lənkəran, Cavad, Salyan və digər əraziləri işğal etdilər. Beləliklə, Azərbaycanın
böyük hissəsində Osmanlı idarəçiliyi, qalan hissəsində isə rus idarəçiliyi
quruldu. Osmanlı idarəçiliyi şəraitində 1725 - 1728-ci illər Naxçıvan vergi
siyahıyaalınmasına görə yüngül vergi siyasəti yeridilirdi. İmkansızlardan və
zehni əməklə məşğul olanlardan heç bir vergi alınmırdı. Osmanlıya xidmət edən
yerli əyanlara ağalıq, bəylik adlanan şərti torpaqlar paylanırdı. Yollarda
tacirlərdən rəhdar adlı gömrük rüsumu yığılırdı. Xəzərsahili vilayətlərdə isə rus
idarəsi dövründə 48 yararlı neft quyusu istismar edilir, əhalidən ənənəvi vergi və
rüsumlar yığılırdı. I Pyotrun 10 noyabr 1724-cü il fərmanında Xəzərboyu
Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi, yerli əhalinin öz doğma
yurdlarından qovularaq ermənilərin məskunlaşdırılması, ən yaxşı münbit
torpaqların və boşalmış evlərin xristian dayağı olacaq ermənilərə verilməsi və
onların qorunması nəzərdə tutulmuşdu. Bu məqsədlə Osmanlı dövlətindəki rus
səfirinə orada yaşayan erməni əhalisi içərisində onların Xəzərboyu bölgələrə
köçürülməsi ilə bağlı iş aparmaq haqqında xüsusi tapşırıq verilmişdi. Fərmanın
həyata keçirilməsi nəticəsində Xəzərboyu bölgələrə, xüsusilə Quba və Dərbəndə
çoxlu sayda erməni və gürcü köçürülüb gətirilmiş və onlara soydaşlarımızdan
müsadirə edilmiş xeyli ev və torpaq sahəsi ayrılmışdı. Çox maraqlıdır ki,
1725-ci ildə ilk dəfə Dərbəndə daxil olan ermənilər keşiş Antoninin başçılığı ilə
guya əvvəllər kilsə olub, sonradan müsəlmanlar tərəfindən məscidə çevrilmiş
məbədin onlara qaytarılması tələbi ilə şəhər komendantına müraciət etmişdilər.
Şəhərin müsəlman əhalisi məscidin bütün memarlıq layihəsi sənədlərini şəhər
idarəsinə təqdim edəndən sonra komendant yerli əhalinin ciddi narazılığının
etnik münaqişəyə çevrilməsindən ehtiyatlanaraq bu həyasız və əsassız tələbi
rədd etmişdi.
Azərbaycan torpaqlarının Osmanlı və Rus işğalından azad edilməsi
uğrunda mübarizə. Rəşt, Bağdad və Gəncə müqavilələri
Azərbaycan Səfəvi hökmdarı II Şah Təhmasib (1722 - 1732) dövlətimizi
və xalqımızı düşdüyü ağır vəziyyətdən xilas etmək üçün ixtiyarında olan bütün
qüvvələri topladı. Şah qoçaqlığı və döyüşkənliyi ilə ad - san qazanmış və Türk
Əfşar soyundan olan hərbi birləşmələri öz ətrafında sıx birləşdirən, özünü şahın
şərəfinə «Təhmasibqulu xan» adlandıran Nadir xanı öz tərəfmə çəkərək, hətta
onu bütün Səfəvi qoşunlarının başçısı təyin etdi. Şahın əmri ilə Nadir xan Əfşar
1729-cu ildə İsfaham əfqanlardan geri aldı. Bu qələbə Nadir xanın şöhrətini
xeyli artırdı. Şah Təhmasib isə 1730-cu ildə əvvəl Təbriz, sonra isə Ərdəbil
şəhərlərini osmanlı qoşunlarından azad etdi.
1731-
ci ildə II Təhmasibin İrəvan və Naxçıvanı geri qaytarmaq uğrunda
Osmanlı ilə apardığı savaş uğursuzluqla nəticələndi. Osmanlılar yenidən Təbriz
və Ərdəbili ələ keçirdilər. 1732-ci ilin yanvar ayının 16-da II Şah Təhmasib
Kirmanşahda osmanlılarla sülh müqaviləsi bağlamağa məcbur oldu. Sülhə görə
Şamaxı, Gəncə, Kartli - Kaxetiya və İrəvan Osmanlıda
153
qalırdı, Araz çayı sərhəd olmaqla, Həmədan, Kirmanşah, Ərdəbil və Təbriz
Səfəvilərə qaytarılırdı.
XVIII əsrin 30-cu illərinin əvvəllərində Rusiya bölgədə ağır vəziyyətə
düşmüşdü. Burada saxlanılan qoşun Terek çayından Rəştədək olan ərazini tam
nəzarət altında saxlamaq imkanında deyildi, üstəlik iqlim şəraitindən və
xəstəliklərdən rus ordusu 120 - 130 min nəfər itki vermişdi. Rusiyanın Xə-
zərsahili bölgələrdə illik xərci 1 milyon manatdan çox olduğu halda, gəliri 250
min manatdan yuxarı qalxmırdı. Rusiya bölgədən çəkilməyin “asan yolunu”
axtanrdı və çalışırdı ki, rusların tərk edəcəyi ərazilər müəyyən imtiyazlar
qazanmaqla, Səfəvilərin hakimiyyəti altına keçsin və Osmanlılar bölgədən
hökmən çıxarılsınlar. 1732-ci ilin yanvar ayının 21-də Səfəvilərlə Rusiya
arasında bağlanmış Rəşt müqaviləsinə görə Rusiya bu müqavilənin mətni təsdiq
ediləndən 5 ay sonra Kür çayından cənubdakı Xəzərsahili vilayətləri Səfəvilərə
qaytarırdı. Rusiya Kürdən şimaldakı Xəzərsahili bölgələri isə yalnız Osmanlının
tutduğu bütün əraziləri Səfəvilər geri alandan sonra qaytarmağı öhdəsinə
götürürdü. Əvəzində Səfəvilər rus tacirlərinə Azərbaycanda və digər yerlərdə
gömrüksüz ticarət hüququ verirdi və şah gürcü çarı VI Vaxtanqm taxtına
qayıtmasını təmin etməli idi.
Nadir xanın savaşlarda böyük şöhrət qazanması, hərbi və dövlətə aid
digər idarə işlərində II Şah Təhmasiblə məsləhətləşmədən özbaşına qərarlar
verməsi siyasi böhrana səbəb oldu. Dövlətin bütün əsas hərbi gücünü əlində
toplayan Nadir xan Kirmanşah sülhündən narazı qaldığını bəhanə edərək
1732-
ci ilin avqustun 22-də II Şah Təhmasibi taxtdan saldı və onun 3 aylıq
bələkdə olan oğlunu III Abbas adı ilə şah elan etdi. Bundan sonra Nadir xan yeni
şahın vəkili kimi dövləti təkbaşına idarə etməyə başladı. Nadir xan
1733-
cü ildə Bağdad döyüşündə osmanlılara qalib gəldi. Onlarla bağladığı
Bağdad müqaviləsinə görə osmanlılar son on ildə Səfəvilərdən qopardıqlan
bütün torpaqlan geri qaytarmalı və dövlətlərin sərhədləri 1639-cu il
müqaviləsinin şərtləri daxilində bərpa edilməli idi. Ancaq osmanlılar bu
müqaviləyə qismən əməl etdilər. Nadir xan 1734-cü ildə Şirvana yürüş etdi,
Şamaxını osmanlılardan geri aldı və şəhər əhalisinin bir hissəsini Ağsu çayı
sahilinə köçürtdü. Sonralar bu yaşayış məntəqəsi Yeni Şamaxı adlandırıldı.
Nadir xan 1735-ci ildə Gəncə şəhərini mühasirəyə aldı. Rus topçulan da
Gəncə üzərinə yürüşdə Nadir xanın qoşununa köməklik göstərirdilər. 1735-ci il
martın 21-də Novruz bayramı günü Nadir xan rus səfiri S.Qolitsinlə Gəncə
müqaviləsini bağladı. Müqaviləyə görə rus qoşunları Bakını 2 həftəyə, Dərbəndi
2 aya tərk edib getməli idi. Tərəflər söz verirdilər ki, bir - birindən xəbərsiz
Osmanlı ilə heç bir danışıq aparmayacaqlar.
1735-ci ilin iyun ayında Eçmiədzin yaxınlığındakı döyüşdə Nadir xanın
başçılıq etdiyi Səfəvi ordusu osmanlılar üzərində qələbə qazandı. Nəticədə
Osmanlı qoşunları Gəncə və Tiflisdən çəkilib vətənlərinə döndülər. Beləliklə,
Səfəvilərin hakimiyyətinin son dövründə Azərbaycan dövlətinin itirdiyi bütün
torpaqlar Nadir xamn böyük sərkərdəlik və diplomatik fəaliy
154
yəti nəticəsində geri qaytarıldı. 1736-cı ilin mart ayında Osmanlı dövləti ilə
əvvəlki sərhədlərin bərpa olunması haqqında Nadir xanın təklif etdiyi şərtlər
Osmanlı sarayında qəbul olundu.
Azərbaycan Nadir şahın hakimiyyəti dövründə
Nadir xan əski türk ənənələrinə uyğun olaraq 1736-cı ilin fevral ayında
Muğanda böyük bir qurultay çağırdı. Bir aydan çox davam edən qurultayda
Azərbaycan Səfəvi imperatorluğunun bütün bölgələrindən dəvət edilmiş
nümayəndələrə Səfəvi sülaləsinin gələcək taleyi ilə bağlı öz fikrini açıq şəkildə
bildirmək imkanı verilmişdi. 26 fevral 1736-cı ildə Nadir xan Əfşarın
tərəfdarlarının üstünlüyü ilə keçən qurultayda III Abbasın taxtdan düşürülməsi
(onun 1736-cı ildə öldürülməsi də güman edilir - Red.) və Nadir xanın şah elan
edilməsi haqqında qərar verildi. Beləliklə, Azərbaycan dövlətində Əfşarlar
sülaləsinin hakimiyyət dövrü başladı. Nadir şah taxta çıxandan sonra Səfəvilərin
dövründə mövcud olan Şirvan, Qarabağ, Təbriz və Çuxur - Səəd
bəylərbəyiliklərini bir inzibati vahiddə birləşdirərək bütün Azərbaycanın, habelə
Gürcüstan və Dağıstanın idarəsini qardaşı İbrahim xana tapşırdı. Qacar
soyundan olub, Gəncə - Qarabağ bəylərbəyiliyini idarə edən Ziyadoğlu soyu
Nadir xanı deyil, Səfəviləri qanuni şah kimi tanıdığına görə Nadir şah onların
hüquq və səlahiyyətlərini azaltdı. O, 1744-cü ildə Qazax və Borçalı mahallanm
Gürcüstan valisi Səfi xanın idarəsinə verdi, Qarabağdakı 5 xristian məlikliyini
isə birbaşa şah idarəçiliyinə tabe etdi. Ziyadoğlularm əsas dayağı olan Cavanşir,
Otuziki, Kəbirli mahallarının əhalisini isə Xorasana sürgünə göndərdi.
Nadir şahın vergi siyasəti ənənəvi vergi və mükəlləfiyyətlərin vaxtlı-
vaxtmda xəzinəyə yığılmasına yönəlmişdi. Onun dövründə ayrı-ayrı bölgələrin
əhalisinə müəyyən vergi güzəştləri edilsə də, ümumən imperatorluq üzrə vergi
yükü ildən-ilə artırdı. Bu ilk növbədə Nadir şahın 1739-cu il Mərkəzi Asiya və
Hindistana yürüş edən böyük ordusunun ehtiyaclarının ödənilməsi ilə bağlı idi.
Nadir şaha qədər çərik adlanan qoşun yalnız maldarlıqla məşğul olan elatlardan
toplanırdı. İndi isə şahın əmri ilə çərik mükəlləfiyyəti oturaq əkinçiliklə məşğul
olan rəiyyətə də aid edilmişdi. Hər rəiyyət ailəsindən bir nəfər kişi orduya
göndərilməli idi. Bu addım rəiyyəti dövlətdən narazı salmaqla yanaşı, əkinçilik
təsərrüfatına böyük ziyan vururdu. Nadir şah Hindistan yürüşündən çox böyük
qənimətlə qayıtsa da, imperatorluğun maliyyə vəziyyəti düzəlmədi. Çünki Nadir
şah əldə etdiyi bütün sərvəti büdcəyə daxil etmədi, özünün şəxsi mülkiyyətinə
keçirtdi.
Maraqlıdır ki, 1736 - 1739-cu illərdə Nadir şahın fərmanı ilə qeyri-
müsəlmanlardan alman cizyə vergisi ləğv edilmişdi. Nadir şah bütün türk və
müsəlman dünyasında mövcud olan məzhəb ayrılığına son qoymaq üçün çox
ciddi addımlar atmağa başlamışdı. Nadir şahın 1736-cı ildə Osmanlı dövləti ilə
sülh danışıqlarında şiəliyin daha mülayim Cəfəri məzhəbinin sünnülüyün
beşinci qolu kimi tanınması və Kəbədə bu məzhəb üçün də yer
155
ayrılması təklifi Osmanlı din xadimlərinin yığıncağında qəbul edilmədi.
Türklük kimliyini daha üstün tutan, sarayda, divanda, hətta elçilərlə türkcə
danışan Nadir şahın əsas məqsədi Azərbaycan, Mərkəzi Asiya və Osmanlı
türklərini eyni məzhəb altında birləşdirərək Qərbi Avropa ölkələrinin Hind
okeanı və İran körfəzinə, Rusiyamn isə Xəzər bölgəsinə doğru işğalçılıq
yürüşlərinə qarşı Türk xalqlarının birliyinə nail olmaqdan ibarət idi. Nadir şah
1743-cü ildə Nəcəfdə keçirilən qurultayda Əfşarlar imperatorluğunda yaşayan
əhalinin Cəfəri məzhəbinə keçməsi haqqında qərar çıxararaq təsdiq üçün
Osmanlı dövlətinə göndərmişdi. Lakin Osmanlının ali din xadimi beşinci
məzhəbin tanınmasını şəriət qanunlanna uyğun hesab etməmişdi. Beləliklə, nə
Osmanlılar, nə də Türküstan (Mərkəzi Asiya) xanları məzhəb ayrılığım yox
etmək üçün Nadir şahın atdığı mütərəqqi addımları müdafiə etmədilər. Nəticədə
İslam dini daxilində olan müxtəlif məzhəblərin banşdıniması üçün yaranmış
tarixi şans itirilmiş oldu.
Nadir şah xarici dövlətlərin hərbi təcavüz təhlükəsinin qarşısını almaq
üçün İran körfəzində və Xəzər dənizində hərbi donanma yaratmağa təşəbbüs
göstərmişdi. Hələ 1734 - 1735-ci illərdə Nadir xan İran körfəzində hərbi
donanma yaradılması işini admiral rütbəsi verdiyi Lətif xana tapşırmışdı. Ona
ingilis və hollandlardan hərbi gəmilər satın almaq səlahiyyəti vermişdi.
Ölkəmizdə hərbi gəmilər düzəldilməsi üçün xüsusi ağac materialının az və dəniz
sahillərindən uzaqda olması bu işi çox çətinə salmışdı. Nadir şah 1743-cü ildə
ingilis kapitanı Con Eltonu dövlətin gəmiqayırma idarəsinin baş rəisi vəzifəsinə
təyin edərək ona admiral rütbəsi vermişdi. Con Elton Xəzər dənizində gəmilərin
inşasına başlamışdı.
Dostları ilə paylaş: |