təhsilin çox yüksək səviyyədə olması haqqında çox qiymətli məlumatlar vardır.
1637-ci ilin fevral, mart aylannda Şamaxıda olmuş
alman alimi Adam Oleari
Şamaxı şəhərində çox yaxşı inşa edilmiş bir binada yerləşən mədrəsəni fəlsəfə
kolleci və ya gimnaziya adlandırmışdı. Həmin mədrəsədə alman aliminin
professor adlandırdığı müdərrislər (mədrəsə müəllimi - Red.) dərs deyirdilər.
A.Oleari Şamaxı mədrəsəsində dərs deyən 65 yaşlı Hi- cazlı bir qoca ərəb
astronomunun şagirdlərə ərəb dilində Evklidi öyrətdiyini yazırdı. Maraqlıdır ki,
A. Olearinin mədrəsənin sinif otağına gətirdiyi səma cisimləri qlobusu Şamaxı
müəllimlərini qətiyyən təəccübləndirməmişdi. Əksinə, Oleariyə məlum
olmuşdu ki, onlarda belə qlobusun bir neçə növü vardır. Oleari yazır ki, onlar
mənim qlobusumun üzərindəki astronomik bürcləri bir - bir taparaq onların
adlarını ərəbcə deməyə, xüsusilə Zodiakm 12 işarəsinin adlannı sadalamağa
başladılar.
XVI
- XVII əsrlərdə Azərbaycan mədrəsələrində ilahiyyat, hesab, cəbr,
həndəsə,
astronomiya, coğrafiya, tibb, fəlsəfə, tarix və ədəbiyyat fənnləri
öyrədilirdi. Mədrəsələrdə Avropa alimlərindən Aristotel, Evklid, Arximed,
Qalileyin, Şərq alimlərindən Sədi, Nizami, Xaqani, Nəsirəddin Tusi və
başqalannm əsərləri tədris edilirdi. Dərsliklərin çoxunun müəllifi Nəsirəddin
Tusi idi.
Avropa səyyahlarının əsərlərində
verilən bilgilərə görə, Azərbaycan
mədrəsələrində astronomiya, fəlsəfə, riyaziyyat və digər fənnlərin tədrisi
Avropa səviyyəsində olub, ondan geri qalmırdı. XVII əsrdə Azərbaycanda
olmuş fransız səyyahı Tavemye yazırdı ki, Azərbaycan müəllimləri ilahiyyat,
fizika və riyaziyyatın müxtəlif bölmələri haqqında dərin biliklərə malikdirlər.
Onlar hər bir məsələnin elmi kökünü axtarıb tapmağa çalışırlar. Mədrəsələrdə
təhsil elm sahələri ilə sıx bağlı idi. Mədrəsələrdə dərs deyən tanınmış alimlərin
mühazirələrini, hətta uzaq şəhərlərdən gəlib dinləyirdilər.
Çox vaxt bir
müdərrisin yüzdən artıq tələbəsi olurdu. Əbu Əli İbn Sınanın «Tibb haqqında
qanun» kitabı təbabət sahəsində əsas dərslik idi.
XVII
əsrdə yaşayıb - yaratmış təbrizli alim Mövlana Mir Əbdül- baqini
müasirləri öz «dövrünün dühası» adlandırmışdılar. Bu görkəmli alim və xəttat
çoxlu sayda şagird yetişdirmişdi.
Bu dövrdə coğrafiya, tarix, fəlsəfə, riyaziyyat, məntiq, qrammatika və
başqa fənlərə aid bir sıra elmi əsərlər yazılmışdı.
I Şah Abbas 1598-ci ildə dövlətimizin paytaxtım Qəzvindən İsfahana
köçürəndən sonra çoxlu sayda şair, ədəbiyyatşünas, rəssam, xəttat, astranom,
həkim və memar yeni paytaxta köçürülmüşdü.
İncəsənət və memarlıq,
XVI əsrdə Təbrizdə bədii miniatür məktəbi
fəaliyyət göstərirdi. Bu məktəb çoxlu istedadlı rəssam yetişdirmişdi. Onlardan
ən məşhuru Sultan Məhəmməd idi. Kəmaləddin Behzadı, Mir Müşaviri,
Mövlana Müzəffər Əlini, Mir Zeynalabdin Əlini də Təbriz miniatür məktəbinin
nümayəndələri hesab edilir. Sadıx bəy Əfşar məşhur naturalist rəssam idi.
144
Həmin dövrdə Azərbaycanda bədii xəttatlıq da geniş yayılmışdı. Bu
sahədə Mövlana Məhəmməd Həsən xüsusi yer tuturdu.
XVII
əsrdə İsfahan rəssamlıq məktəbi
Təbriz miniatür məktəbinin
ənənələri əsasında yaranmışdı. Xəttat - miniatürçü rəssamlardan Əli Rza
Təbrizi, Seyid ƏH Təbrizi və Ərdəbildən olan Mir Əbdülbaqi xüsusilə məşhur
idi.
II Şah Abbas (1642 - 1666) saray kitab evinə xüsusi diqqət yetirmiş,
Mirzə Mir Amini kitab evinin hamisi təyin etmişdi.Vaxtilə I Şah Abbas kitab
çapı işi ilə maraqlanaraq Avropada ərəb şrifti ilə çap maşını sifariş etmişdi.
Onun ölümündən 12 il sonra 1641-ci ildə İsfahana Avropadan çap maşını
gətirilsə də, onu işə salmaq mümkün olmamışdı. II Şah Abbasın dövründə də
kitab çap etmək üçün Avropadan ölkəyə mətbəə avadanlığı gətirilməsinə
təşəbbüs göstərilmişdi. Lakin kifayət qədər vəsaitin ayrılmaması, II Abbasın
ölümü və I Şah Süleymanın kitabsevər alimlərin təkliflərinə biganə yanaşması
bu mütərəqqi təşəbbüsün yarımçıq qalmasına səbəb oldu. Tavemye kitab çapı
işinin baş tutmamasmm əsas səbəbini sarayda olan çoxsaylı kitab üzü köçürən
xəttatların öz işini itirmək təhlükəsi qarşısında bu işə mane olması ilə izah
etmişdir.
Səfəvilər dövründə Azərbaycanda kitabların üzünün əllə köçürülməsi
işi geniş yayıldığından ölkədə xəttatlıq sənəti yüksək səviyyəyə çatmışdı.
Kitabların dəyəri təkcə məzmununa görə deyil, xəttinə və həcminə görə
müəyyənləşdirilirdi.
Səfəvi hökmdarlarından
I Şah Təhmasibin, II Şah Abbasın, xüsusilə
Şah Sultan Hüseynin musiqini qadağan edən fərmanlanna baxmayaraq, bu
dövrdə musiqi sənəti də inkişaf etməkdə idi. Musiqiçilər və tamaşa göstərən
aktyorlar nəinki sarayda, hətta bəylərbəylərin yanında da yaradıcılıqla məşğul
olurdular. 1671 - 1677-ci illərdə Səfəvi məmləkətinə səfəri zamanı İrəvan
şəhərində də olmuş fransız səyyahı Şarden 800 evdən ibarət olan İrəvan
qalasında yalnız təmizqanlı səfəvilərin (qızılbaşların -red. )yaşadığmı qeyd
etmişdir. Şarden İrəvanda olarkən bəylərbəyinin sarayında musiqiçi və rəqqas
truppasının ifasında üç hissəli tamaşaya baxmış və onu «Şərqin operası»
adlandırmışdır.
Qərbi Avropa səyyahlarının gündəliklərində Azərbaycan incəsənətinin
musiqi sənəti ilə yanaşı, digər sahələri, adət - ənənələrimiz, bayram və
mərasimlərimiz haqqında da çox maraqlı məlumatlara rast gəlinir. Fransız
səyyahı Şarden Səfəvi imperatorluğunda üç dini - Orucluq, Qurban və Aşura,
bir dünyəvi (mülki) - Novruz bayramımn xüsusi təntənə ilə keçirildiyini qeyd
etmişdir. Səyyaha görə üç gün davam edən Novruz bütün imperatorluğım
şahanə Yeni il bayramı kimi keçirilirdi. Gecə ilə gündüzün bərabərliyini və
yazın gəlişini bildirən Yeni il - Novruz bayramında hər yerdə şeypurlar çalınır,
nağaralar vurulur, tonqallar qalanır, rəqs edilir və məzhəkələr göstərilirdi.
Fransız səyyahının məlumatına görə Səfəvilər Novruzu «Təzə paltar bayramı
adlandırırlar. Çünki nəinki varlı,
hətta elə bir
145