ağır böhrana düşmüşdü.
1716 - 1718-ci illərdə Azərbaycan. Səfəvi
dövlətində olmuş rus elçisi A.Volmski ölkədəki acınacaqlı vəziyyət haqqında
yazırdı: ”Əslində onların şahının hakimiyyətinin təkcə adı qalmışdır. Tamahkar
hakimlər meyvələri özlərinə götürüb, dövlətə isə yarpaqlarını verirlər.
Səfəvilərin taxıl anbarı olan Azərbaycanda tarlalar 7 il əkilməmiş qalmış
və ölkədə aclıqdır.”
Zəruri ərzaq məhsullarımn bahalığı şəraitində ölkəni
bürümüş aclıq nəticəsində əhali kütləvi şəkildə qırılırdı. Azər
146
baycanı bütün dünyada tanıdan və xəzinəyə böyük gəlir gətirən xam ipəyin
keyfiyyəti o qədər pisləşmişdi ki, xarici ticarət şirkətləri hökumətə öz
narazılıqlanm bildirirdilər. Sansonun yazdıqma görə holland ticarət şirkəti hər il
Səfəvilərdən 300 tay xam ipək alırdı. İndi hollandlara təklif olunan xam ipəyin
keyfiyyəti o qədər aşağı idi ki, ondan yalnız qoşqu atı üçün ip hazırlamaq olardı.
2.
Təsərrüfat əlaqələrinin pozulması nəticəsində şəhər sənətkarlığına
böyük ziyan dəymişdi. Sənətkarlıq emalatxanalarında və dövlət karxanalarında
(manufaktura) istehsalın həcmi, müxtəlif parçalar, xüsusilə ipək parçalar
istehsalı azalmış və keyfiyyəti aşağı düşmüşdü.
3.
Ölkənin büdcə və maliyyə - pul sistemi dağılma həddinə çatmış,
əmtəə - pul dövriyyəsi tamamilə pozulmuşdu. Hələ XVII əsrin 80-ci illərində
ölkəmizdə olmuş alman alimi Engelbert Kempfer Səfəvilərin çox böyük
gəlirlərin daxil olduğu dövlət xəzinəsini dibi olmayan çəlləyə bənzətmişdi. İndi
isə belə böyük həcmli dövlət xəzinəsinin iri əyanlar tərəfindən talan edilməsi
nəticəsində ölkənin əsas qızıl ehtiyatı bəzək əşyalarına çevrilmişdi. Əcnəbi,
xüsusilə hind tacirləri qızıl və gümüş pulları açıq və gizli şəkildə ölkədən
çıxarıb aparırdılar. Bazar saxta pullarla dolmuşdu, dövlət isə saxta pul kəsənlərə
qarşı mübarizədə tamamilə gücsüz idi. Vəziyyət elə bir biabırçı həddə çatmışdı
ki. Şah Hüseyn (1694 - 1722) pul kəsmək üçün qiymətli metallar
çatışmadığından sarayın bütün qızıl və gümüş qablanm yığmağı, hətta Şeyx Səfi
məqbərəsindəki ata-babalarının qəbirləri üzərində olan qızıl və gümüş bəzəkləri
çıxartmağı əmr etmişdi. Xarici müəllif Sanson həmin dövrdə pul dövriyyəsinin
vəziyyətini belə təsvir etmişdi: “Pul sisteminin pozulması o həddə çatmışdı ki,
heç kəs öz malını mis pula satmaq istəmirdi”. Ölkənin gömrük sisteminin
bərbad vəziyyətə düşməsinin ağır nəticəsi idi ki, xarici, xüsusilə hind kapitalı
daxili ticarət sahəsinə soxulmuşdu və nəzarətsizlik şəraitindən istifadə edərək
qiymətli metallar mütəşəkkil şəkildə ölkədən çıxarılırdı. Bu da öz növbəsində
iqtisadiyyatın vəziyyətinə öldürücü təsir göstərir və xarici kapital Səfəvi
imperiyasının orqanizmini zəli kimi sorurdu.
4.
Kənd təsərrüfatı istehsalının pozulması, şəhər kustar sənayesinin
tənəzzülü və pul dövriyyəsinin dağılması ölkənin daxili və xarici ticarətinə
mənfi təsir göstərirdi. Ölkə ixracatının əsas məhsulu sayılan ipək ticarəti
azalmış, Qərbi Avropa ölkələri ilə ticarətdən xəzinəyə daxil olan gömrük
rüsumlarının miqdarı 2,4 dəfə azalaraq 24 min tüməndən 10 min tümənə
düşmüşdü.
5.
Ölkədə sələmçilik çiçəklənmə dövrünü yaşayırdı. Səfəvi impe-
ratorluğunda sələmçi kapitalın əsas nümayəndəsi kimi, demək olar ki,
Azərbaycanın bütün şəhərlərində kök salmış hind tacirləri çıxış edirdilər.
Tavernyenin yazdığına görə, verdikləri borc pulun müqabilində 30%, hətta
bəzən daha çox sələm götürən insafsız hind tacirləri burada çoxlu adamı
müflisləşdirərək dilənçi vəziyyətinə salmışdılar.
147
6.
Bu dövrdə Azərbaycan elmi - texniki səviyyəsinə görə Qərbi Avropa
ölkələrindən çox geri qalırdı. XVII əsrdə Avropanın qabaqcıl ölkələrində
istehsal manufaktura mərhələsinə daxil olmuş, kapitalist münasibətləri
yaranmış, elm və texnika sahələrində irəliyə doğru böyük addımlar atılmış,
manufaktura şəraitində əmək bölgüsü dərinləşmiş, əmək alətləri təkmilləşmiş,
su çarxı sənaye istehsalında universal mühərrikə çevrilmişdi. Qərbin əsas elmi -
texniki nailiyyətlərinə yiyələnmək üçün Azərbaycanda göstərilən ayrı-ayrı
cəhdlər bir nəticə verməmişdi. İstehsalın texniki cəhətdən təşkili sahəsində
Azərbaycan dövləti ilə Qərbi Avropa arasında olan məsafə ildən - ilə artırdı. Bu
da ölkə iqtisadiyyatına mənfi təsir göstərir və yerli istehsal xarici malların
rəqabətinə davam gətirə bilmirdi.
7.
Bu dövrdə cəmiyyət həm də mənəvi - ideoloji böhran keçirirdi. Şiə
ruhanilərin xalqa təbliğ etdiyi fanatizm ideyası, tərki - dünya həyat tərzinə
çağınş, bu dünyamn qayğılarından uzaqlaşaraq “ o biri dünyanın” qay- ğılan ilə
yaşamağa çağırış insanlar arasında ətalətə və fəaliyyətsizliyə gətirib çıxanrdı.
Nəticədə ictimai istehsalın təşkili pozulur və məhsuldar qüvvələrin tənəzzülü
dərinləşirdi.
8.
Xalq kütlələrini “o biri dünyanın” qayğılan ilə yaşamağa yönəldən
hakim zümrə, ruhanilər və dövlət məmurları həddindən artıq bədxərclik edir,
dəbdəbəli və firavan həyat sürürdülər. Tavernye hakim zümrənin dəbdəbəli
həyatı ilə bağlı yazırdı ki, burada əsilzadələrin, hətta atlarının yəhəri qızıldan və
gümüşdəndir və onlar saraylarında çoxlu nökər saxlayırdılar.
9.
Azərbaycanın iqtisadi tənəzzülü yalnız daxili amillərlə deyil, həm də
xarici səbəblərlə bağlı idi. XV əsrin ikinci yarısı - XVII birinci yarısında böyük
coğrafi kəşflərlə əlaqədar dünya ticarət yolları öz istiqamətini dəyişərək Aralıq
dənizindən Atlantik və Hind okeanlarına keçmişdi. Dünya ticarətində
hegemonluq İtaliyadan Portuqaliya, Niderland və İngiltərəyə keçdikdən sonra
Aralıq dənizinin şərq sahillərindəki liman şəhərlərinin ticarət əhəmiyyəti xeyli
azalmışdı. Bu da Şərqlə Qərbi birləşdirən əsas karvan yolları ilə aparılan ticarətə
böyük zərbə vuraraq son nəticədə Azərbaycanın və bütövlükdə Ön Asiya
ölkələrinin iqtisadi tənəzzülünün əsas səbəblərindən birinə çevrilmişdi.
XVIII
əsrin ilk onilliklərində xalq kütlələri vergi zülmünə və sosial
ədalətsizliyə qarşı dəfələrlə üsyana qalxmışdılar. Beləliklə, XVII əsrin sonu -
XVIII əsrin əvvəllərində ölkəmizi iqtisadi böhran bürümüşdü. Bundan qonşu
Rusiya və Osmanlı dövlətləri istifadə edərək XVIII əsrin 20 - 30-cu illərində
Azərbaycanın böyük hissəsini Osmanlı dövləti, Xəzərboyu bölgələri isə Rusiya
ələ keçirtmişdi. Nadir şah Əfşarın hakimiyyəti dövründə (1736 - 1747) bir sıra
iqtisadi islahatlar həyata keçirilsə də, ağır vergi zülmü və müharibələr şəraitində
ölkəmizin iqtisadiyyatının inkişafını təmin etmək mümkün olmadı.
XVIII
yüzilliyin əvvəllərində Azərbaycanın
beynəlxalq rəqabət meydanına çevrilməsi
148
XVIII
yüzilliyin əvvəllərində Səfəvi hökmdan Şah Hüseynin (1694 -
1722) yantmaz daxili və xarici siyasəti nəticəsində Azərbaycan dövləti özünün
ağır və dərin tənəzzül dövrünü yaşayırdı. Dövlət gəlirlərinin azalması şəraitində
1698 - 1701-ci illərdə keçirilən vergi islahatı ilə bütün əhali, hətta dini
müəssisələr və səyyahlar üzərinə vergi qoyulmuş və bütövlükdə vergilər 3 qat
artırılmışdı, tri saray əyanları tam sərbəst hərəkət edir və sələmçi kapitalla bağlı
olan siyasi dairələr isə dövləti içəridən dağıtmaqla məşğul idilər. İdarəçilikdə
özbaşınalıq o dərəcədə artmışdı ki, vəzifəli şəxslər tez-tez dəyişdirilir, bir il
ərzində eyni şəhərə bəzən bir və ya iki hakim təyin edilirdi. Pulla vəzifəni satın
alan hakimlər yerlərdə əhalini soyub-talamaqdan başqa heç bir işlə məşğul
olmurdular. Şah isə bütün dövlət işlərini vəzirlərinə tapşıraraq bütün gününü ya
əyləncədə, ya da ibadətdə keçirirdi. 1717-ci ildə İsfahanda şah sarayında olmuş
rus elçisi Artemi Volmski yazırdı: “Şah suveren olsa da, indi onun
hakimiyyətinin təkcə adı qalmışdır. Ona çox az adam qulaq asır.”
Səfəvilərin əsas taxıl anban olan Azərbaycanda 7 il dalbadal quraqlıq
olduğundan ölkəni aclıq bürümüşdü. Səfəvi imperatorluğunun bütün
bölgələrini, 0 cümlədən Azərbaycam mərkəzi hakimiyyətə qarşı üsyan və
çıxışlar bürümüşdü. 1707 - 1709-cu illərdə Təbriz, Şirvan və Carda silahlı
çıxışlar baş verdi. 1711-ci ildə Carda Əli Sultanın başçılığı ilə başlayan üsyam
yatırmaq üçün şah tərəfindən göndərilən Şamaxı və Gəncə bəylərbəyilərinin
qüvvələri üsyançılara məğlub olmuş, 15 minlik qoşuna malik Şirvan bəylərbəyi
üsyançılarla döyüşdə öldürülmüşdü. Azərbaycanın şimal torpaqlarmda gedən
proseslərə nəzarəti itirən Şah Sultan Hüseyn Dağıstamn baş hakimi
Qazıqumuxlu Surxay xana 1720-ci ildə pul göndərərək qoşun yığıb, üsyanlan
yatırmağı ona tapşırmışdı. Ancaq Qubanın Dədəli kəndinin sakini və bütün
şimal - şərqi Azərbaycan torpaqlarının ali dini başçısı Hacı Davud Surxay xam
öz tərəfinə çəkərək Şirvan torpaqlarını Səfəvilərin nəzarətindən çıxarmaq kimi
əsas niyyətini həyata keçirməyə başladı. 1721-ci ildə Şirvanda mərkəzi
hakimiyyətə qarşı baş vermiş üsyandan istifadə edən Hacı Davud və Surxay xan
qoşunla hücuma keçərək Şamaxını tutdular. Şamaxı uğrunda gedən savaşda
xarici, xüsusilə rus tacirləri böyük ziyan gördülər. Rus tacirləri öldürüldü və
onlann 4 milyon manatlıq malı üsyançılarm əlinə keçdi. Bu üsyan Şirvanda
hakimiyyətin Hacı Davudun əlinə keçməsi ilə nəticələndi.
Çıxılmaz vəziyyətə düşən Şah Sultan Hüseynin müsəlmanlığı qəbul
etdiyinə görə Hüseynqulu xan adlandırılan Gürcüstan valisi VI Vaxtanqı Səfəvi
ordusunun baş komandanı təyin etməsi də ümidləri doğrultmadı. VI Vaxtanq
üsyanları yatırmaq bəhanəsilə 1722-ci ildə Gəncə şəhərini soyub talamış və hələ
üstəlik Rusiya dövləti ilə Səfəvilərə qarşı gizli damşıqlara başlamışdı.
Mərkəzi dövlət hakimiyyətinin çökməsinin ən bariz əlaməti o zaman
üzə çıxdı ki, şahın dəfələrlə vilayət hakimlərinə çağınş etməsinə baxmayaraq,
Qəzvində hərbi toplantıya yığılan qızılbaş ordusunun sayı heç 1100 nəfəri
149
keçmədi. Belə vəziyyətdən Səfəvilərə tabe olan əfqanlar dərhal istifadə etdilər.
1722-ci ilin martın 8-də Mahmudun başçılığı ilə əfqanlar Gülnabad
yaxınlığında Səfəvi ordusunu məğlubiyyətə uğratdılar və 6 aylıq mühasirədən
sonra paytaxt şəhəri İsfahanı ələ keçirdilər. Şah Sultan Hüseyn əsir düşərək taxt
- tacdan imtina etməyə məcbur oldu. Səfəvilərin hakimiyyətinin süqut həddinə
çatması ilə Azərbaycanda və ümumiyyətlə, Cənubi Qafqazda çox ciddi bir
“siyasi boşluq” yarandı. Nəticədə ölkəmiz qonşu dövlətlərin, xüsusilə Rusiya və
Osmanlı imperiyalarının rəqabət meydanına çevrildi.
I Pyotrun Xəzərsahili vilayətlərə işğalçı yürüşü Cənubi
Qafqazdakı xalqların əksəriyyəti ilə Osmanlı dövlətini soykök və din birliyi
yaxınlaşdırırdı və bu dövlət bölgədə ənənəvi nüfuz və təsir gücünə malik idi.
Rusiyaya gəlincə, bu təcavüzkar imperialist dövlətin həm daxili, dəm də xarici
siyasəti antitürk və antimüsəlman səciyyə daşıyırdı və Cənubi Qafqaz
bölgəsində elə bir ciddi nüfuz sahibi deyildi. Bu dövlət türk və müsəlman
xalqlarına qarşı öz məkrli siyasətinə gürcüləri və tarixi torpağımız İrəvanda
yerləşən Eçmiədzin ( Oçkilsə ) erməni kilsəsini alət etməyə çalışırdı. Erməni
kilsəsi I Pyotrla gizli əlaqələr saxlayır, Rusiyamn bölgədə “xilaskar” obrazını
yaradır, əhalini rusların xristian xalqlarım müsəlmanlann əsarətindən xilas
edəcəyinə inandırmağa çalışırdı. Daima müsəlman imperatorluqlanmn
tərkibində öz varlığım, dilini və dinini saxlayan gürcülər və azlıqda olan
ermənilər indi nankorcasma düşmən tərəfə keçərək Rusiyanın himayəsində
üstün mövqe qazanmağa çalışırdılar. Məsələn, Səfəvidən "Azərbaycan
bəylərbəyi" titulu almış VI Vaxtanq Rusiya ilə belə bir gizli plan qurmuşdu ki,
Pyotrun bölgəyə basqını baş tutanda o, Azərbaycamn işğalını asanlaşdırmaq
üçün qoşunla Şamaxıya hərəkət edib, orada Rusiyanın quru hərbi qüvvələri ilə
birləşməli idi.
I Pyotrun başçılıq etdiyi Rusiya dövləti Qafqazın və Xəzər hövzəsinin
işğalı ilə bağlı çox ciddi hərbi planlar hazırlamışdı. Rusiyanın 1715 - 1717-ci
illərdə A.Volmskinin başçılığı ilə Səfəvi sarayına göndərdiyi elçilik
dövlətimizin hərbi - siyasi vəziyyəti, müdafiə qabiliyyəti, ordusu, qalalan, dəniz
donanması və limanları haqqında çox əhatəli kəşfiyyat məlumatları toplayaraq I
Pyotra göndərmişdi. 1718-ci ildə elçi A.Volmskinin Pyotrla görüşündə verdiyi
hesabat isə daha qorxunc idi. Elçi bildirmişdi: “Səfəvilərin dövləti dağılmaq
üzrədir, əgər təcili hətta, az qüvvə ilə savaşa başlasaq, onun torpaqlarının bir
hissəsini zəbt etmək olar.”
I Pyotr Səfəvilər üzərinə hərbi yürüşü 1723-cü ilə planlaşdırmışdı və
buna ciddi hazırlıq gedirdi. Ancaq əfqanlar tərəfindən 1722-ci ildə İsfahanın
tutulması bu işi sürətləndirdi. Yürüşdə I Pyotrun əsas məqsədi Xəzər dənizinə
çıxaraq onun sahilboyu ərazilərini işğal etməkdən, öz sənayesi üçün bölgənin
təbii sərvətlərini, xammal qaynaqlarını ələ keçirtməkdən və Volqa - Xəzər
ticarətində üstünlük qazanmaqdan ibarət idi.
1722-ci ilin iyulun 18-də I Pyotr 274 gəmidən ibarət donanma
150
(gəmilərdə 5 min dənizçi və 22 min piyada var idi) və quru qoşunu ilə birlikdə
106 minlik hərbi qüvvə ilə Xəzərboyu bölgələrə yürüşə başladı. I Pyotr öz
işğalçılıq məqsədini gizlətmək üçün Səfəvi sarayına bildirdi ki, ruslar
Xəzərboyu bölgələrə və xüsusilə Şamaxıya Səfəvi ilə müharibə aparmaq üçün
deyil, Şirvanda Hacı Davudun başçılıq etdiyi qiyamçıları cəzalandırmaq və
bununla öldürülmüş rus tacirlərinin qisasım almaq üçün gəlir. Səfəvilər
Xəzərboyu torpaqları Rusiyaya güzəştə gedərsə, rus hökuməti osmanlıların bu
torpaqlara daxil olmasının qarşısını almaqda şaha köməklik göstərəcəkdir. I
Pyotr 1722-ci ildə türk dilində tərtib etdiyi manifestdə öz yürüşü zamanı
əhalinin təhlükəsizliyinin və onların əmlaklarının toxunulmazlığının
qorunacağına söz verir, xüsusilə xristianlara onlan müsəlmanların zülmündən
qurtaracağını vəd edirdi. Dərbənd istiqamətində hərəkət edən rus qoşunları çox
böyük amansızlıqla və qəddarlıqla 7 kəndi yandıraraq yer üzündən sildilər.
Səfəvi ordusunun baş komandanı VI Vaxtanq ruslarla gizli əlaqədə olduğundan
elə bir ciddi müqavimət göstərmədi və müqavimət yalnız ayrı-ayrı şəhər
qarnizonlarının çıxışları ilə məhdudlaşırdı. Ruslann "yandırmaqla əhali
içərisində qorxu yaratmaq" taktikası öz bəhrəsini verdi. Dərbənd şəhərinin bir
qrup varlısını təmsil edən İmamqulu bəy müqavimət göstərmək tərəfdarlarımn
əksinə olaraq 1722-ci ilin avqustun 23-də şəhərin açarlanm imperatora təqdim
etdi və beləliklə, Dərbənd şəhəri dinc yolla ələ keçirildi.
I Pyotrun şəxsən Bakı şəhərini ələ keçirmək arzusu reallaşmadı. Çünki
Dərbənddən I Pyotrun Bakı istiqamətində yürüşünün başladığım eşidən Hacı
Davud 10 minlik qoşunla Samur çayı sahilində mövqe tutdu. Xoşbəxtlikdən
dənizdə bərk tufan qopdu və I Pyotrun ordusunun bütün ərzaq və sursat aparan
gəmiləri suda qərq oldu. Ərzaq və sursat ehtiyatı yalmz bir aya çatardı. Əlavə
ehtiyatların gətirilməsi uzun çəkə bilərdi, eyni zamanda Peterburqda sarayda
fikir aynlıqları və Osmanlı dövlətinin Qafqaz məsələsində qəti etirazı I Pyotru
sentyabrın 5-də Dərbənddə qarnizon qoyaraq ordusunu Həştərxana geri
çəkməyə məcbur etdi. I Pyotr öz yerinə təyin etdiyi general M.A.Matyuşkinə
Bakını ələ keçirməyi tapşıraraq Peterburqa qayıtdı.
I Pyotrun yürüşü dayandırmasmdan xəbərsiz olan VI Vaxtanqm
başçılığı altında 30 min nəfərlik gürcü - erməni birləşməsi Rusiya ilə
qabaqcadan razılaşmaya uyğun olaraq sentyabnn 18-də yürüşə başlayıb, Gəncə
ətrafında düşərgə saldı. VI Vaxtanq rusların geri çəkilməsi xəbərini alan kimi
qorxuya düşərək Tiflisə döndü. 1722-ci ildə Səfəvi taxtına çıxan
Dostları ilə paylaş: |