olması haqqında məlumat vermişlər. İtaliya elçisi Alessandri yazırdı ki,
dünyanın başqa ölkələrində Azərbaycandab kimi dadlı meyvələr yoxdur. Adam
Oleari isə göstərirdi ki, Təbriz və Ordubadda yetişdirilən təbrizi və kəsəyi adlı
üzüm növlərinə dünyamn heç bir yerində rast gəlinməmişdir. Azərbaycamn
görkəmli tarixçisi İsgəndər bəy Münşinin məlumatlarına görə, Araz çayı
boyunca ucsuz - bucaqsız bağlardan yığılan üzüm,
nar və başqa meyvələr
Şirvan, Aran və Gürcüstan bazarlannda satılırdı.
XVI - XVII əsrlərdə Azərbaycan dünyada və Şərqdə ipəkçiliyin əsas
mərkəzlərindən sayılırdı. Azərbaycanın xam
ipəyi əsasən Qərbi Avropa
ölkələrinə ixrac olunurdu. İtaliya və İngiltərə tacirlərinin Azərbaycandan
apardıqları xam ipək Avropanın toxuculuq manufakturalanm
çox keyfiyyətli
xammalla təmin edirdi. 1562 - 1563-cü illərdə Azərbaycanda olmuş ingilis
səyyahı Entoni Cenkinson yazırdı ki, bu dövlətdə çox lazımlı
və keyfiyyətli
ciyidlik pambıq, xam ipək, ədviyyat və boyaqçılıq məhsullan əldə etmək olar.
Burada xeyli bol olan əsas ticarət məhsulu çoxlu növü olan baramadır.
Cenkinson Şirvan haqqındakı yol qeydlərində göstərirdi ki, bu ölkənin əsas və
ən varlı ticarət şəhəri olan Ərəşdə başqa yerlərdən daha çox barama istehsal
edilir. Türklər, suriyalılar və digər əcnəbilər ticarət üçün bura axışıb gəlirlər.
Avropada Azərbaycandan gətirilən Mahmudabad, Şirvan, Qarabağ, Şəki, Gəncə
ipəyini adları ilə çox yaxşı tamyırdılar.
Alman elçisi Adam Olearinin məlumatına görə, XVII əsrin 30-cu
illərində Azərbaycan Səfəvi dövlətində ildə 10 - 12 min tay (bir tay iki kisədən
ibarət idi - red.) ipək istehsal olunurdu ki, bunun da 3 min tayı Şirvanın, 2 min
tayı isə Qarabağın payına düşürdü.
XVI - XVII əsrlərdə pambıqçılıq kənd təsərrüfatımn
mühüm
sahələrindən birinə çevrilmişdi. 1568-ci ildə Azərbaycanda olmuş Riçard Uels
burada pambıq yetişdirilməsi ilə bağlı olaraq yazırdı: ”Səfəvilərdə pambıq
olduqca çoxdur, özü də lap yaxşısmdandır”. 1647-ci ildə Azərbaycanda olmuş
türk səyyahı Övliya Çələbi isə Naxçıvanda 7 növ pambıq yetişdirildiyini qeyd
edərək göstərirdi ki, Təbriz, Marağa, Gəncə, Şamaxı və Xoyla yanaşı, Bakı
nahiyəsində də pambıq əkilir.
XVI - XVII əsrlərdə Azərbaycan bütün Şərqdə heyvandarlığm inkişaf
etdiyi ölkələrdən biri idi. Burada yaylaq - qışlaq, yəni yarımköçmə maldarlıq
üstün yer tuturdu. Qarabağ, Mil, Muğan və Şirvan çöllərindən qışlaqlar,
Savalan,
Kiçik Qafqaz, Qaradağ, Talış dağlarmdan yaylaqlar kimi istifadə
edilirdi. Azərbaycan əhalisinin
əsas hissəsi oturaq əkinçilik, sənətkarlıq və
ticarətlə məşğul olduğundan maldar əhalinin - elatlann xüsusi çəkisi böyük
deyildi. Elat əhalisindən qoşun (çerik) toplandığından onlara dövlət tərəfindən
xüsusi imtiyazlar verilir və bu əhalidən çobanbəyidən (otlağa görə rüsum) başqa
heç bir vergi alınmırdı. A.Oleari Şamaxı və Cavad arasında, habelə Muğanda
böyük qoyun sürülərini öz gözü ilə görmüş. Yan Streys isə Ərdəbil yaxınlığında
100 mindən çox qoyun otanidığım qeyd etmişdi. Jan Batist Tavernye isə yazırdı:
“Azərbaycandakı
qoyun sürülərini görüb
135
təəccüblənməmək olmur. Tacirlər buradan aldıqları qoyunlan, hətta İstanbula
aparıb satırdılar.”Səyyah Azərbaycandan qoyun dərilərinin qiymətli xammal
kimi
Hollandiyaya və hətta, Yaponiyaya aparılaraq satıldığım qeyd etmişdir.
Azərbaycanda yetişdirilən dəvələr, atlar Osmanlı tacirləri tərəfindən satın alınıb
aparılırdı. A.Oleariyə görə, Səfəvi şahlannm at ilxısı Ərəş mahalında idi.
Ərdəbil və Qarabağda da şahın at ilxıları saxlanılırdı.
XVI - XVII əsrlərdə Azərbaycan kəndində natural vergilər üstünlük
təşkil etsə də, bəzi vergilər pulla ödənilməyə başlanılmışdı. Kəndlərdə istehsal
olunan ipək daxili və xarici bazarlara çıxarılaraq əmtəə xarakteri alırdı.
Dostları ilə paylaş: