Azərbaycanın şimal torpaqlannın Rusiya tərəfindən
işğalının birinci mərhələsinin başlanması
Rusiva - Azərbaycan savastmn başlanması.
1801-ci il sentyabnn 12- də
Rusiya imperatoru I Aleksandr (1801 - 1825) Kartli - Kaxetiyamn Rusiyaya
birləşdirilməsi haqqında manifest verdi. Kartli
- Kaxetiya ilə birlikdə
Azərbaycamn Qazax,
Borçalı Şəmşəddil və Pəmbək torpaqları
da Rusiyanın
tərkibinə qatıldı. Bununla Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən
işğalı başlandı.
Rusiya Qacar hökumətini qabaqlamaq və Azərbaycan xanlıqlanm öz
siyasi təsiri altına almaq üçün ilk vaxtlar diplomatik addımlara üstünlük verərək
Azərbaycanın şimal xanlarını Georgiyevsk şəhərində danışıqlara dəvət etdi.
Xanların əksəriyyəti bu təklifi rədd etsələr də, 1802-ci il dekabrın 26-da Rusiya
ilə
Quba-Dərbənd
(Şeyxəli xan Quba və Dərbəndin hakimi kimi müqaviləyə
imza atmışdı)
və Lənkəran
xanlan, habelə Tarku şamxalı və Qaraqaytaq usmisi
arasında müqavilə bağlandı. 12
maddədən ibarət olan
Georgiyevski
müqaviləsinə
qoşulan xanlar və hakimlər könüllü olaraq Rusiyanın himayəsinə
keçməklə, Qacarlar hücum edəcəyi təqdirdə birgə çıxış etməyə söz verirdilər.
Müqavilədə Cənubi Qafqazda ticarətin genişləndirilməsi və Xəzər dənizi
vasitəsilə ticarətin inkişaf etdirilməsi məsələləri də nəzərdə tutulmuşdu. Bu
müqavilə əslində Rusiyanın işğalçılıq niyyətini
pərdələyən dəyərsiz bir
kağızdan başqa bir şey deyildi. Çünki onu imzalayanlar az sonra Qacarlann
deyil, Rusiyanın təcavüzünə məruz qaldılar. Qacarlann
isə Abbas Mirzənin
başçılığı ilə göndərdiyi
Azərbaycan ordusu
şimal torpaqlarımızda rus işğalına
qarşı savaş aparan əsas qüvvə idi.
1803-
cü ildə Qafqazın baş komandanı təyin
edilmiş general Sisia-
novun başçılıq etdiyi rus ordusu
Dostları ilə paylaş: