Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə110/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   106   107   108   109   110   111   112   113   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Qanıx çayı sahilində döyüşdə 
carlılar 
üzərində qələbə qazanaraq Balakəni ələ keçirtdi. Ruslar əhaliyə amansız divan 
tutaraq Balakəni tamamilə dağıtdılar. 
1803-cü il aprelin 12-də Tiflisdə Car - Balakən camaatılığı ilə Rusiya 
arasında imzalanmış «Andlı öhdəlik» haqqında saziş bağlandı. Sazişə görə Car - 
Balakən əhalisi Rusiya xəzinəsinə hər il 220 pud ipək bac ödəməli, carlılar 
sədaqət əlaməti olaraq Tiflisə girovlar (əmanət) verməli. Car - Balakən 
ərazisində rus qoşunlan yerləşdirilməli idi. 
1804-
cü ildə yenidən Cara hücum edən rus qoşunu 
Zaqatalada 
məğlub edildi və general Qulyakov öldürüldü. Həmin ilin yanvarında general 
Sisia- nov 
Car - Balakən camaatlığını 
yenidən rus silahmm hökmünə tabe 
etdi, 
1803-cü ildə 
Şəmkiri 
ələ keçirən rus qoşununun növbəti hədəfi 
Gəncə 
oldu. Gəncə hakimi 
Cavad xan 
rusların tabe olmaq təklifini qətiyyətlə rədd 
etdi. Şəhər qəhrəmanlıqla işğalçılara müqavimət göstərsə də, silah və sayca 
üstün olan ruslar 1804-cü il yanvar ayımn 2-dən 3-nə keçən gecə 
Gəncə 
şəhərini 
zəbt etdilər. Cavad xan və oğlu Hüseynqulu ağa qəhrəmanlıqla 
vuruşaraq Vətənimiz yolunda şəhid oldular. General Sisianov Gəncə savaşım 
kütləvi qırğına - qətliama 
çevirdi. Əhaliyə amansız divan tutuldu. 
179 


üç saat ərzində xalqı kütləvi şəkildə qırdılar. 3 mindən bir qədər çox əhalinin 
yaşadığı Gəncənin müdafiəçilərindən təkcə ölənlərin sayı 1500 nəfərdən çox idi. 
Bununla bağlı tarixçimiz Mir Mehdi Xəzani yazırdı: "Bu cür qala almaq və 
bütövlükdə qətliam olunmaq Çingiz xan və Teymurləng zamanından sonra bu 
vilayətlərdə görünməmişdi." 
Rus hərbçilərini təltif etmək üçün xüsusi olaraq "Gəncənin alınmasında 
iştirakına görə" medalını təsis edən Rusiya hökuməti Gəncə xanlığım ləğv 
edərək dairəyə çevirdi. Minillik tarixi olan Gəncənin adı dəyişdirildi və çar I 
Aleksandrm arvadı Yelizavetamn şərəfinə bu tarixi şəhərimiz Yelizavetpol 
adlandırıldı. Kim «Gəncə» sözünü dilinə gətirərdisə, bir rus gümüş manatı 
cərimə olunurdu. 
Azərbaycan uğrunda Rusiya - Qacar savaşı. Gülüstan sülhü. 
Gəncə almandan sonra Rusiya ordusunun Azərbaycamn içərilərinə 
doğru irəliləməsi Qacar dövlətini qəti addımlar atmağa məcbur etdi. Fətəli şahın 
Rusiyadan qoşunlarım Cənubi Qafqazdan çıxarmaq tələbi rədd edildi və 
1804-cü il iyulun 10-da I Rusiya - Qacar savaşı başladı. Bütün Qafqazı «kafir 
ruslardan təmizləyəcəyini)) bəyan edən Fətəli şah şahzadə Abbas Mirzənin 
başçılığı altında olan 50 minlik ordunu Araz çayından şimala göndərdi. Bu ordu 
demək olar ki. Cənubi Azərbaycan türklərindən təşkil olunmuşdu. Mənbələrdə 
Qacar ordusu Səfəvilər dövründə olduğu kimi türklüyün rəmzi olan Qızılbaş 
ordusu və yaxud Azərbaycan ordusu adlandırılırdı. Bu ordu ilə rus qoşunlan 
arasında Eçmiədzin (Üçkilsə) yaxınlığında baş verən döyüşdə ruslar uğur 
qazandılar. Qəmərlidə baş verən qanlı döyüşdə uğur qazanmayan general 
Sisianov başda olmaqla rus qoşunları İrəvanın mühasirəsini dayandırıb geri 
çəkildilər. 
Qafqazdakı rus komandanlığının əsas məqsədi nəyin bahasına olursa, 
olsun Azərbaycanın şimal xanlıqlannm ruslara qarşı Qacar şahzadəsi Abbas 
Mirzə ilə birləşməsinə yol verməməkdən ibarət idi. Şimal xanlannm bir çoxu 
onlarla eyni türk soyundan olan Qacarlara doğma münasibət bəsləyir və bir 
"xilaskar" kimi baxırdı. Ancaq bəzi xanlar Rusiyamn hərbi - siyasi və diplomatik 
təzyiqlərinin güclənməsi şəraitində "Gəncə faciəsinin" təsiri altında ruslara qarşı 
açıq şəkildə çıxış etməkdən çəkinirdilər. Bütün bunlarm nəticəsidir ki, 1805-ci 
ildə Qarabağ hakimi İbrahimxəlil xan, Şəki hakimi Səlim xan Rusiyanın 
hədə-qorxulu tələbləri qarşısında general Sisianovun Kürəkçay yaxınlığındakı 
düşərgəsinə gəlməyə məcbur oldular. 1805-ci il mayın 14-də rus komandanı 
Sisianovla İbrahimxəlil xan arasında müqavilə - "Andlı öhdəlik" bağlandı. 11 
maddədən ibarət olan Kürəkçay müqaviləsinə görə Qarabağ xanlığı Rusiyamn 
tabeliyinə keçir, xan özü və varisləri üzərində Rusiya imperatorunun ali və 
yeganə hakimiyyətini tanıdığına and içməklə söz verirdi. Xanın və varislərinin 
xanlıq üzərində hakimiyyəti dəyişməz olaraq saxlanılmahydı. Daxili idarəetmə, 
məhkəmə və divanxana işləri, xanlıqdan gəlirlərin yığılması xamn 
səlahiyyətində qalırdı. Şuşa 
180 


qalasında 500 nəfərlik rus qoşunu yerləşirdi. Xanlıq ildə rus xəzinəsinə 8 min 
çervon (1 çervon 3,14 manata bərabər idi) bac verməyi öhdəsinə götürürdü. 
Müqavilənin 10-cu maddəsində andlaşmanın əbədi müddətə bağlandığı 
göstərilmişdi. 1805-ci il mayın 21-də Kürəkçay da Şəki hakimi Səlim xan da 
təxminən eyni məzmun daşıyan müqavilə bağlamağa məcbur edildi. Əsas fərq 
ondan ibarət idi ki, ruslar 500 nəfərlik qoşunun yerləşməsi üçün xanlıqda özləri 
qala tikməli idilər. Bu şərti əməl etməyən ruslar memarlıq incisi olan Şəki xan 
sarayını kazarmaya çevirmişdilər. Xanlığın əhalisinin sayı nəzərə alınaraq 
Ü2:ərinə 7 min çervon bac qoyulmuşdu. Qarabağ və Şəki xanlıqlan Rusiyanın 
razılığı olmadan heç bir dövlətlə əlaqələr saxlaya bilməzdilər. Bu, əslində 
xanlıqların müstəqil xarici siyasət hüququndan məhrum edilməsi demək idi. 
Abbas Mirzə 1805-ci ildə rusları Şimali Azərbaycandan çıxartmaq üçün 
döyüş əməliyyatlanm davam etdirdi. Şuşa yaxınlığında ruslan məğlubiyyətə 
uğratsa da, onun Tiflis üzərinə yürüşü uğursuzluqla nəticələndi. Rus- lann isə 
əsas məqsədi Şamaxı və Bakı xanlıqlarım ələ keçirmək idi. 
Rusların tabe olmaq tələblərini müxtəlif bəhanələr və şərtlərlə rədd edən 
Şamaxı hakimi Mustafa xan da rus qoşunlarmm hücumu təhlükəsi qarşısında 
Kürəkçay müqaviləsinin şərtlərini bəzi fərqlərlə təkrar edən «Andlı öhdəliyi» 
imzalamağa məcbur oldu. 1805-ci il 25 dekabr müqaviləsi ilə Şamaxı xanlığı 
başqa dövlətlərlə əlaqə saxlamaq hüququndan imtina edir, rus xəzinəsinə ildə 8 
min çervon bac verməyi öhdəsinə götürürdü. Rus qoşunlarının Şamaxıda 
yerləşməsinə Mustafa xan razı olmadığından Cavad məntəqəsində ruslara qala 
tikmək hüququ verilirdi. 
1805-
ci ilin yayında rus hərbi donanmasının dənizdən Bakıya hücumu 
şəhərin müdafiəçilərinin igidliyi və rusların qatı düşməni qubalı Şeyxəli xanın 
qoşunla köməyə gəlməsi nəticəsində uğursuz oldu. 
Rus komandanı Sisianov 1806-cı ilin yanvar ayında Bakı xanlığının 
Rusiyanın tabeliyi altına keçməsi haqqında çox ağır şərtlərini Hüseynqulu xana 
göndərdi. Bu şərtlərə görə Bakı xanlığının bütün gəliri Rusiya xəzinəsinə 
verilməli, Bakı şəhəri tamamilə ruslardan ibarət xüsusi bir idarə orqanının 
tabeliyinə keçməli, qalada rus toplan və minə yaxın əsgər yerləşdirilməli idi. 
Amansız, amansız olduğu qədər də şöhrətpərəst general Sisia- novla Bakı 
hakimi Hüseynqulu xan arasında 1806-cı il fevralm 8-də Bakının Qoşa qala 
qapısı yaxınlığında görüş zamanı rus generalı xanın yaxın qohumu tərəfindən 
öldürülərək öz layiqli cəzasını aldı. Bu hadisə Bakımn işğalının qarşısım almasa 
da, onu bir qədər ləngitdi. 
1806-
cı ilin yazında Abbas Mirzənin ordusunun Qarabağ istiqamətində 
ruslara savaş açması mənbələrdə deyildiyi kimi, bir çox Qarabağ əyanlarının 
qızılbaş qoşununa qoşulmasına səbəb olmuşdu. Gəncə hakimi Cavad xanın 
qatili mayor Lisaneviç çox ciddi nəzarət altında saxladığı İbrahimxəlil xanın da 
Qacarlarla birləşmək ehtimalını aradan qaldırmaq üçün böyük bir qətliam 
törətdi. İbrahimxəlil xan ailə üzvləri və yaxın adamları ilə 
181 


birlikdə amansızlıqla qətlə yetirildi. Qarabağ xanlığında hakimiyyət omm oğlu 
Mehdiqulu xana verildi. 
Rus zabiti Lisaneviçin vəhşiliyinə cavab olaraq Şəki hakimi Səlim xan 
1806-cı ildə Rusiya ilə əlaqələri kəsdi və rus qoşunlanm xanlığmdan qovub 
çıxartdı. Ancaq ruslar 1806-cı il oktyabrın 22-də Şəki yaxınlığındakı döyüşdə 
Səlim xanı məğlubiyyətə uğratdılar. Sonra Car - Balakənə yollanaraq oradakı 
üsyanlan amansızlıqla yatırdılar. Qacarlardan üz döndərib Rusiyamn tərəfinə 
keçmiş Cəfərqulu xan Xoylu Şəki xanı təyin edildi. Xanlığa gələrkən Xoy 
əhalisinin bir hissəsini də özü ilə gətirib Şəki şəhərinin ətrafında yerləşdirdi. 
1806-cı ildə Abbas Mirzənin Qarabağda, Şəkidə və digər bölgələrdə 
ruslarla apardığı döyüşlər müvəffəqiyyət qazanmadı. Ruslar isə əksinə 1806- cı 
ilin iyunun 22-də Dərbəndi, sentyabrın 3-də isə Bakını ələ keçirtdilər. Sonra isə 
Quba xanlığı tabe edildi. 
1808 - 1809-cu illərdə Abbas Mirzənin ordusu ilə rus ordusu arasında 
hərbi əməliyyatlar ruslar üçün uğursuz oldu. 1809-cu il Qarababa döyüşündə 
ruslar məğlubiyyətə uğradılar. 
Cənubi Qafqazda rus işğalına uzun müddət seyirçi mövqe tutan 
Osmanlı dövləti sükutu pozaraq 1806-cı ildə Rusiya ilə müharibəyə başladı. 
1807-
ci il Gümrü döyüşündə məğlubiyyətə uğradı. 1812-ci ildə Rusiya ilə 
bağlanan Buxarest sülhünə görə Osmanlı dövlətinin Qafqazdakı sərhədləri 
dəyişməz qalırdı, ancaq Osmanlı hökuməti Cənubi Qafqazın böyük bir 
hissəsinin Rusiya tərəfindən işğalı faktını tanımalı oldu. 
1812-ci ilin əvvəllərində Qacarların Abbas Mirzənin başçılığı altında 
olan 20 minlik ordusu Qarabağ xanlığına daxil olsa da, burada möhkəmlənə 
bilmədi. Lənkəran xanlığında mövqe tutan Abbas Mirzənin qoşunu 1812-ci ilin 
oktyabnn 18-də Aslandüz döyüşündə ağır məğlubiyyətə uğradı. Bu məğlubiyyət 
həm Birinci Rusiya - Qacar müharibəsinin, həm də Lənkəran xanlığının taleyini 
həll etdi. Rus ordusu 1813-cü ilin yanvann 1-də Lənkəran qalasını ələ keçirtdi. 
İngiltərənin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində Rusiya ilə Qacarlar 
arasında 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində banşıq 
müqaviləsi bağlandı. 11 maddədən ibarət olan Gülüstan müqaviləsinin 
şərtlərinə görə hər iki dövlət arasında savaşa son qoyulur (maddə 1), Fətəli şah 
Qacar Şimali Azərbaycan xanlıqları olan Gəncə, Qarabağ, Şəki, Şamaxı, 
Dərbənd, Quba, Bakı, Lənkəran, eyni zamanda Dağıstan və Gürcüstanın Rusiya 
imperatorluğunun tabeçiliyinə keçməsini təsdiq edirdi (maddə 3), Xəzər 
dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsus olmalı idi 
(maddə 5), Qacar dövlətinə gələn rus tacirlərindən gətirdikləri mallara görə 
5%-dən çox gömrük alınmamalı idi (maddə 9), Qacar dövlətinin təbəələri olan 
tacirlərdən də eyni qaydada 5%- lik gömrük tələb olunmalı idi. 
Araz çayından şimaldakı Azərbaycan torpaqlarına iddialı olan 
Qacarlarla işğalçı Rusiya arasında bağlanmış bu ədalətsiz və qeyri - bərabər 
182 


müqavilə nəticəsində Şimali Azərbaycanın böyük bir hissəsi Rusiya 
imperiyasının tərkibinə qatıldı. Naxçıvan və İrəvan xanhqlan rus qoşunlan 
tərəfindən tutulmadığından həmin ərazilərimiz müqavilədən kənarda qaldı. 
Şimali Azərbaycanın Rusiyamn tərkibinə daxil edilən torpaqlan ilə həmin 
xanlıqlar arasındakı sərhədlər də Gülüstan müqaviləsi ilə müəyyənləşdirilmişdi. 
Şimali Azərbaycanda 
rus müstəmləkə rejiminin qunılmasma başlanması 
Gülüstan müqaviləsindən sonra Rusiya ələ keçirilmiş torpaqlarda 
möhkəmlənməyə başladı. Qafqazdakı rus qoşunlannm baş komandam olub, 
Rusiyanın bölgədə müstəmləkəçilik siyasətini ardıcıl şəkildə həyata keçirən 
general A.P.Yermolov (1816 - 1827) özünün sağ əli saydığı erməni əsilli çar 
generalı knyaz R.Q.Mədətov vasitəsilə Rusiya ilə müqavilə bağlaımş xanlıqlara 
təzyiqi artırmağa başladı. Onlann məkrli planlanmn ilk qurbam 1814-cü ildə 
atası Cəfərqulu xanın yerinə Şəki hakimi təyin edilmiş İsmayıl xan oldu. 
Kürəkçay müqaviləsinin şərtlərinə əməl etməkdən boyun qaçıran və rus 
hökumətinə illik bacın ödənilməsi, rus qoşunlan üçün taxıl ayniması kimi 
tələbləri yerinə yetirməyib, müstəqilləşməyə çalışan İsmayıl xan 1819- cu ildə 
Şəkidə Xan bağındakı qonaqlıqda R.Q.Mədətovun əli ilə yeməyinə zəhər 
qatılaraq öldürüldü. Rus hökuməti elə həmin il Şəki xanlığını ləğv edərək 
əyalətə çevirdi. 
Ağasının tapşırığı ilə Şamaxı hakimi Mustafa xanı guya Qacarlarla 
əlaqə saxlamaqda, əhalini ruslara qarşı silahlandırmaqda ittiham edən R.Q. 
Mədətov xanı elə çıxılmaz vəziyyətə saldı ki, hökmnət qarşısmda özünü təmizə 
çıxarmağın mümkünsüzlüyünü görən Mustafa xan yaxm ətrafı ilə qaçaraq 
Cənubi Azərbaycanda Abbas Mirzəyə sığındı. Erməni R.Q.Mədətov Qarabağ 
hakimi Mehdiqulu xana qarşı xüsusilə amansız davranırdı. A.P.Yermolovla 
qurduqları məkrli plan əsasında 1818 - 1820-ci illərdə xandan knyaz R.Q. 
Mədətovun «Qarabağdakı dədə-baba torpaqlannı» geri qaytarmağı tələb edirdi. 
Çarəsiz Mehdiqulu xan A.P.Yermolovun tələbi ilə ata-babasından heç bir mülkü 
qalmayan və vergi verən zümrədən olan R.Q.Mədətova 1500 kəndli ailəsinin 
yaşadığı bir neçə kəndin "qaytaniması" haqqında saxta fərman imzalamağa 
məcbur oldu. Əsl saxtakarlıq bundan sonra başladı. Xan fərmanına 
R.Q.Mədətov Qarabağda istədiyi kəndlərin adını əlavə etdikdən sonra 
A.P.Yermolovun xüsusi səyləri ilə belə bir qondarma sənəd 1821-ci ildə rus çarı 
I Aleksandr tərəfindən təsdiq edildi. Mənbələrdə yazıldığı kimi, heç bir 
əsil-nəcabəti olmayan R.Q. Mədətov bu üsulla az qala Qarabağın yansma 
yiyələnmişdi. Knyaz R.Q. Mədətov Şirvanda həyata keçirtdiyi hədə - qorxu, şər 
yaxmaq taktikasım Qarabağda da işə saldı, Mehdiqulu xanın da cənuba - Abbas 
Mirzənin yanma qaçmasma nail oldu. Beləliklə, Kürəkçay müqaviləsi ilə 
xanlıqların "bütövlüyünün saxlanmasına imperator zəmanəti verən" çar 
hökuməti imzaladığı bütün 
183 


andlaşmalan pozub atdı. 
Ləğv edilmiş üç xanlığın yerində Müsəlman əyalətləri hərbi dairə 
rəisliyi yaradıldı, iqamətgahı Şuşada yerləşən bu idarəyə knyaz Mədətov başçı 
təyin edildi. Bundan sonra müsəlmanlar yaşayan torpaqlarda əsl rus - erməni 
siyasətinin yeridilməsinə başlandı. Müsəlman əyalətlərindəki rus qoşun 
dəstələrinin də başçısı sayılan Mədətov, xüsusilə Qarabağda müsəlman 
bəylərini sıxışdırır, vəzifədən uzaqlaşdırır, yerlərinə erməniləri təyin edir və 
müsəlman əhalisini amansızlıqla soyub talayırdı. 
1826-cı ildə Şimali Azərbaycanda rus müstəmləkəçiliyinə qarşı ümumi 
üsyan baş verərkən əhalinin hədsiz nifrətini qazanmış erməni Mədətovun 
Qarabağda ələ keçirtdiyi malikanələri əhali tərəfindən yandınimışdı. Rus 
mənbələrinin yazdığına görə, "Mədətov əhalini o dərəcədə cana yığmışdı ki, 
müsəlmanlarda qəbirə toxunmaq ən böyük günah sayıldığı halda, Mədətovun 
ata-babalannm qəbirləri dağıdılmış və murdarlanmışdı." Yuxarıda gətirilən 
faktlar Rusiyanın Azərbaycana gətirdiyi «əbədi xoşbəxtlik və fıravanlığ»ın bir 
qismidir. Bu, həm də Qafqazda rus müstəmləkəçili-yinin erməni formasında 
təzahürünün bariz nümunələrindən biridir. 
Lənkəran xanlığı ilə "yaxşı münasibətlərdə" olan Rusiya hökumətinin 
təzyiqləri altında 1826-cı ildə Mirhəsən xan qaçaraq Abbas Mirzəyə sığınmağa 
məcbur oldu. Çar hökuməti bu xanlığı da ləğv edərək əyalətə çevirdi. 
Azərbaycan uğrunda 
İkinci Rusiya - Qacar savaşı. Türkmənçay sülhü 
Cənubi Azərbaycanın valisi Abbas Mirzə Qacar Gülüstan 
müqaviləsindən sonra bütün səylərini Azərbaycan ordusunun yenidən 
qurulmasına və müasir silahlarla təchiz edilməsinə yönəltmişdi. Bu işdə ona 
İngiltərə hökuməti köməklik göstərirdi. 1814-cü ildə bağlanan sazişə görə 
İngiltərə Qacarlara hər cür hərbi yardım göstərməli və şimal torpaqlarının geri 
qay- tanlması üçün Rusiya ilə danışıqlar aparmalı idi. Qacarlar isə Hindistan 
üçün yarana biləcək hər hansı bir təhlükənin qarşısını almağa söz vermişdilər. 
1825-ci ildə Sankt - Peterburqda baş vermiş dekabristlər üsyam 
haqqında ingilis diplomatlanndan məlumat alan Fətəli şah Qacar bu əlverişli 
fürsətdən istifadə edərək Rusiya ilə yeni savaşa girməyi qərara aldı. Fətəli şah 
hərbi qüvvə, sursat, ərzaq və maliyyə təminatı baxımından bütün müharibənin 
ağırlığı və məsuliyyətini Cənubi Azərbaycamn valisi və Azərbaycan ordusunun 
komandanı vəliəhd Abbas Mirzənin üzərinə qoymuşdu. Abbas Mirzə isə 
yetərincə maliyyə dəstəyi olmadığından ordudakı islahatları başa çatdırmamışdı 
və Rusiya ilə savaşa girməyin hələ tez olduğunu düşünürdü. Abbas Mirzəyə 
sığınan Şimali Azərbaycan xanları da müharibəyə tez başlamağın tərəfdarı 
idilər və Abbas Mirzəyə bildirmişdilər ki, onun qoşunu Araz çayını keçərsə, 
xanlıqların bütün əhalisi kafirlərə qarşı üsyana tamamilə hazır vəziyyətdədir. 
Fətəli şahın qəran ilə 1826-cı ildə Rusiya ilə yeni savaş başladı. 1826 - 1828-ci 
illər İkinci Rusiya - Qacar müharibəsinin başlanğıc 
184 


mərhələsi ruslar üçün uğursuz oldu. Abbas Mirzənin başçılıq etdiyi ordu iyulun 
26-da artıq Qarabağın böyük hissəsinə nəzarəti ələ keçirib, Şuşanı mühasirəyə 
aldı. Onun göstərişi ilə keçmiş Şamaxı hakimi Mustafa xan qoşunla Şirvana
Mirhəsən xan qoşunla Lənkərana, Uğurlu xan Ziyadoğlu - Gəncəyə, Səlim xanın 
oğlu Hüseyn xan - Şəkiyə yollandılar. İrəvanın sərdarı Hüseyn xan və 
Kartli-Kaxetiya çarı II İraklinin ruslara qəti düşmən olan şahzadə oğlu 
Aleksandr qoşunla Tiflis üzərinə hücuma başladılar. Şimali Azərbaycan xanları 
demək olar ki, öz keçmiş xanlıqlarında hakimiyyətlərini bərpa etdilər. Rusiyanın 
müstəmləkə zülmündən bezmiş əhalinin üsyana qalxması da bu işdə az rol 
oynamadı. Məsələn, Gəncədə iyunun 17-də bəy və ruhanilərin başçılığı ilə 
böyük bir üsyan baş vermiş və ruslar Gəncədən qovulub çıxarılmışdılar. 
Lənkəran, Şamaxı və Şəkidə də ruslar əleyhinə üsyanlar baş vermişdi. 1826-cı 
ildə rus müstəmləkə rejiminə qarşı bütün Şimali Azərbaycanı bürüyən üsyan heç 
də təsadüfi deyil ki, rəsmi mənbələrdə «ümummüsəlman üsyanı» 
adlandınimışdır. Bu üsyana görə çar Nikolay hətta 2 mart 1827-ci ildə 
imzaladığı Ali fərmana əsasən Qafqazın baş hakimi və baş komandanı general 
A.P.Yermolova şiddətli töhmət verərək vəzifəsindən uzaqlaşdırmışdı. 
Lakin Abbas Mirzə hücumu sürətlə davam etdirərək dağınıq halda olan 
rus qoşunlarını əzmək, bütün qüvvəsini rus qoşunlarının geri çəkildiyi Tiflisə 
yönəltmək əvəzinə, 48 gün Şuşanı mühasirədə saxlamaqla böyük vaxt itkisinə 
yol verdi. Rus komandanlığı bundan yararlanaraq dağınıq halda olan qoşunlarını 
birləşdirdi və strateji təşəbbüsü ələ keçirib, əks - hücuma başladı. 1826-cı il 
sentyabrın 3-də Abbas Mirzənin qoşunu Şəmkir yaxınlığında məğlubiyyətə 
uğrayaraq Gəncəyə çəkildi. İkinci döyüş sentyabrın 13-də Gəncə ətrafında baş 
verdi. İkinci Rusiya - Qacar müharibəsinin taleyində həlledici rol oynayan 
Gəncə döyüşündə Abbas Mirzə məğlubiyyətə uğradı. Beləliklə, düzgün hərbi 
taktika seçilmədiyindən Azərbaycanın şimal torpaqlarında kütləvi xalq 
üsyanlarımn yaratdığı çox əlverişli imkan əldən verildi. Abbas Mirzənin ordusu 
və yenidən qaçqın düşən xanlar Şimali Azərbaycanı tərk edərək Arazdan cənuba 
mühacirət etməyə məcbur oldular. 
Yermolovu əvəz etmiş yeni baş komandan general qraf Paskeviçin 
başçılığı ilə rus qoşunlarının 1827-ci il iyunun 26-da Naxçıvan qalasını ələ 
keçirməsi Qacar ordusunun komandanı Abbas Mirzəni hərəkətə gətirdi. Lakin 
1827-ci iyulun 7-də Cavanbulaq döyüşündə onun məğlubiyyətə uğraması 
Abbasabad qalasının taleyini həll etdi. İrəvan xanlığının əhalisinin də Qacar 
qoşunu ilə birlikdə müqavimət göstərməsinə baxmayaraq. Abbasa- badın 
ardınca Sərdarabad qalası da rusların əlinə keçdi. Nəticədə İrəvana yol açıldı. 
Sentyabrın 26-da rus qoşunlan İrəvan qalasını mühasirəyə aldılar. İrəvanın 
sərdarı Hüseyn xanın başçılığı ilə qalanın müdafiəçiləri ciddi müqavimət 
göstərsələr də, oktyabrın 1-də İrəvan ruslar tərəfindən ələ keçirildi. İrəvanın 
alınması Rusiya imperiyasımn paytaxtı Peterburqda böyük sevinclə qarşılandı. 
Çar I Nikolay İrəvanın fəthi şərəfinə 1827-ci il no 
185 


yabrın 4-də Ali fərman imzaladı. Ali fərmanla "rus silahının müsəlman 
xarabalıqları üzərində qələbəsi şərəfinə İrəvanın baş məscidinin provoslav - 
yunan - rus kilsəsinə çevrilməsi" qərara alınmışdı. "Erevanski" ləqəbi ilə 
mükafatlandınlan qraf Paskeviç yazırdı ki, şəhər alınarkən burada 10 min 
müsəlman ailəsi və 3 min erməni ailəsi yaşayırdı. Həmin ermənilər ruslara 
cəsusluq etməklə yanaşı, İrəvan qalasının qapılarından birini rus qoşununun 
üzünə açmışdı. 
Rus qoşunları Cənubi Azərbaycan torpaqlarına daxil olaraq əvvəl 
Mərəndi, sonra isə Təbrizi ələ keçirtdilər. Təbrizin tutulması ilə Tehrana yol 
açıldı. 1828-ci il yanvarın 28-də Urmiyanın, fevralın 8-də isə Ərdəbilin 
tutulması Abbas Mirzə Qacar ilə Paskeviç arasında sülh danışıqlarının 
sürətlənməsinə səbəb oldu. 1828-ci il fevralın 10-da Təbriz yaxınlığındakı 
Türk- mənçay kəndində müqavilə imzalandı. 16 maddədən ibarət Türkmənçay 
müqaviləsində Gülüstan müqaviləsinin bəzi maddələrinin məzmunu saxlanmış, 
təzminat və s. haqqında yeni maddələr əlavə edilmişdi. Yəni əslində Gülüstan 
müqaviləsinin qüvvədən düşdüyü və onun Türkmənçay müqaviləsi ilə əvəz 
olunduğu göstərilirdi (maddə 2). Müqavilə Azərbaycanın İrəvan və Naxçıvan 
xanlıqlarının Rusiyaya keçməsini təsdiq edir (maddə 3), sərhədləri ayınr 
(maddə 4) və müqavilədə Qacar hökumətinin Rusiyaya 20 milyon gümüş manat 
təzminat ödəyəcəyi bildirilir (maddə 6), Xəzər dənizində yalnız Rusiyanın hərbi 
donanma saxlamaq hüququ təsdiq edilirdi (maddə 8). 
Türkmənçay müqaviləsinin 15-ci maddəsini xüsusi qeyd etmək 
lazımdır. Bu maddədə Qacar dövlətinin Azərbaycan vilayətinin (yəni Cənubi 
Azərbaycamn) əhalisinə Rusiyaya sərbəst keçə bilmək, keçərkən daşına bilən 
əmlakını gömrük və vergi qoyulmadan özü ilə aparmaq və ya bir il ərzində 
satmaq hüququ verilirdi. Onlann daşınmaz əmlakımn satılması üçün isə beş ililk 
müddət müəyyən edilirdi. Bu maddədə söhbət, əlbəttə, Azərbaycan türklərindən 
deyil, ermənilərdən gedirdi. Müqavilədə açıq və konkret şəkildə ermənilərin adı 
çəkilməsə də, iki dövlət arasında ümumi razılıqda məhz ermənilərin 
köçürülməsi nəzərdə tutulmuşdu. 
1828 - 1829-cu illər Rusiya - Osmanlı müharibəsi də rusların qələbəsi 
ilə başa çatdı. 1829-cu il Ədirnə müqaviləsinə görə Osmanlı dövləti bütün 
Cənubi Qafqazın Rusiya tərəfindən işğalını hüquqi baxımdan təsdiq etdi. 
Rusiya Qara dəniz sahillərini, xüsusilə Axalsıx vilayətinin bir neçə şəhərini ələ 
keçirdi. Ədirnə müqaviləsi ilə Osmanlı dövlətindən erməni əhalisinin Rusiyaya 
sərbəst şəkildə keçməsinə icazə verildi. 
Xalqımızın tarixi taleyində faciələrə yol açan Türkmənçay müqaviləsi 
ilə Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı təsdiq olundu. Bu müqavilənin 
ən dəhşətli nəticəsi xalqımızı və Vətənimizi iki yerə parçalaması oldu. 
Türkmənçay müqaviləsi 1917-ci ildə Rusiyada hakimiyyətə gələn 
bolşeviklər tərəfindən qeyri - bərabər və ədalətsiz müqavilə elan olunsa da, 
1921-ci ildə Sovet Rusiyası ilə Qacar dövləti arasında bağlanmış müqavilə ilə 
186 


qüllədən düşmüşdü. Ancaq yenə də tarixi ədalətsizliyə yol verilərək 
Azjrbaycamn bölüşdürülməsi hər iki dövlət tərəfindən təsdiq edilmişdi. 
187 


Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin