Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


§ 24. Şimali Azərbaycanda rus ağalığı



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə111/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   107   108   109   110   111   112   113   114   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


§ 24. Şimali Azərbaycanda rus ağalığı. 
XIX
əsrin 30-cu illərində rus müstəmləkə əsarətinə qarşı üsyanlar 
Rusiya Şimali Azərbaycanın işğalı prosesində xanlıqları ləğv edərək 
əyalətə çevirmiş, xanlıq idarə - üsulunu komendant idarə sistemi ilə əvəz 
etmişdi. Komendant idarə üsulu hərbi işğal və hərbi feodal səciyyəsi daşıyırdı. 
Rus zabitlərindən təyin olunan komendantlar əyalətin sosial - iqtisadi həyatına 
aid olan bütün məsələləri həll etmək səlahiyyətlərinə malik idilər. Əyalət 
məhkəməsinə də sədrlik edən komendantlar ruslara sədaqətli olan bəylərdən 
mahal naibləri təyin edirdilər. 
Ali ruhani zümrəsinin nəzarəti altında olan şəriət məhkəmələri saxlanılsa 
da, onlar yalnız ailə - nigah və vərəsəlik kimi mülki işlərlə məşğul ola bilərdilər. 
Qafqazın Baş komandanının nəzarəti altında olan hərbi məhkəmələrdən rus 
işğalına qarşı çıxan bəylərə, ruhanilərə və kəndlilərə qarşı istifadə olunurdu. Bu 
məhkəmələr daha tez qərar verir və çox zaman ölüm cəzası verməsi ilə digər 
məhkəmələrdən fərqlənirdi. 
Rus işğalı (1801 - 1828) və işğaldan sonrakı ilk illərdə Qafqazın baş 
komandanının Şimali Azərbaycanda yeritdiyi siyasətdən cəmiyyətin bütün 
təbəqələri narazı idi. Ruslara qarşı çıxan ali zümrənin nümayəndələri edam, 
həbs və sürgün edilir, onların əmlakları dərhal müsadirə olunub dövlət 
xəzinəsinin ixtiyarına keçirdi. Baş Komandanın hazırladığı 1818-ci il 
Əsasnaməsi ilə Qazax, Şəmşəddil və Borçalı ağalarının, 1817-ci il və 1824-cü il 
Sərəncamları ilə Quba bəylərinin, 1824-cü il Sərəncamı ilə Qarabağ bəy və 
ağalarının kəndli və torpaq hüquqlarına sarsıdıcı zərbələr vurulmuşdu. 
Bu dövrdə Azərbaycan kəndi bütövlükdə rus ordusunun ərzaq və digər 
ləvazimatlarla təmin olunması vəzifəsindən tamamilə asılı vəziyyətə salınmışdı. 
Ağır bacqoyma və vergi sistemi, vergilərin soyğunçu və amansız erməni 
tacirlərinə iltizama verilməsi, komendantlann və digər rus məmurlarının 
qanunsuzluğu və hər cür özbaşınalığı bütün əhalini rus müstəmləkə 
orqanlarından narazı salmışdı. Çar I Nikolayın Cənubi Qafqazdakı vəziyyəti 
dərindən öyrənmək üçün senatorlar qraf P.İ.Kutaisov və Y.İ.Meçnikovun 
başçılığı ilə göndərdiyi komissiya 1829 - 1830-cu illərdə müsəlman 
əyalətlərində təftiş apararaq maliyyə - vergi sistemində hədsiz sayda çoxlu 
özbaşınalıqlar üzə çıxartmışdı. Senatorlann fikrinə görə, belə ağır vəziyyət rus 
məmurları tərəfindən vergilərin çox zaman normadan ikiqat - üçqat yığılması, 
vergi yığılmasının onların sözləri ilə deyilsə, "acgöz erməni tacirlərinə iltizama 
verilməsi", savaşların gedişində müflisləşən kəndlilərin taxılı xəzinəyə 
dəyərindən 8 - 1 0 dəfə ucuz satmağa məcbur edilməsi, hətta bu məbləğin də çox 
zaman onlara ödənilməməsi nəticəsində yaranmışdı. 
Çar senatorları çara və ədliyyə nazirinə göndərdikləri raportlarda 
yazırdılar: "müsəlman əyalətlərində rus dairə rəislərinin, komendantların 
azğınlığından və əhalinin çəkdiyi əzab - əziyyətdən adam dəhşətə gəlir. 
188 


Burada insan ləyaqəti tapdalanmış, hər cür ədalət unudulmuş, qanun isə yalnız 
əsarət aləti olmuşdur. Diyarın müsəlman əhalisinin səbr kasası dolmuş, ancaq 
xoşbəxtlikdən daşmamışdır." 
Rusiyanın müsəlman əyalətlərində qurduğu müstəmləkə rejimi və açıq 
qarət sistemi işğaldan bir qədər sonra müstəmləkə əsarətinə qarşı üsyanlara 
gətirib çıxartdı. 
Rusiya hökumətinin müxtəlif yerlərdən bölgəyə yad olan xristian əhalini 
köçürərək yerləşdirməsi Azərbaycan kəndində torpaq azlığına gətirib 
çıxartmışdı. Milli və dini ayrı - seçkiliyə uğrayan yerli əhali çar hökumətinin bu 
siyasətindən çox narazı idi. 
Çarizmin köçürmə siyasəti 
Bölsədə xristian davağt yaratmaq siyasəti Ermənilərin kütləvi səkil- da 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin