Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə119/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   115   116   117   118   119   120   121   122   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

XIX əsrin 30

60-ci illərində ölkənin təsərrüfat həyatı,
Türkmənçay 
müqaviləsidən (1828) sonra Şimali Azərbaycanın təsərrüfat həyatı dirçəlməyə 
başladı. Müharibə nəticəsində qaçqın düşmüş sakinlərin geri qayıtması, çarizm 
tərəfindən erməni, rus və almanların köçürülməsi və təbii artım hesabına 
əhalinin sayı ildən-ilə çoxalırdı. Şimali Azərbaycanda əhalinin sayı 1832 - 
1833-cü illərdəki 700 min nəfərdən, artaraq 1850-ci ildə 1 milyon nəfərə 
çatmışdı. Əhalinin 90%-ə yaxmı kəndlərdə yaşayırdı. 1832 - 1833-cü illərdə 
şəhər əhalisinin sayı 70 min, 1850-ci ildə 95 min, 1856-cı ildə isə 110 min nəfər 
olmuşdu. Şamaxı, Nuxa, Şuşa və Gəncə şəhərlərinin hər birində 10 min 
nəfərdən çox əhali yaşayırdı. 
1839 - 1843-cü illərdə Rusiya tərəfindən həyata keçirilən pul islahatı 
nəticəsində Şimali Azərbaycanda rus gümüş manatı əsas valyuta kimi tətbiq 
edilmişdi. Vahid pul, habelə ölçü və çəki sisteminə keçilməsi, feodal 
qaydalarından biri olan daxili gömrük rüsumunun - rəhdann hələ 1836-cı ildə 
ləğv edilməsi iqtisadiyyatın inkişafına müsbət təsir göstərmişdi. 
Kənd təsərrüfatı ölkə iqtisadiyyatın əsas sahəsi olaraq qalırdı. 1845-ci 
ildə ölkədə 23 milyon pud taxıl məhsulu istehsal edilmişdi. Şirvan, Qarabağ, 
Quba buğda və arpa, Lənkəran bölgəsi isə düyü istehsalı üzrə ixtisaslaşmışdı. 
Taxıl məhsullarının əsas hissəsi kəndli təsərrüfatlarında yetişdirilirdi və bu 
sahədə bəy təsərrüfatlarının xüsusi çəkisi çox az idi. Bu dövrdə maldarlıqda 
böyük artım əldə edilmişdi. 1843-cü ildə Şimali Azərbaycanda 823 min baş mal, 
davar və at var idisə, 1857-ci ildə bunların sayı 2 milyonu keçmişdi. Satlıq taxıl 
və əmtəəlik heyvandarlıq məhsullarının xüsusi çəkisi durmadan artırdı. 
XIX əsrin 30 - 60-cı illərində baramaçılıq təsərrüfatı da sürətlə inkişaf 
edirdi. 40-cı illərin ikinci yarısında hər il orta hesabla 70 - 80 min pud barama 
istehsal olunurdu ki, bu da Cənubi Qafqazda əldə edilən məhsulun üçdə ikisi 
demək idi. İpəkçilik təsərrüfatının məhsulları da getdikcə daha çox əmtəə 
xarakteri alırdı. 
Qeyd etmək lazımdır ki, 30-cu illərin axırlarından Rusiyanın toxuculuq 
fabrikləri baramaya və ipək sapa olan tələbatının böyük hissəsini Azərbaycanın 
hesabına ödəyirdi. 50-ci illərin ortalarında Rusiyanın ipək toxuyan fabrikləri bir 
ildə işlətdikləri 40 min pud ipək xammalının 28 min pudunu və yaxud 3/4 
hissəsinə yaxınını Şimali Azərbaycandan aparırdı. 
1836-cı ildə hökumət tərəfindən təsis edilmiş "Qafqazda ipəkçiliyi və 
ticarət sənayeçiliyini yayan cəmiyyət" Şəkidəki xəzinə tut bağları ilə yanaşı, 
200 


Şirvandakı ipəkçilik təsərrüfatını da 630 rəncbərlə birlikdə 24 il müddətinə 
icarəyə götürmüşdü. Şirkət Qafqazda muzdlu əməkdən istifadə edən ən böyük 
ipəkçilik təsərrüfatına çevrilmişdi. 
30 - 60-cı illərdə Azərbaycanda yetişdirilən ən qiymətli texniki 
bitkilərdən biri də marena (qızıl boya) idi. Bu bitkidən toxuculuqda çox qiymətli 
təbii boyaq kimi istifadə olunurdu. Rusiyanın toxuculuq fabrikləri hər il 
işlətdikləri 130 min pud qızıl boyanın xaricdən gətirilməsinə bir neçə milyon 
manat xərcləyirdilər. Ona görə də 40-50-ci illərdə Azərbaycanda qızıl boya 
yetişdirilməsinə xüsusi diqqət yetirən rus hökuməti Aərbaycanın Dərbənd, 
Quba, Şamaxı və Lənkəran qəzalarından aparılan qızıl boyanı emal etmək üçün 
50-ci illərdə Moskva yaxınlığında ayrıca bir fabrik tikdirmişdi. Bu texniki 
bitkiyə olan tələbatın ildən-ilə çoxalması nəticəsində təkcə Quba qəzasında qızıl 
boya yığılması 1851-ci ildə 2 min puddan, yüz dəfə artaraq 200 min puda 
çatmışdı. Azərbaycan qızıl boyası, hətta Avropada da məşhur idi. 1862-ci il 
London Ümumdünya sərgisində üç nəfər azərbaycanlı əla keyfiyyətli qızıl boya 
üçün fəxri fərman və medal almışdı. Azərbaycamn qızıl boyası Rusiya 
bazarlarından bütün xarici qızıl boyanı sıxışdırıb çıxarmışdı. Qızıl boya 
istehsalında kişi və qadınlann muzdlu əməyindən geniş istifadə edilirdi. Quba 
qəzasmdakı qızıl boya plantasiyalarında Cənubi Azərbaycandan gəlmiş 9 min 
nəfər muzdlu fəhlə işləyirdi. 
1869-cu ildə süni boya olan alizarinin kəşfi qızıl boyaya olan tələbatı 
kəskin şəkildə azaltdı. Bakı quberniyasında qızıl boya çıxarılması 1872-ci ildə 
80 min puda enərək 1869-cu ilə nisbətən 2,5 dəfə azalmışdı. Sonralar isə bu 
təsərrüfat sahəsi tənəzzül edib, tamamilə aradan çıxmışdı. 
Rusiyanın toxuculuq sənayesinin pambığa olan tələbatını nəzərə alan 
çar hökuməti Azərbaycanın Şamaxı, Cavanşir və Naxçıvan qəzalarında 
pambıqçılığı inkişaf etdirməyə çalışırdı. Misir və Amerikadan gətirilmiş pambıq 
növlərinin Qarabağ və Şəki əyalətlərində salınmış xəzinə pambıq 
plantasiyalarında yetişdirilməsi cəhdləri 40-cı illərdə boşa çıxmışdı. 1869-cu 
ildə Bakı quberniyasında 50 min puda qədər, 1873-cü ildə Yelizavetpol 
quberniyasında 7 min puddan çox pambıq istehsal edilmişdi. 
Şimali Azərbaycanda digər texniki bitki istehsalı - tütünçülük XIX əsrin 
30 - 40-cı illərində inkişafa başlanmışdı. 1845-ci ildə 8 qəzada yığılmış 4 min 
puddan çox tütünün yarısı bazarlarda satışa çıxarılmışdı. Ümumiyyətlə, 
tütünçülük və pambıqçılıq təsərrüfatlarının kapitalistcəsinə sürətli inkişafı 
1870-ci il aqrar islahatından sonrakı dövrdə baş vermişdi. Kənd təsərrüfatında 
əmtəə istehsalının artmasını nəzərə alan hökumət 1852-ci ildə natural vergini pul 
vergisi ilə əvəz etmişdi. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin