müəyyənləşdirməli idi. Bəy komissiyalanmn fəaliyyəti nəticəsində bütövlükdə
Şimali Azərbaycanda 1188 bəy nəsli əsl - nəcabətli bəy nəsli kimi tanınmış,
1048 nəslə isə lazımi təsdiqedici sənədləri olmadığı əsas gətirilərək bəy titulu
verilməsindən imtina edilmişdi.
Rusiya hökuməti uzun müzakirələrdən sonra nəhayət 1870-ci ilin may
ayının 14-də Azərbaycanın sahibkar kəndində islahat keçirilməsini nəzərdə
tutan Əsasnaməni təsdiq etdi. 14 may 1870-ci il Əsasnaməsində kəndliləri və
bəyləri maraqlandıran üç əsas məsələyə - feodal-asılı
münasibətlərin ləğv
edilərək kəndlilərə azadlıq verilməsi, torpaq,
vergi və mükəlləfiyyət
məsələlərinə toxunulmuşdu.
Əsasnamə ilə Azərbaycanın sahibkar kəndlilərinin feodaldan asılılıq
münasibətlərinə son qoyulması və onlara azadlıq verilməsi elan edilirdi.
Əsasnaməyə görə kəndlinin istifadəsində olan torpaq və əkin sahələri, meyvə,
tut, üzüm bağlan onun pay torpağı hesab edilirdi və həmin pay torpağı kəndlinin
daimi istifadəsində saxlanılırdı. Kəndli öz pay torpağını hissə - hissə və ya bütöv
şəkildə sahibkarla qarşılıqlı razılığa əsasən satın ala bilərdi. Lakin satın alınacaq
torpaqlar bir ev və ya kəndli ailəsi üçün 15 desyatindən çox ola bilməzdi.
Satınalma zamanı kəndliyə dövlət tərəfindən heç bir yardım göstərilmirdi.
Sahibkar kəndlilərinin satın alacaqları torpaqların qiymətləri çox
yüksək müəyyən edilmişdi və bütövlükdə Rusiyadakmdan 7,7 dəfə baha idi.
Üstəlik dövlət də «ödənc» əməliyyatının həyata
keçirilməsinə heç bir maddi
yardım göstərmirdi. Rusiyada torpağın satın alınması həm də məcburi idi.
Kəndli banklan vasitəsilə torpaqların satın alınmasına borc pul ayrılırdı. Bunun
nəticəsidir ki, 1870-ci il kəndli islahatı Şimali Azərbaycanın sahibkar kəndlisini
torpaq mülkiyyətçisinə çevirmək əvəzinə, onların yalnız
torpaqdan daimi
istifadə hüququnu qanuni şəklə salmışdı. Ancaq tək elə bu cəhəti ilə də islahat
burjua xarakteri daşıyırdı, çünki sahibkar kəndliləri praktiki olaraq öz pay
torpaqlarının sahibləri kimi çıxış edirdilər. Bundan sonra mülkədar heç bir halda
onu bu torpaqdan çıxara bilməzdi. İndi kəndli hər desyatin torpağa görə natural
vergi olan onda bir (malcəhət) və yaxud otuz
qəpik pul ödədikdən sonra
məhsulun yerdə qalan hissəsindən sərbəst şəkildə istifadə edə bilərdi.
İslahatın həyata keçirilməsi ləng gedirdi. Ümumiyyətlə, 1870-ci ildən
1912-ci ilədək Şimali Azərbaycanın çox az - cəmi 40 sahibkar kəndində 2 min
desyatin torpaq sahəsi kəndlilər tərəfindən satın alınmışdı. Buna görə də
sahibkar kəndliləri 1912-ci il aqrar islahatına
qədər öz pay torpaqlannm
mülkiyyətçisinə çevrilə bilmədiklərindən uzun müddət "müvəqqəti
mükəlləfiyyətli" hesab edilmişdilər.
1847-ci il Əsasnaməsi ilə hər kəndli ailəsindən 18 gün müddətində
mülkədarın təsərrüfatında işləmək üçün bir nəfərin ayrılmasını
nəzərdə tutan
biyar mükəlləfiyyəti 1870-ci il islahatına görə ləğv edilmişdi. Biyar hər desyatin
pay torpağına görə otuz qəpik pulla əvəz olunmuşdu.
204
1870-ci il islahatı ilə Azərbaycanın sahibkar kəndlilərinin feodal
asılılığından azad elan edilməsi və kəndliyə pay torpağını feodaldan satın almaq
imkanının verilməsi kənddə kapitalist münasibətlərinin inkişafına müəyyən yol
açmışdı.
Məhkəmə islahatı.
1864-cü il noyabrın 20-də Rusiyada həyata keçirilən
məhkəmə islahatına görə silki məhkəmə ləğv edilir,
Dostları ilə paylaş: