xəzinə cəmiyyəti" şirkəti yaradılmışdı. 40-cı illərin əvvəllərində Lənkəran balıq
vətəgələri də bu şirkətin ixtiyarına verilmişdi. Balıqçılıq sahəsində muzdlu
əmək geniş yayılmışdı. Salyan balıq vətəgəsində muzdlu işçilərin sayı 600 -
1000 nəfərə çatırdı.
Şimali Azərbaycanda əsas duz mədənləri Abşeron və Naxçıvanda
yerləşirdi. 40-cı illərdə Abşeronda 27 göldən ildə 400 min pud duz çıxarılırdı.
1864 - 1868-ci illərdə duz mədənlərinə təhkim olunmuş kəndlilərin
məcburi əməyinin ləğv edilməsi və 1868-ci ildən həmin mədənlərin hərracla
açıq satışa çıxarılması bu yeyinti sənayesində
kapitalist münasibətlərinin
inkişafına şərait yaradırdı.
Rusiyanın toxuculuq sənayesinin xam ipəyə olan tələbatını ödəmək
üçün 1829-cu ildə Şəkinin Xanabad kəndində ilk iri ipək manufakturası işə
salınmışdı. Dövlətə məxsus Xanabad manufakturasında baramadan sap açmaq
üçün dəzgahlar, 10 dənə ikiqat kürə və sap sarıyan qurğular işləyirdi. Rəsmi
sənədlərdə bəzən fabrik adlanan bu müəssisədə muzdlu işçilərin sayı 101 nəfərə
çatmışdı. Onlardan 72-si
yerli fəhlələr, 29-u isə İtaliyadan gətirilmiş ustalar idi.
1836-cı ildə dövlət manufakturanı əsas kapitalı 570 min manat olan "Qafqazda
ipəkçiliyi və ticarət sənayeçiliyini yayan cəmiyyətin" ixtiyanna vermişdi.
Səhmdar cəmiyyətin fəaliyyəti nəticəsində müəssisə kapitalist fabrikinə
çevrilmişdi. 1854-cü ildə müəssisədə işləyən 42 dəzgahm 3O-u buxann gücü ilə
hərəkətə gətirilirdi.
XIX əsrin 30 - 40-cı illərində Şamaxı şəhəri və ətraf kəndlərdə 700- dək
ipək parça toxuyan dəzgah işləyirdi. Bu dəzgahlarda 1600 - 1700 nəfərədək
toxucu çalışırdı. Bir toxucu dəzgahında 2 - 3 , bəzən 4 nəfər birlikdə işləyirdi.
Mütəxəssislərin fikrincə, Şamaxıda ipək toxuculuğu artıq
manufaktura
mərhələsinə keçmişdi.
30 - 60-cı illərdə Bakıda mədən neftçıxarma sənayesi manufaktura
mərhələsində idi. 1828 - 1850-ci illərdə Abşeronda işləyən quyularm sayı
82-dən 136-ya çatmışdı və bu quyulardan ildə 5,5 min ton neft çıxarılırdı. Neftli
torpaqların iltizama verilməsi qaydası qalmaqda idi. Binəqədi və Balaxanı neft
mədənlərində bu sahəyə təhkim edilmiş kəndlilərin icbari əməyindən istifadə
olunurdu. Neftçıxarmada müəyyən texniki yeniliklər tətbiq olunurdu. 1848-ci
ildə Bibiheybətdə texnik F.Semyonov dünyada ilk dəfə qazma üsulu ilə neft
quyusu qazmışdı. Bu üsul ABŞ-da 11 il sonra tətbiq olunmağa başlanmışdı.
XIX əsrin 50 - 60-cı illərində Bakıda neft emalı sənayesi yaranmışdı.
1859-cu ildə rus kapitalistləri V.Kokorev və P.Qubonin Suraxanıda ilk ağ neft
emalı zavodu, Tiflis əczaçısı Vitte 1861-ci ildə Pirallahı adasında 150 min
manata başa gələn parafin şamı zavodu, 1863-cü ildə azərbaycanlı
Cavad
Məlikov öz layihəsi əsasında Bakıda ağ neft zavodunu tikdirmişdi. Bütün
bunlar Bakıda neft sənaye istehsalının böyüyərək manufaktura mərhələsindən
fabrik - zavod mərhələsinə keçməyə başlandığını göstərir.
1864-cü ildə Balaxanı neft mədənlərində quyulara təhkim olunmuş
202
kəndli icbari əməyinin ləğv edilməsi, 1864 - 1868-ci illərdə Zəylik zavodunda və
Naxçıvan daş duz mədənlərində eyni icbari əmək şəraitinə son qoyulması azad
muzdlu əməyin tətbiqinə geniş yol açmışdı.
50-ci illərin ortalarında kapitalist münasibətləri metallurgiya sahəsinə
də daxil olmağa başlamışdı. 1855 - 1856-cı illərdə
yunan Mexov qardaşlan
Gədəbəydə kiçik bir misəritmə zavodu inşa etmişdilər. İldə 1,2 min pud məhsul
verən və əl əməyi ilə işləyən bu zavodun bütün səhmlərini alman Simens
qardaşları almışdılar. Simens qardaşlan şirkəti 1865-ci ildə Gədəbəy misəritmə
zavodunun inşasını başa çatdırdılar. Bu zavod Rusiyanın ən böyük misəritmə
zavoduna çevrilmişdi. Bundan başqa, Mexovlardan Daşkəsən kobalt mədənini
də satın alan Simens qardaşlan 1865-ci
ildə burada kobalt zavodunu
tikdirmişdilər.
1861-ci ildə Moskva kapitalistləri Alekseyev və Voronin qardaşlan
Şəkidə 60 min manat dəyəri olan böyük bir ipək fabriki açmışdılar. 432 dəzgaha,
64 barama hovuzuna və buxar maşınına malik olan Şəki ipək fabrikində 222
usta, 300 - 350 fəhlə işləyirdi və həmin fəhlələrin 200 - 250- si qadın idi. Qısa
vaxtda fabrikin illik istehsalı 3,4 min puda (bunun 1,4 min pudu ipək sap),
dövriyyəsi isə 2 milyon manata çatmışdı.
Beləliklə, XIX əsrin birinci yarısında Şimali Azərbaycanda əmək
bölgüsünə və muzdlu əməyə əsaslanan manufaktura istehsalı təşəkkül tapmış, 50
- 60-cı illərdə ölkədə buxar maşmlanndan istifadə edilən iri fabrik istehsalına
keçid baş vermişdi. 60-cı illərdə Şimali Azərbaycamn sənaye və kənd
təsərrüfatında yeni kapitalist meyllərinin
güclənməsinə baxmayaraq, ölkənin
iqtisadi potensialı Rusiya sənayesinin xammal təlabatımn ödənilməsinə
yönəldilmişdi. Bu da Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterini
müəyyən edirdi.
Dostları ilə paylaş: