Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


  § 25. XIX əsrin 40-cı illərində Şimali Azərbaycanda



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə116/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   112   113   114   115   116   117   118   119   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

194 


§ 25. XIX əsrin 40-cı illərində Şimali Azərbaycanda 
inzibati - məhkəmə və aqrar islahatların keçirilməsi 
İnzibati - məhkəmə islahatı,
XIX əsrin 30-cu illərində baş vermiş 
üsyanlar yatırıldıqdan sonra çar hökuməti Cənubi Qafqazda inzibati - idarə 
sistemini dəyişdirmək və bu sistemi ümumimperiya inzibati - ərazi bölgüsünə 
uyğunlaşdırmaq üçün islahatlar hazırlamağa başladı. Uzun müzakirələrdən 
sonra çar 
I Nikolay 
1840-cı il aprelin 10-da komendant idarə üsulunun ləğv 
edilməsi və 
Cənubi Qafqazda inzibati-məhkəmə islahatı haqqında qanun 
imzaladı. 1841-ci il yanvarın 1-dən qüvvəyə minən bu qanuna görə komendant 
idarə üsulu ləğv olunur və Cənubi Qafqaz inzibati cəhətdən iki yerə bölünürdü: 
1. Gürcüstan - İmeretiya quberniyası; 2. Xəzər vilayəti. 
Bu qanunda Şimali Azərbaycan torpaqlannm vahid inzibati bölgüdə 
birləşdirilməsi nəzərdə tutulmamışdı və xalqımızın sosial - hüquqi, etnik və 
mədəni xüsusiyyətləri çox az nəzərə alınmışdı. Şamaxı, Qarabağ, Şəki, Bakı, 
Quba, Lənkəran və Dərbənd qəzaları mərkəzi Şamaxı olan 
Xəzər vilayətinin 
tərkibinə, 
Yelizavetpol (Gəncə), Naxçıvan, İrəvan və Balakən qəzaları isə 
mərkəzi Tiflis olan 
Gürcüstan - İmeretiya quberniyasına 
daxil edilmişdi. 
Hələ 1828-ci il martın 21-də I Nikolayın əmri ilə tarixi Azərbaycan 
torpaqları olan 
İrəvan 
və 
Naxçıvan xanlıqlarının ərazisində 
"erməni vilayəti" 
adlı inzibati bölgü yaradılmışdı. 10 aprel 1840-cı il qanununa görə «erməni 
vilayəti» ləğv edilmiş və yerində İrəvan və Naxçıvan qəzaları yaradılmışdı. 
Quberniya və vilayət 
qəzalardan, 
qəzalar isə 
sahələrdən 
(nahiyələrdən) ibarət olurdu. Mahalların ləğv edilməsi ilə mahal naibləri olan 
bəylər idarə işindən uzaqlaşdınlır, onlar ruslardan təyin olunan sahə iclasçılan 
ilə əvəz edilirdilər. 
Ali hakimiyyət Qafqazın baş hakiminə məxsus idi. Baş hakimin sədrliyi 
ilə Baş İdarə Şurası yaradılmışdı. 
1840-cı il 10 aprel qanununa görə, ümumrusiya qanunları əsasında 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin