Lənkəran üsyanı məğlubiyyətə
uğradı. Hərəkatın qeyri - mütəşəkkilliyi. Mir Həsən xanın əhali içərisində öz
nüfuz və təsir imkanlarından lazımi şəkildə yararlanmaması, üsyançıların
həlledici məqamda ləng hərəkət etməsi, nizami orduya qarşı vuruşan
üsyançıların pis silahlanması, ali zümrənin nümayəndələrinin bir hissəsinin
rusların tərəfmə keçməsi Lənkəran üsyanının məğlub olmasının əsas səbəbləri
sayılır.
Quba üsvanı, 1806-cı ildə işğal edilmiş
Quba xanlığı 1810-cu ildə
əyalətə çevrilmişdi. Quba əyalətinin başında çar hökumətinin ən yaramaz
kadrlarından biri sayılan komendant polkovnik Gimbut dururdu. Bu çar
məmuru əhali üzərinə ağır vergilər qoyur, vergiləri iltizama verir, sakinləri
qanunsuz mükəlləfiyyətlərə cəlb edir və vəzifəsindən şəxsi tamahı xatirinə sui -
istifadə edirdi. Quba əhalisinin dərin nifrətini qazanan
polkovnik Gimbut kasıb - kusubun xeyrinə əhalidin yığılan zəkatı belə mənimsəmək dərəcəsində alçalmışdı. Şeşpər mahalı kəndlilərinin hərbi dairə rəisi general
mayor Reutta 1837-ci ilin iyul ayında göndərdiyi məktubda deyilirdi ki,
onlardan yığılan zəkat mənimsənildiyindən məscid və mədrəsələr öz xərclərini
ödəməkdə çətinlik çəkir, zəkat hesabına dolanan kasıblar isə aclıq içindədirlər.
1837-ci ildə Qafqazın baş komandanının Varşavadakı atlı müsəlman
alayı üçün Quba əyalətindən
36 atlı toplanması haqqında tələbi əhalinin səbr
kasasını daşdırdı. Başqa əyalətlərdə bir atlının təchizatı üçün yerli əhali 130 -
150 manat ödəyirdisə, Quba əyalətində bu sakinlərə 350 manata başa gəlirdi.
Əhali hökumətdən atlı yığılmasının dayandınimasım, komendant Gimbut və
onun əlaltılan olan yerli bəylərin işdən götürülməsini və vergilərin azaldılmasını
tələb edir. Hərbi dairə rəisi tələbləri yerinə yetirməyə söz versə də, konkret hər
hansı bir addım atmaq fikrində deyildi. Quba camaatı dağlıların azadlıq
hərəkatının başçısı
Şeyx Şamillə əlaqə ssıxlayırdılar. Şeyx Şamil Quba
əhalisinə məktubunda yazırdı ki, «yadellilərin zülmündən qurtuluş üçün yeganə
çıxış yolu silahlı mübarizədir.»
1837-ci ilin avqustun 21-də Qubada Rusiyanın müstəmləkə zülmünə
qarşı başlanan hərəkat tezliklə