Hərəkata başçılıq etmək üçün ayrıca Hərbi Şura da yaradılmışdı. Hərbi Şuramn
hazırladığı plana əsasən avqustun 30-da üsyançılar Quba şəhərini mühasirəyə
aldılar. Əvvəlcədən əldə edilmiş razılığa görə şəhər əhalisi də üsyançılarla
birlikdə çıxış etməli idi. Yarəlinin başçılıq etdiyi üsyançılar dəstəsi şəhərlilərin
köməyi ilə Qubaya daxil olaraq şəhər məhkəməsinin binasını ələ keçirtdilər.
Üsyançılar şəhər uğrunda ağır döyüşdə mərdliklə vuruşsalar da, uğur qazana
bilmədilər. Sentyabrın 5-də rus qoşunu üsyançıları şəhərdən çıxara bildi.
Qafqazın baş hakimi baron Rozen Qubaya əlavə qüvvələr yeridərək
üsyanı amansızlıqla yatırdı. Hökumət hərəkatın fəal iştirakçılanna divan tutdu.
Üsyamn rəhbəri Hacı Məmməd dörd il çəkən istintaqdan sonra 1841- ci ildə
Bakı Hərbi səhra məhkəməsinin hökmü ilə dar ağacından asıldı. Çar Nikolayın
fərmanı ilə Hacı Məmmədin heç bir günahı olmayan oğlu Novruz Kaluqaya
sürgün edildi və rus hərbi xəstəxanasında gözlənilmədən "qızdırma xəstəliyinə"
tutularaq öldü. Digər üsyan rəhbərləri Sibirə sürgün edildi.
Quba üsyanı xalqımızın rus müstəmləkə əsarətinə qarşı azadlıq
mübarizəsinin ən parlaq səhifələrindən biridir.
Səki üsvam.
Digər müsəlman əyalətlərində olduğu kimi Şəkidə də çar
hökumətinin tətbiq etdiyi ağır maliyyə - vergi sistemi əhalinin vəziyyətini
olduqca ağırlaşdırmışdı. "Qafqazda ipəkçiliyi və ticarət əkinçiliyini yayan
cəmiyyəf’in təsərrüfatlarında çalışan rəncbərlərin vəziyyəti dözülməz idi.
Xanlıq dövründə vergidən azad olan maaflar üzərinə vergi və mükəlləfiyyətlər
qoyulması, kəndli və sənətkarlardan ilbəil yeni vergi və rüsumlar yığılması,
yerli hökumət məmurlarının özbaşınalıqları, ali zümrəyə qarşı ayrı - seçkilik
siyasəti Şəkidə baş vermiş üsyanın əsas səbəbləri hesab olunur.
Şəkinin keçmiş hakimi Səlim xanın oğlu Hacı xan tərəfindən Şəkiyə
göndərilən Məşədi Məmməd 5 minlik qoşun toplayaraq 1838-ci ildə hökumətə
qarşı üsyana başladı. Rus hərbi qarnizonu ilə üsyançılar arasında Şəki
yaxınlığında baş vermiş ilk döyüşdə ruslar məğlubiyyətə uğradılar. Qalanı
çıxmaqla, bütün şəhər üsyançıların əlinə keçdi. Qafqazın baş komandanı başqa
əyalətlərdən Şəkiyə qoşun yeridərək üsyançıları məğlubiyyətə uğratdı. Məşədi
Məmməd yenidən Cənubi Azərbaycana qayıtmağa məcbur oldu.
Ümumiyyətlə, XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda rus
müstəmləkə əsarətinə qarşı baş vermiş üsyanlarda hökumətə «sədaqətli» olan
kiçik bir zümrəni çıxmaqla, əhalinin bütün təbəqələri iştirak edirdi. Kəndlilər,
şəhərlilər, bəylər, ağalar və ruhanilərin bir cəbhədə çıxış etməsi həmin
üsyanlann əsas xüsusiyyəti sayıla bilər. 30-cu illərdə baş vermiş üsyanlar böyük
tarixi əhəmiyyətə malik idi. Bu üsyanlar məğlub olsa da, təsirsiz qalmadı. Çar
hökuməti Şimali Azərbaycanda öz siyasətini dəyişməyə məcbur oldu,
komendant üsul - idarəsini ləğv etməyin zəruriliyini anladı, bölgədə inzibati -
məhkəmə və aqrar islahatlar keçirməyə başladı.
Dostları ilə paylaş: