quberniya, vilayət, qəza
və
dairə məhkəmələri
yaradıldı və məhkəmələr rus
dilində aparılırdı. Şəriət məhkəmələri yalmz kəbin - talaq və vərəsəlik
məsələlərinə baxırdı.
1844-cü ildə çar hökuməti Cənubi Qafqazda öz mövqeyini daha da
möhkəmlətmək üçün Baş İdarə Şurasının əvəzinə
canişinlik idarəsi sistemi
yaratdı. Qafqaz canişini təyin olunan qraf M.S.Vorontsov çox böyük hərbi və
mülki səlahiyyətlərə malik idi və çardan başqa heç kimin qarşısında hesabat
vermirdi.
1846-cı il 14 dekabr tarixli çar fərmanı ilə Cənubi Qafqazın inzibati- ərazi
quruluşunda ciddi dəyişikliklər edildi: Gürcüstan - İmeretiya quberniyası və
Xəzər vilayətinin yerində
Tiflis, Kutais, Şamaxı
və
Dərbənd quber-
195
niyaları təşkil edildi. Sonralar 1849-cu ildə İrəvan quberniyası, 1868-ci ildə isə
Yelizavetpol quberniyası yaradıldı. Yeni inzibati - ərazi bölgüsü Azərbaycanın
parçalanmasını daha da dərinləşdirdi.
1846-cı il 6 dekabr reskriptL
Rusiya hökumətinin milli və dini cəhətdən
ona yad olan və işğal dövründə əksəriyyəti Rusiyaya düşmən münasibət
bəsləyən ali müsəlman zümrəsi ilə bağlı siyasəti dəyişkən səciyyə daşıyırdı. XIX
əsrin 30-cu illəri - 40-cı illərin əvvəllərində hökumətin ali müsəlman zümrəsi ilə
bağlı hazırladığı layihələrdə bu zümrəni tamamilə ləğv etmək, Şimali
Azərbaycanda çarizmin əsas dayağı olacaq ”təbii rus zadəganlığı" yaratmaq
ideyası qırmızı xətt kimi keçirdi. Hökumət bölgənin bütün torpaq- lannı 5 iri rus
zadəganı arasında bölüb, burada iri təhkimçilik təsərrüfatları yaratmaq və
müsəlman ali zümrəsini məhv etmək planlan üzərində baş sındırırdı. Bu plan rus
zadəganlannm Cənubi Qafqaza gəlmək istəməməsi səbəbindən baş tutmadı.
1841-ci ildə hökumət Azərbaycan bəy və ağalanmn torpaq hüquqları
üzərinə total hücuma başladı. İlk əvvəl Qafqazm Baş İdarə Şurası xüsusi bir
sənəd hazırlayıb, “Zaqafqaziya diyarının quruluşu Komitəsi”nə təqdim etdi.
Komitə tərəfindən 1841-ci il aprelin 25-də təsdiq olunan bu sənədi çar I Nikolay
23 may 1841-ci ildə qanun şəklində imzaladı. Bu qanuna görə Qazax,
Şəmşəddil, Borçalı ağalarının ixtiyarında olan kəndlər müsadirə olunur və
əvəzində kəndlilərin hesabına ağalara ömürlük təqaüd təyin edilirdi. Çar
tərəfindən təsdiq edilmiş 28 may 1841-ci il fərmanı ilə Xəzər vilayətinin
bəylərinin tiyul torpaqlarının əllərindən alınması və əvəzində onlara təqaüd
ödənilməsi qərara alınmışdı. Hər iki qərar Azərbaycanın sahibkar kəndində
böyük narazılıqla qarşılandı. Dövlət vergilərini ödəyən kəndlilərin üzərinə indi
də ağa və bəylərin təqaüd xərcləri qoyulmuşdu. Bəylərin və kəndlilərin çar
hökumətinə qarşı bir cəbhədə birləşərək çıxışlara başlaması hökuməti bərk
təşvişə salmışdı. Cənubi Qafqaza xüsusi yoxlama üçün göndərilən hərbi nazir
A.İ.Çemışev hökumətin bu addımının "səhv olduğunu" etiraf etdi və nəticədə
"təbii rus zadəganlığı" yaratmaq planı boşa çıxdı. Çar I Nikolayın fərmanı ilə
1843-cü ildə ali müsəlman zümrəsinin yaradılmasına icazə verildi və çar
Qafqaza göndərdiyi canişini M.S.Vorontsova bu zümrənin hüquqlarını
tənzimləyəcək qanun layihəsini hazırlamağı şəxsən tapşırdı.
M.S.Vorontsovun sədrliyi ilə hazırlanmış qanun layihəsi 6 dekabr 1846-cı
ildə çar I Nikolay tərəfindən canişinin adma reskript (buyruq) şəklində
imzalandı. 6 dekabr 1846-cı il reskripti 12 maddədən ibarət olub, 10-u bəylərin
torpaq hüquqlarından, 2-si isə bəy - kəndli münasibətlərindən bəhs edirdi.
Reskriptə əsasən bəylərin nəsli sahibliyində olmuş və indi də onların
ixtiyarında qalan torpaqlar (mülk, tiyul və s.) üzərində onların tam irsi
mülkiyyətçilik hüququ təsdiq olunurdu. Xan, bəy və digər torpaq sahibləri öz
mülklərini nəsildən - nəslə ötürə, sata, bağışlaya, hər hansı şəkildə alqı - satqıya
qoya bilərdilər. Yeganə şərt torpağı alan şəxsin ali müsəlman züm
196
rəsinin nümayəndəsi olması idi. Qazax, Şəmşəddil, Borçalı ağalannm da
müsadirə edilmiş bütün torpaqları çarın "xüsusi iltifatı" kimi onlara qaytarılırdı.
Reskriptə görə bundan sonra rəiyyət, rəncbər, xalisə, nökər, əkər və başqa
müxtəlif adların yerinə kəndlilərə ümumi bir ad "mülkədar tabelisi" adı
verilirdi.
6 dekabr 1846-cı il reskripti ilə rus hökuməti ali müsəlman zümrəsinin
torpaq hüquqlarını təsdiq etdi və ona münasibətini qəti şəkildə müəyyənləşdirdi.
Hökumət ali zümrənin simasında özünə bölgədə sosial dayaq yaratmaq
siyasətində ilk ciddi addımını atdı. Nəticədə ali müsəlman zümrəsi torpaq
hüquqları baxımından Rusiya zadəganları ilə bərabər hüquq qazandı. Lakin ali
müsəlman zümrəsi heç bir zaman silki imtiyaz və şəxsi hüquqlar baxımından
nəinki rus, heç gürcü zadəganları ilə də bərabərləşdirilmədi. Belə bərabərlik
Şimali Azərbaycanın bəy və ağalanna diyann idarə edilməsində vəzifələr
tutmaq hüququ verə bilərdi. Ancaq ali müsəlman zümrəsinə qarşı milli və dini
ayrıseçkilik siyasəti yeridən rus hökuməti buna qətiyyət yol vermək istəmirdi.
1847-ci il "Kəndli Əsasnamələri*.
Azərbaycanın sahibkar kəndində bəy -
kəndli asılılıq münasibətlərinə tam hüquqi aydınlıq gətirmək və bu
münasibətləri rəsmi şəkildə tənzimələmək üçün çar hökuməti 1847-ci ilin
aprelin 20-i və dekabrın 28-də iki mühüm sənəd qəbul etdi. "Kəndli
Əsasnamələri" adlanan bu sənədlərdən birincisi Şuşa, Şamaxı, Şəki, Bakı Quba
və Lənkəran qəzalarının bəy kəndlilərinə, ikincisi isə Qazax Şəmşəddil və
Borçalı nahiyələrinin ağa kəndlilərinə aid idi.
Yeni hüquqi sənədə görə 15 yaşından yuxarı kişi cinsindən olan kəndli 5
desyatinə qədər torpaq payı ilə təmin olunmalı, bunun qarşılığında kəndli taxıl
məhsulunun onda birini, çəltik, meyvə - tərəvəz məhsulunun üçdə birini
malcəhət vergisi şəklində bəyə ödəməli idi. Kəndli torpağı bəyin iş heyvanı,
toxumu və alətlərindən istifadə edərək becərirdisə, malcəhət məhsulun beşdə
birini təşkil edirdi. Otlaqlardan istifadə edən kəndlilər bəyə çöpbaşı adlı vergi
ödəməli idilər. Bəy təsərrüfatında biyara çıxmaq üçün hər kəndli ailəsi bir kişi
ayırmalı idi. Biyara çıxan kəndli ildə 18 gün əkin - biçin işi aparmalı idi. Kəndli
biyara çıxmaq istəmirdisə, əvəzində pul ödəməli idi. Bütün kəndlilər hamılıqla
ildə iki gün bəyin təsərrüfatında əvrəz (iməci) adlanan işi yerinə yetirməli idi.
Bəyin ev işlərini görmək üçün hər on kəndli ailəsi bir kişi, hər on beş ailə
isə bir qadın qulluqçu ayırmalı idi. Bu sonuncu tələb əhali içərisində böyük
narazılıq doğurmuşdu. Azərbaycanda tarix boyu torpaq sahibinin evinə qadın
qulluqçu göndərmək ənənəsi olmamışdı. Azərbaycan bəyləri əsil kişilik
göstərərək hökumətdən bu qaydanın ləğv olunmasını qəti şəkildə tələb etdilər.
Hökumət kəndlilərin bəyin evinə qadın qulluqçu göndərməsi mükəlləfiyyətini
ləğv etməyə məcbur oldu.
"Əsasnamələr" lə bəylərə kəndlilər üzərində polis və məhkəmə hüququ,
kəndlilərə isə yaşayış yerini dəyişib başqa kəndlərə keçmək hüququ verilirdi.
197
Başqa bəyin kəndinə keçmək istəyən kəndli bütün vergi və mükəlləfiyyətləri
əvvəlcədən ödəməli və onu qəbul edəcək bəyin də razılığını almalı idi.
Beləliklə, 1847-ci il "Kəndli Əsasnamələri" ali müsəlman zümrəsi ilə
kəndlilər arasındakı asılılıq münasibətlərini rəsmiləşdirərək qanuni şəklə saldı.
Dostları ilə paylaş: |