Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə125/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   121   122   123   124   125   126   127   128   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

ilk dəmir yolunun 
çəkilməsi xam neftin daşınma 
xərclərini xeyli ucuzlaşdırmışdı. 
Hesablamalara görə, 1865-ci ildən - 1901-ci ilədək Bakıda neft 
çıxarılması 1200 dəfəyə qədər artmışdı. Azərbaycanın neftçıxarma sənayesi 
1898-
ci ildə 489 milyon pud neft hasil etməklə bu sahədə 
dünyada birinci 
yerdə olan 
ABŞ-ı ötüb keçmişdi. 1901-ci ildə dünya üzrə bütün neftin yarıdan 
çoxu, Rusiya neftinin isə 90%-dən çoxu Bakıda çıxarılırdı. 
Neft hasilatının çoxalması neft sənayesinin həm də yeni, neft emal edən 
sahələrinin yaranması və inkişafına təkan vermişdi. Belə ki, 1873-cü ildən sonra 
Bakının Qaraşəhər, Keşlə və Ağşəhər rayonlarında 
neftayırma zavodlarının 
tikintisinə başlanmışdı. Artıq 1890-cı ildə Bakıda 148 neft emal edən zavod var 
idi. 
208 


Bu dövrdə neftin daşınmasını asanlaşdırmaq üçün 1897-ci ildə Bakı - 
Batum neft kəmərinin çəkilişinə başlamimış, ancaq bu tikinti 10 il sonra başa 
çatmışdı. 
1884-cü ildə Bakıdakı iri neft şirkətləri ("Nobel qardaşları", Rotşild və 
b.) öz iqtisadi maraqlarını birlikdə qorumaq və yüksək gəlir əldə etmək məqsədi 
ilə Neft Sənayeçilərinin Qurultayı adlanan xüsusi bir təşkilat yaratmışdılar. Bu 
təşkilata başçılıq edən Qurultay Şurasına ən iri neft şirkətlərinin nümayəndələri 
seçilirdi. 
1893-cü ildə neft sənayeçilərinin Peterburq müşavirəsində hökumətin 
himayəsi ilə yaradılan "Bakı ağ neft zavod sahibləri ittifaqı" adlı inhisar birliyi 
92 iri və xırda şirkəti birləşdirirdi. Bakı ağ neft sahibkarlarının demək olar ki, 
90%-i həmin ittifaqa daxil idi və Bakıda emal edilən neft məhsullannm 97%-i 
onlann zavodlarımn payına düşürdü. Həmin inhisar birliyində aparıcı rol 
oynayan "Nobel qardaşları" şirkəti 1894 - 1895-ci illərdə ABŞ-ın neft maqnatı 
Rokfellerin "Standart oyl" neft şirkəti ilə dünyadakı ağ neft satışı bazarlarının 
bölüşdürülməsi üzrə saziş bağlamışdı. 
Bu dövrdə neftayırma sənayesində də təmərküzləşmə prosesi 
güclənmişdi. 1899-cu ildə Bakıda 6 ən iri neftayırma zavodunda bütün neft 
məhsullannm 54%-i emal olunurdu. 
Neft sənayesinin inkişafı bu sahə ilə bağlı olan gəmiçilik, mexaniki 
istehsal, kükürd kolçedanı və turşusu, soda və s. istehsalının da inkişafına təkan 
vermişdi. "Nobel qardaşları" şirkəti 1893-cü ildə "Simens qardaşlan" cəmiyyəti 
ilə bağladığı müqaviləyə görə hər il bu cəmiyyətdən 80 min pud kükürd 
kolçedanı satın alırdı. Bakıdakı mexaniki zavodlar neft sənayesini buxar 
qazanları və digər məhsullarla təmin edirdi. 
Azərbaycanın digər şəhər və qəzalarında kapitalist sənaye müəssisələri 
Bakıdan da xeyli əvvəl yaranmışdı. Zəngin filiz mədənlərinə malik Gədəbəydə 
Simens qardaşlarına məxsus mis əritmə zavodu və 1883-cü ildə onların 
tikdirdiyi Qalakənd misəritmə - missaflaşdırma zavodu 80 - 90-cı illərdə orta 
hesabla hər il 50 - 130 min pud mis istehsal edirdi. Simens qardaşları bu iki 
zavodu bir-biri ilə bağlamaq üçün darxətli dəmir yolu və Dəllər stansiyasından 
həmin müəssisələrə 21 verst uzunluğunda neft kəməri çəkdirmişdilər. 
Ölkənin balıqçılıq təsərrüfatı Tağıyev, Mayılov, Lianozov və b. iri 
sənayeçilərin əlində idi. Dövlət balıq vətəgələri 1880-ci ilin iyunun 1-də 
hərracla açıq satışa çıxarılandan sonra Azərbaycanda tutulan balığın ümumi 
miqdarı 736,1 min puddan 1890-cı ildə 2 milyon 418,7 min puda çatmışdı. 80 - 
90-cı illərdə ovlanmış nərə balıqlarından hər il 30 - 40 min pud qara kürü 
götürülürdü. 
Bu dövrdə Azərbaycanda toxuculuq və ipəkçilik kimi yüngül sənaye 
sahələri yerli xammal bazasında inkişaf edirdi. Pambıqçılığın inkişafı ilə bağlı 
pambıqtəmizləmə zavodları tikilirdi. Belə zavodlardan birin 1882-ci 
209 


ildə Naxçıvanda işə salınmışdı. 1887-ci ildə Bab quberniyasında 16 
pambıqtəmizləmə müəssisəsi fəaliyyət göstərirdi. 
Azərbaycamn iri sənayeçisi və böyük xeyriyyəçisi H.Z.Tağıyev neft 
sənayesində əldə etdiyi kapitalın bir hissəsini ölkə iqtisadiyyatının balıqçılıq, 
gəmiçilik və toxuculuq sənayesi sahələrinə yönəldirdi. H.Z.Tağıyev 1897-ci ildə 
əsas kapitalı 2 milyon manat olan "Lifli maddələrin emalı üzrə Qafqaz səhmdar 
cəmiyyəti”ni yaratmışdı. Rusiya hökuməti Azərbaycanda xammalı hazır 
məhsula çevirən hər hansı müəssisənin açılmasına heç cürə imkan vermək 
istəmir, ölkə iqtisadiyyatının müstəmləkəçi xaraberini qoruyub saxlamağa 
çalışırdı. Tağıyev böyük zəhmət hesabına 1900-cü ildə hazır məhsul istehsal 
edən ilk toxuculuq fabrikini açmaqla, Azərbaycan iqtisadiyyatının heç olmasa, 
bir sahəsində Rusiyanın inhisarım zəiflədə bilmişdi. 
Bütün Cənubi Qafqazda ipək emalı sənayesinin mərkəzi Nuxa qəzası 
idi. Nuxa, Şuşa və Ordubadda fəaliyyət göstərən ipək emalı fabrikləri buxar 
mühərrikləri ilə hərəkətə gətirilən dəzgahlarla təchiz edilmişdi. XIX əsrin 
axırlarında ölkədə 450 - dən çox ipək emalı müəssisəsi fəaliyyət göstərirdi ki, 
bunların içərisində 60 iri fabrik bütün ipək məhsulumm 3/5 hissəsini emal 
edirdi. Sənayeçilərdən A.Məmmədov, L.Lətifov, R.Rzayev, K.Babayev və 
başqalarının şirkət və müəssisələrində çox yüksək keyfiyyətli ipək istehsal 
olunurdu. K.Babayevin müəssisəsi əla ipək istehsalına görə 13 dəfə qızıl medal 
almışdı. 
80-ci illərdə Bakıda yeyinti sənayesi sahəsində ımüyütmə və çəltik- 
təmizləmə üzrə ilk kapitalist müəssisələri meydana çıxmışdı. 
1879-cu ildə Bakıda cəmi bir, 1891-ci ildə isə dörd tütün fabriki, 
1885-ci il məlumatına görə, Yelizavetpolda üç tütün fabriki işləyirdi. Cənubi 
Qafqaz üzrə demək olar, bütün tənbəki fabrikləri Azərbaycanda yerləşirdi. 
XIX əsrin ikinci yarısında Şimali Azərbaycanın iqtisadi inkişafının əsas 
xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, sənayenin bir çox sahələri 
(neftçıxarma, neft emalı, metallurgiya, yeyinti, yüngül sənaye sahələri və s.) 
kapitalist istehsalının fabrik - zavod mərhələsində olduğu halda, bəzi kustar 
sənət sahələri (boyaqçılıq, dulusçuluq, xalçaçılıq və s.) hətta manufaktura 
mərhələsinə belə yüksələ bilməmişdi. 
1883-cü il mayın 8-də Bakı - Tiflis dəmir yolu xətti işə salınmışdı. 514 
verst (Iverst 1 kilometrdən bir az çoxdur) uzunluğunda olan bu yol Bakını Tiflis 
və Qara dəniz sahilindəki Batum şəhəri ilə birləşdirirdi. 1900-cü ildə Biləcəri - 
Dərbənd - Petrovsk (Mahaçqala) dəmir yolu xəttinin işə salınması ilə Cənubi 
Qafqaz dəmir yolu Ümumrusiya dəmir yoluna birləşdirilmişdi. Dəmir yollarının 
çəkilməsi ayrı-ayrı şəhər və məntəqələrin kapitalist sənayesi və ticarəti 
mərkəzinə çevrilməsinə, deıxili bazarın daha da genişlənməsinə və xarici 
ticarətin inkişafına güclü təsir göstərmişdi. 
1899-
cu ilin məlumatına görə, dənizdə neft daşıyan 345 gəmidən 133- 
ü buxarla hərəkət edirdi. 1898-ci ilin əvvəllərində Rusiyanın bütün dəniz 
donanmasının ümumi yükdaşıma dövriyyəsinin 40%-dən çoxu Xəzər dəniz 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin