Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə133/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   129   130   131   132   133   134   135   136   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Ədəbiyyat
XIX əsrdə Azərbaycan ədəbiyyatı özünün yeni inkişaf 
mərhələsinə daxil oldu. Azərbaycan ədəbiyyatı öz Şərq köklərini və milli 
ənənələrini 
saxlamaqla, 
ümumdünya 
ədəbi 
cərəyanına 
qoşuldu. 
Dramaturgiyanın, ədəbi tənqidin, publisistika və ictimai məzmunlu satiramn 
milli ədəbiyyata gəlməsi bu dövrdə ədəbiyyatımızın inkişafının yeni 
xüsusiyyətləri sayıla bilər. Ağır rus müstəmləkəçiliyi şəraitində ədəbi)^atımızda 
xalqımızın həm tarixi keçmişinə, həm də mövcud vəziyyətinə maraq xeyli 
güclənmişdi. Ədəbiyyatda xalq, vətən, millət anlayışları ön plana çıxmağa 
başlamışdı. M.Lermontovun «Asiyanın fransızcası» adlandırdığı Azərbaycan 
türkcəsi bütün Qafqazda əsas ünsiyyət vasitəsi rolunu qoruyub saxlamışdı. Bu 
dövrdə Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri Qasım 
bəy Zakir (1784 - 1857) idi. Rusiyamn məqsədyönlü şəkildə xalqımızla bağlı 
218 


milli nə varsa, onu məhv etmək siyasəti tarixi torpaqlarımızın, xüsusən 
Qarabağın erməniləşdirilməsi, rus bürokratik idarə orqanlarının Azərbaycana 
gətirdiyi rüşvətxorluq və hər cürə mənəviyyatsızlıq Q.B.Zakirin satirik şerinin 
əsas hədəfləri idi. Vətənimizin yadellilər tərəfindən soyulub - talanmasına ürəyi 
dözməyib üsyan edən şair yazırdı: 
«Vilayəti viran eylədi, yaxşı 
Bir qafili - piyan, bir maili - kart». 
Qasım bəy Zakirə görə, Rusiyanın Azərbaycana gətirdiyi 
bədbəxtliklərin əsas səbəbini ölkəmizin idarəsinin əyyaş və qumarbaz rus 
məmurlarına tapşırılmasında axtarmaq lazımdır. 
XIX əsr Azərbaycan poeziyasının digər görkəmli nümayəndəsi Seyid 
Əzim Şirvani (1835 - 1888) idi. Seyid Əzim poeziyasında da rus müstəmləkə 
rejiminin Azərbaycan cəmiyyətinə gətirdiyi eybəcərliklər kəskin şəkildə tənqid 
olunur, xalqı gerilikdən və cəhalətdən xilas etməyin əsas yolu kimi maarifçilik 
ön plana çəkilirdi. 
XIX əsr Azərbaycan poeziyasının daha bir görkəmli nümayəndəsi 
Mirzə Şəfi Vazeh (1792 - 1852) idi. XIX əsrin 40-cı illərinin sonunda Tiflisə 
gələrək Mirzə Şəfidən Şərq poeziyasını öyrənən Alman alimi Fridrix Bodenşted 
müəlliminin şerlərini alman dilinə tərcümə edərək 1851-ci ildə «Mirzə Şəfi 
nəğmələri)) adı altında bir kitab şəklində nəşr etdirmişdi. Almaniyada dəfələrlə 
nəşr olunan bu kitab tez bir zamanda demək olar ki, bütün Avropa dillərində, o 
cümlədən rus dilində çap olunur. Maraqlıdır ki. Mirzə Şəfinin əsərlərinin belə 
şöhrət qazanması onu Avropada təbliğ edən F.Bodenşteddə həsəd hissini o qədər 
gücləndirir ki, müəlliflik iddiasına düşür, şerlərin əsil müəllifinin onun özü 
olduğunu iddia etməyə başlayır, 
XIX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi, heç 
şübhəsiz Mirzə Fətəli Axundovdur (1812 - 1878). Nəinki Azərbaycan milli 
dramaturgiyasının, ümumiyyətlə müsəlman, türk dünyasında dramaturgiyanın 
banisi sayılan Mirzə Fətəli Axundov 1850 - 1855-ci illər arasında bu sahədə 
klassik nümunələr olan altı ölməz komediya yaratmışdır. Məhz onun bu əsərləri 
Azərbaycanın mədəni həyatında yeni bir hadisə olan Avropa tipli teatrın 
yaranmasına gətirib çıxartmışdır. «Şərqli Qoqob) adlandırılan M.F.Axundov 
əsərlərində millətimizin inkişafına mane olan nə varsa, onu kəskin şəkildə tənqid 
etməklə milli şüurumuzun oyanmasında öz əvəzsiz xidmətini göstərirdi. 
1860 - 1865-ci illərdə yazdığı məşhur «Kəmalüddövlə məktubları)) və 
digər fəlsəfi əsərləri M.F.Axundovun tam demokratik, maarifçi bir dünyagörüşə 
malik olduğunu açıb göstərir. Mirzə Fətəli Axundov bir nəfərin və yaxud bir 
sülalənin hamının və bütöv xalqların üzərində ağalıq etdiyi despotik 
hakimiyyətin və mütləq monarxiya üsul - idarəsinin qəti əleyhdarı olub, 
parlamentli, yəni seçkili-demokratik idarə formasının tərəfdarı kimi çıxış edirdi. 
Mirzə Fətəli Axundov «Müsyö Jordan və Dərviş Məstəli şah)) əsərində Fransada 
baş vermiş 1848-ci il inqilabının təsirindən gec - tez 
219 


digər şəhərlərin də obrazlı şəkildə «xarab olacağını», yəni dağılacağını 
bildirməklə, heç şübhəsiz ki, çar üsul-idarəsinin mərkəzi olan Peterburqu 
nəzərdə tuturdu. Özünün məşhur «Hacı Qara» komediyasında isə çar 
müstəmləkə orqanları tərəfindən müsəlman türklərinə qarşı aparılan siyasətdə 
ermənilərin və erməni məmurlarının bir alət olduğunu bədii obrazlar şəklində 
açıb göstərmişdir. 
Mirzə Fətəli Axundov 1857-ci ildən etibarən türk dünyasında əlifba 
islahatı məsələsini irəli sürən ilk ziyalı hesab olunur. Bu məqsədlə Osmanlı 
dövlətinə öz layihəsini təklif etsə də, qəbul olunmamışdı. 1876-cı ildə Tiflisdə 
Qori Müəllimlər Seminariyasının türk-tatar bölməsinin açılması uğrun- da 
mübarizəyə başlamış və onun bu arzusu ölümündən bir il sonra - 1879-cu ildə 
gerçəkləşmişdi. 
IX FƏSİL. AZƏRBAYCAN XX ƏSRİN İLK ONİLLİKLƏRİNDƏ § 29. 
XX əsrin əvvəllərində Şimali Azərbaycanda iqtisadi vəziyyət 
Sənaye.
XX əsrin əvvəllərində Şimali Azərbaycan Rusiya imperiyasının 
müstəmləkəsi olaraq qalırdı və ölkəmizin iqtisadiyyatı Rusiya sənayesinin 
xammal və yanacaq tələbatının ödənilməsi məqsədinə tabe edilmişdi. Artıq 
Bakı şəhəri nəinki Rusiyanın, bütün dünyanın neft sənayesi mərkəzinə 
çevrilmişdi. Ümumiyyətlə, Azərbaycanın neft sənayesi inkişaf sürətinə və 
məhsul istehsalına görə 1901-ci ildə dünyada birinci yerə çıxmışdı. Həmin ildə 
dünyada istehsal olunan neftin yarısından çoxunu (671,2 milyon pud) və 
Rusiyada istehsal olunan neftin isə demək olar ki, hamısını Şimali Azərbaycan 
verirdi. 
1900 - 1903-cü illərdə dünyada baş vermiş iqtisadi böhran 
Azərbaycanın neft sənayesinə, neftlə bağlı olan digər istehsal sahələrinə və dağ - 
mədən sənayesinə mənfi təsir göstərmişdi. Neft hasilatı və emalı kəskin şəkildə 
aşağı düşmüşdü. Böhranla bağlı olaraq xırda və orta müəssisələrin iflasa 
uğraması 
neft 
sənayesində 
istehsalın 
təmərküzləşməsi 
prosesini 
sürətləndirmişdi. Belə ki, Bakıda çıxarılan neftin 50 %-i 6 nəhəng neft şirkətinin 
payına düşürdü. "Nobel qardaşlan birliyi", Mantaşov və Rotşildin nəzarət 
etdikləri 3 neft şirkəti 1901-ci il məlumatlanna görə, Bakıda istehsal olunan 
neftin 25%-nə, ixrac olunan ağ neftin 40%-nə, Rusiyaya göndərilən neft 
məhsullannm 70%-nə nəzarət edirdi. 1904-cü il məlumatına görə İngiltərə ağ 
neftə olan tələbatının 47,1 %-ni, Fransa isə 71,1%-ni Bakının hesabına ödəyirdi. 
Hətta böhran dövründə də iri neft şirkətləri neftin ixracını daha da artıraraq neft 
satışından böyük gəlir götürürdülər. 1902 - 1904-cü illərdə "Nobel qardaşları" 
şirkəti 9,3 milyon manat, "Bakı Neft Cəmiyyəti" isə 1 milyon manatdan çox 
xalis gəlir əldə etmişdi. 
1910-cu ildən Rusiyada başlayan sənaye yüksəlişi dövründə də Ba 
220 


kıda neft istehsalını sabitləşdirmək mümkün olmadı. Belə ki, 1913-cü ildə cəmi 
468 milyon pud neft çıxarılmışdı ki, bu da 1901-ci ildəkindən 200 milyon pud 
az idi. Ümumiyyətlə, XX əsrin əvvəllərində inkişaf etmiş kapitalist ölkələrinin 
neft sənayesində dərin nasoslar, kompressorlar, elektrik matorları və 
daxiliyanma mühərrikləri kimi 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin