Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə134/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   130   131   132   133   134   135   136   137   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

müasir texnika 
geniş şəkildə tətbiq olunduğu 
halda, 1913 - 1914- cü illərdə Bakıda neftin 4/5 hissəsi artıq öz dövrünü 
keçirmiş buxar mühərrikləri ilə çıxarılırdı. İri neft şirkətləri isə süni neft qıtlığı 
şəraitində qiymətləri 2-8 dəfə qaldıraraq böyük qazanc götürürdülər. 
Böhran əlvan metallurgiya sənayesinə də ciddi təsir göstərmişdi. 1900 - 
1903-cü illərdə 
mis filizi çıxarılması 
3,9 milyon puddan 3,2 milyon puda 
enmişdi. Üstəlik 1906-cı ildə Moskvada missaflaşdırma zavodu tikildiyindən 
Qalakənd zavodu 
bağlanmışdı. Alman “Simens qardaşları” şirkətinə məxsus 
Gədəbəy mis mədənlərində 
almazla qazma üsulu tətbiq olunmuşdu. 1902-ci 
ildə həmin mədənlərdən mis çıxarılmasında elektrik eneıjisi ağır əl əməyini 
əvəz etmiş. Qalakənd çayı üzərində ikiturbinli 
elektrik stansiyası 
tikilmişdi. 
1900-cü ildə "Simens qardaşları " və "Voqau" şirkətləri arasında mis 
satışı üzrə bağlanmış müqavilədən sonra Şimali Azərbaycanın 
əlvan 
metallurgiya sənayesində 
inhisarlaşma prosesi başlanmışdı. Gədəbəy mis 
zavodu 1907- ci ildə yaradılan Rusiya "Mis" sindiqatmm tərkibinə daxil edilmiş 
və 1917-ci ilədək bu inhisarın nəzarətində qalmışdı. Burada əridilmiş misin 
böyük hissəsi Rusiyanın zavodlarına satılmışdı. "Simens qardaşlan" şirkəti 
Daşkəsəndə istehsal etdiyi bütün kobaltı Almaniya, İsveç, Norveç və başqa 
ölkələrə ixrac edirdi. İqtisadi böhran yüngül və yeyinti sənaye sahələrinə elə də 
ciddi təsir göstərməmişdi. Məsələn, təkcə 
xam ipək istehsalı 
1900 - 1915- ci 
illər arasmda 13 dəfədən çox, 
balıq istehsalı 
isə 8-10 dəfədən çox artmışdı. 
Azərbaycanın 
pambıqtəmizləmə sənayesinə 
məxsus 100-dən çox 
zavodda hər il orta hesabla 1,5-2 milyon puddan çox mahlıc istehsal edilirdi. 
Ümumiyyətlə, 1914-cü ildə 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin