Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə137/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   133   134   135   136   137   138   139   140   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

1912 - 1913-cü illər aqrar qanunları 
ləng həyata keçirilirdi və 
sahibkar kəndlilərini faktiki olaraq dövlətə borclu vəziyyətinə salmışdı. Buna 
baxmayaraq, Azərbaycan kəndində qolçomaq və kəndli fermer təsərrüfat- 
224 


larinin yaradılması üçün müəyyən iqtisadi şərait təmin olunmuşdu. Nəticədə 
kənddə ictimai təbəqələşmə güclənmiş və kapitalizmin inkişafı sürətlənmişdi. 
§ 30. XX əsrin əvvəllərində Azərbaycanda ictimai - siyasi vəziyyət. 
Milli - azadlıq hərəkatının yeni mərhələsinin başlanması 
Şimali Azərbaycanda sosial və milli əsarətə qarşı mübarizənin başlanması. Bakı 
tətilləri 
XX
əsrin əvvəllərində Rusiyanın Şimali Azərbaycanda həyata keçirdiyi 
milli və dini ayrı - seçkilik siyasətindən xalqımızın bütün təbəqələri - kəndlilər, 
fəhlələr, ziyalılar və milli burjuaziyanın nümayəndələri narazı idi. Xristian 
dininə mənsub olduqlarına görə gürcü və ermənilər Cənubi Qafqazda daha 
üstün və imtiyazlı vəziyyətdə idilər. Onlar sərbəst şəkildə kilsə və məktəblər 
açır, qəzet buraxırdılar. Azərbaycanlıların isə ana dilində bir məktəb və yaxud 
bir qəzet, jurnal açmasına hökümət tərəfindən çox ciddi maneələr törədilirdi. 
Şimali Azərbaycanda milli şüurun oyadılmasına yönələn istənilən addım rəsmi 
orqanlar tərəfindən qadağalarla qarşılaşırdı. Ziyalıların ana dilində qəzet 
buraxmağa icazə məktubuna Peterburqdan belə cavab göndərilmişdi: "Ziyalılar 
qəzeti rusca oxusunlar, qalanları isə qoy gedib qoyımlarım otarsınlar". 
Rusiya höküməti çox zəngin təbii sərvətlərimizdən öz mənafeyi üçün 
istifadə edir və Azərbaycanın strateji xammal ehtiyatları hesabına Rusiya 
sənayesi inkişaf etdirilirdi. Bununla kifayətlənməyən rus müstəmləkəçiləri 
dünyanın sənayecə inkişaf etmiş nəhəng dövlətlərinin Azərbaycanın neft, dağ - 
mədən, biyan kökü və digər istehsal sahələrinə kapital qoyuluşundan da böyük 
gəlir götürürdülər. Rusiya ilə yanaşı, İsveç, İngiltərə, Fransa, Almaniya kimi o 
dövrün qabaqcıl dövlətlərinin dünyaca məşhur şirkətləri Azərbaycamn 
sərvətləri hesabına böyük gəlir götürür, öz ölkələrinin və xalqlarımn rifahını 
təmin edirdilər. Azərbaycanın zəngin sərvətlərindən tək bir faydalanmayan 
onun əsil sahibi olan Azərbaycan xalqı idi. Bir mənbədə deyildiyi kimi, "nefti 
ilə bütün dünyanı işığa boyayan, özü isə qaranlığa qərq olan Bakı şəhərim 
mənim". Azərbaycanın və onun əsas sənaye mərkəzi olan Bakı şəhərinin 
müəssisələrində, neft mədənlərində, emal zavodlannda çalışan fəhlələrin iş 
günü uzun (10 - 14 saat), əmək haqqısı isə çox aşağı idi. Fəhlələrin iş və mənzil 
şəraiti isə dözülməzliyi ilə seçilirdi. Adi sanitariya və təhlükəsizlik qaydalanna 
əməl olunmurdu. Neft mədənlərində hər yeni quyunun qazılması 10-dan çox 
insanın ölümü və ya ömürlük şikəst olması ilə nəticələnirdi. Şikəst və xəstələrin 
taleyi isə nə höküməti, nə də sahibkarları maraqlandırmırdı. Tibbi və sosial 
siğortadan isə danışmağa dəyməzdi. 
XX əsrin əvvəllərində Azərbaycanın, xüsusilə Bakının sənaye 
müəssisələrində Rusiyadan və Cənubi Azərbaycandan gəlmiş 10 minlərlə fəhlə 
çalışırdı. Rus fəhlələrinin çoxu tətil hərəkatı təcrübəsinə malik idilər. 
225 


XX əsrin əvvəllərində Azərbaycanda və xüsusilə, Bakıda ayn-ayn 
sənaye sahələrinin fəhlələri ağır sosial - iqtisadi vəziyyətdən çıxış yolunu 
hökümət və sahibkarlara qarşı nümayiş və tətillərə başlamaqda görürdülər. 
1902-ci ildə Bakıda baş vermiş ilk açıq nümayiş hətta siyasi xarakter almışdı. 
Nümayişçilər "Rədd olsun mütləqiyyət!" və "Yaşasın azadlıq!" şüarları 
söyləmişdilər. 1903- cü il iyulun 1-də Bibiheybətdə mexaniki emalatxana 
fəhlələrinin başladığı tətilə iyulun 4-də Bakı şəhərinin bütün rayonlarının 
fəhlələri və dəmiryolçular da qoşulmuşdular. Neft maqnatlarının "Fəhlə 
höküməti" adlandırdığı Tətil Komitəsinin hazırladığı tələbnamədə 8 saatlıq iş 
günü, əmək haqqının artıniması, fəhlələrlə nəzakətli rəftar edilməsi və s. kimi 
çox ciddi tələblər var idi, Tətilçilərin sayının 45 - 50 min nəfərə çatması və 42 
şirkətin fəhlələrini əhatə etməsi sahibkarları və höküməti bərk qorxuya salnuşdı. 
Hökümət ordunun köməyilə tətil hərəkatını 1903-cü il iyulun 22- də 
qəddarcasına yatu*a bilmişdi. Bu fakt göstərir ki, Azərbaycanda istər fəhlə tətili, 
istərsə də kəndli çıxışı olsım - istənilən hərəkat rus müstəmləkə əsarətinə qarşı 
çevrilərək milli-azadlıq xarakteri alırdı. İyul ümumi tətili Rusiyada böyük əks - 
səda doğurmuşdu. Bir çar məmurunun "Bakı elektrik zənginin düyməsinə 
bənzəyir, bu düyməni basan kimi, bütün Rusiyanı həyəcan bürüyür" - sözləri 
bunu bir daha təsdiq edir. 
1904-
cü il dekabnn 13-də Balaxanı mədənlərində başlayıb, digər 
mədənləri və emal müəssisələrini əhatə edərək ümumbakı xarakteri alan tətildə 
iştirak edənlərin sayı qısa müddətdə 50 min nəfəri keçdi, aldı. Tətil Komitəsinin 
hazırlayıb sahibkarlara təqdim etdikləri tələbnamə 34 bənddən ibarət idi. 
Tələblərin çoxu sosial - iqtisadi səciyyə daşısa da, siyasi tələblər də az deyildi: 8 
saatlıq iş günü, əmək haqqının 25 - 30% artırılması, 1 may günü işin 
dayandırılması, söz, mətbuat, yığıncaq və ittifaqlar təşkil etmək azadlığının 
verilməsi, həftədə bir gün istirahət, əmək haqqı saxlanılmaqla ildə bir dəfə 
məzuniyyət verilməsi, gecə növbəsinin ləğvi, mübahisəli məsələlərin həlli üçün 
sənayeçilərin və fəhlələrin nümayəndələrindən ibarət mədən məhkəmələrinin 
təşkili və s. 
15 nəfərdən ibarət komissiya yaradan neft maqnatları siyasi tələbləri 
rədd etdilər. Komissiya bəzi iqtisadi tələblərlə razılaşdığını və qəbul ediləcək 
tələblərin yalnız neft sənayesi fəhlələrinə aid olacağını bildirdi. Belə cavabdan 
narazı qalan fəhlələr hərbi vəziyyətə, polis və kazak hücumlarına məhəl 
qoymadan tətili davam etdirdilər. Dekabrın 23-də Balaxanıda polislə 
toqquşmada 15 nəfər fəhlənin öldürülməsi, hökümət xəfiyyələrinin dekabrın 
25-dən 3O-dək 225 buruğu yandıraraq bunun təqsirini fəhlələrin boynuna 
atması da tətilçiləri geri çəkilməyə vadar edə bilmədi. 1904-cü il dekabrın 30- da 
neft sənayeçiləri ilə fəhlələrin nümayəndələri arasında müştərək müqavilə 
bağlandı. Bu sənəd nəinki Azərbaycanın, bütün Rusiyanın tarixində ilk kollektiv 
əmək müqaviləsi hesab edilir. Fəhlələr isə bu hüquqi sənədi "Mazut 
konstitusiyası" adlandırırdılar. Məğlub olmuş sahibkarlar fəhlələrin 9 saatlıq iş 
günü, həftədə bir dəfə istirahət günü, ildə bir dəfə məzuniyyət 
226 


verilməsi, əmək haqqının 20 - 25% artırılması, xəstəliyə görə iki ay məzuniyyət 
verilməsi, mədən - zavod komissiyalarının yaradılması. Cənubi Azərbaycandan 
gələn işçilərlə yerli fəhlələr arasında qeyri - bərabərliyin aradan qaldıniması 
kimi çox mühüm sosial - iqtisadi tələblərini yerinə yetirməyə məcbur oldular. 
Müqavilə yalmz neft sənayesi fəhlələrinə aid olduğundan mexaniki istehsal 
sahələrində çalışan fəhlələr 17 maddədən ibarət tələblə tətili davam etdirərək 
1905-ci ilin yanvar ayında müştərək müqavilə bağlanmasına nail oldular. 
Azərbaycanlı fəhlələrin və onların liderlərinin fəal şəkildə iştirak etdiyi 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin