Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə140/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   136   137   138   139   140   141   142   143   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Milli partivalarm varaddmasi.
Şimali Azərbaycanda başlayan milli - 
azadlıq hərəkatının genişlənməsi yolunda çar hökümətinin yaratdığı əsas 
maneələrdən biri "erməni-müsəlman davası" oldu. Hökümət millətlərarası 
ədavəti qızışdırmaqla xalqımızın önündə gedən milli qüvvələri əsas 
hədəflərindən yayındırmağa çalışırdı. Lakin Azərbaycanın milli - demokratik 
qüvvələri çarizmin milli qırğın siyasətinin əsil məqsədini aydın şəkildə başa 
düşür və bu siyasətin gətirdiyi bəlalardan xalqımızı xilas etmək üçün bütün 
gücünü və imkanlanm səfərbər etməyə çalışırdı. Milli hərəkatın liderləri və 
görkəmli ziyalılarımız Əhməd bəy Ağayev, Ə.Topçubaşov, Ü.Hacıbəyov, 
C.Məmmədquluzadə, M.Ə.Sabir və başqaları hər iki xalqı bu amansız ədavətə 
son qoymağa çağırır, çar hökümətinin milli ədavət siyasətini ifşa edirdilər. 
Hərəkatın liderləri tək Azərbaycan xalqımn deyil, "xalqlar həbsxanası" 
adlandınlan Rusiya imperiyasındakı əzilən bütün xalqlann, xüsusilə 
müsəlmanların milli və siyasi hüquqlar qazanması uğrunda çətin mübarizəyə 
başlamışdılar. 1905-ci ildə Rusiyanın türk xalqlarının milli burjuaziyası və 
qabaqcıl ziyalıları imperiyaya qarşı birgə mübarizəni təşkil etmək üçün ümumi 
siyasi partiyanın yaradılmasını əsas vəzifə kimi irəli sürmüşdülər. Rusiyanın 
müsəlman burjuaziyası və onunla birləşməyə çalışan Azərbaycan 
buijuaziyasının birgə səyləri ilə 1905-ci ildə Rusiya müsəlmanlannm "İttifaqı - 
müslimin" adlanan siyasi təşkilatı yaradıldı. Azərbaycandan Əlimərdan bəy 
Topçubaşov, Krım və Kazan tatarlarının burjua ziyalıları Əbdürrəşid 
İbrahimov, Yusif Akçura və İsmayıl Qaspiralmm birgə səyləri nəticəsində 
1905-ci il avqustun 15-də "İttifaqi - müslimin" (Müsəlman İttifaqının) təsis 
qurultayı keçirildi. "Dildə, fikirdə və əməldə birlik" şüarımn müəllifi İ.Qas- 
piralı qurultayın sədri seçildi. Qurultayda müsəlman burjuaziyasının hüquq- 
230 


larinin rus burjuaziyasının hüquqları ilə bərabərləşdirilməsi, müsəlmanlann 
hüquq bərabərsizliyinin aradan qaldırılması, onların doğma ana dilində 
məktəblərin açılması və kitab - qəzetlərin nəşr edilməsi kimi çox mühüm 
tələblər irəli sürülmüşdü. 
"İttifaqi - müslimin" təşkilatının 1906-cı il yanvar ayımn 13 - 23-də 
Peterburqda keçirilən II qurultayında İttifaqın Nizamnaməsi qəbul edilmişdi. 
Rusiya müsəlmanlarının 1906-cı il avqustun 16 - 21-də Nijni - 
Novqorodda keçirilən III qurultayına görkəmli ziyalımız Əlimərdan bəy 
Topçubaşov sədrlik etmişdi. Qurultayda İttifaqın Ə.Topçubaşov tərəfindən 
hazırlanmış Proqramı qəbul olundu. Qurultayda Rusiyada Konstitusiyalı 
monarxiya yaradılması, müsəlman xalqlarma milli - mədəni muxtariyyət 
verilməsi, xüsusi mülkiyyətin toxunulmaz elan edilməsi, mülkədar kəndlilərinə 
əvəzi ödənilməklə torpaq verilməsi, müsəlman ruhanilərinin hüquqlannın rus 
pro- vaslav din xadimləri ilə bərabərləşdirilməsi, yeni tipli məktəblərin açılması, 
icbari ibtidai təhsilə keçilməsi və digər məsələlər müzakirə olunaraq müvafiq 
qərarlar qəbul edildi. Partiyanın III qurultayında onun Mərkəzi Komitəsi seçildi. 
Komitənin daimi yeri Bakı şəhəri müəyyən edilmişdi. 
Azərbaycan milli - azadlıq hərəkatımn önündə gedən Ə.Topçubaşov öz 
qabaqcıl ideyalan və qurultaylardakı səmərəli fəaliyyəti nəticəsində qısa 
müddətdə artıq bütün Rusiya müsəlmanlarının liderinə çevrilmişdi. O, 
Rusiyanın türk xalqlarını nəinki dini birlik, hətta milli birlik ideyası ətrafında 
birləşdirmək üçün əlindən gələni əsirgəmirdi. 
Şimali Azərbaycanda siyasi təşkilatlann yaradılmasına hələ XX əsrin 
əvvəllərində başlamışdı, tik belə təşkilat 1902-ci ildə 17 yaşlı gənc Məmməd 
Əmin Rəsulzadə tərəfindən yaradılmış "Müsəlman gənclik təşkilatı" oldu. Gizli 
fəaliyyət göstərən bu təşkilatın əsas məqsədi Rusiyanın müstəmləkə siyasətinə 
qarşı mübarizə aparmaqdan ibarət idi. Bir qədər sonra Azərbaycan ziyalılarının 
bir qrupu Məmməd Əmin Rəsulzadə başda olmaqla, 1904-cü ilin oktyabnnda 
müsəlman dünyasında ilk sosial - demokrat təmayüllü "Hümmət" (Güc) 
təşkilatını yaratdı. Özlərinin əsas sosial bazasmı qeyri-azərbay- canlılarm (rus, 
erməni və s.) timsalında görən Bakı bolşeviklərindən fərqli olaraq, hümmətçilər 
Bakı şəhər fəhlələrinin ən azı yansını təşkil edən azərbaycanlılar arasında 
inqilabi və siyasi iş aparmağı qarşılarına məqsəd qoymuşdular. “Hümmət” 
təşkilatı bu sahədə mühüm rol oynadı. Lakin M.Ə.Rəsulzadə 1908-ci ildən 
Rusiya imperiyasının saxlamiması şərtləri daxilində millətindən asılı olmayaraq 
bütün fəhlələrin sosial - iqtisadi hüquqlan uğrunda mübarizəni əsas məqsədi 
elan edən bolşeviklərin təsirinin gücləndiyi “Hümmət” təşkilatından və sosial 
demokratiya ideyalarından uzaqlaşmağa başladı. Çünki Məmməd Əmini və 
onun ideya dostlanm ilk növbədə Azərbaycan xalqının milli-azadlıq uğrunda 
mübarizəsi və istiqlaliyyəti maraqlandırırdı. 
Şimali Azərbaycanda sırf milli partiyanın yaradılması prosesi 
Gəncədən başladı. 1905-ci ilin yayında Gəncədə yaradılmış "Qeyrət" təşkilatı 
231 


özünü "Türk sosialist, federalist inqilabçılar partiyası” elan edərək xalqımızı 
ümumi düşmənə - çarizmə qarşı mübarizəyə çağırırdı. "Qeyrət” partiyası 
Rusiyanın federativ dövlət quruluşunda Azərbaycana muxtariyyət verilməsi 
tələbini irəli sürən ilk siyasi təşkilatdır. 1912-ci ilədək fəaliyyət göstərmiş 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin