Cənubi Qafqazda müsəlman əhalinin xeyrinə islahatlar keçirilməsi
tələblərini əks etdirən petisiyaların - xahişnamələrin əhalinin adından
tərtib
edilərək Nazirlər Kabinetinə göndərilməsini də Ə.Topçubaşov təşkil edirdi.
1905-ci il aprelin 15-də H.Z.Tağıyevin sarayında keçirilən müşavirədə
Azərbaycan burjuaziyası və ziyalılarının nümayəndələri tərəfindən tərtib
olunub, Ş.Əsədullayev, Ə.Ağayev, Ə.Topçubaşov və başqalannm imzaladığı
ümumi petisiyada imperiyada yaradılacaq bütün məşvərətçi, qanunverici və
bütün digər nümayəndəli (yəni seçkili) idarə orqanlannda müsəlmanlann təmsil
olunması, müsəlmanlara aid qanunvericilik təşəbbüsü göstərmək, heç bir maneə
qoyulmadan onlara dövlət və ictimai vəzifələr tutmaq imkanı verilməsi,
şəxsiyyət və mülkiyyətin toxunulmazlığı, vicdan, söz, mətbuat, yığıncaq, ittifaq
azadlıqları, ana dilində ümumi, icbari və pulsuz
ibtidai təhsil hüququnun
verilməsi çar hökümətindən tələb olunmuşdu. 1905-ci il 15 aprel petisiyası
xalqımızın milli - azadlıq hərəkatının və cəmiyyətin demokratikcə- sinə yenidən
qurulması uğrunda mübarizəsinin ilk ümummilli proqramı sayıla biləcək tarixi
sənəddir.
1905 - 1906 -cı illər "erməni - müsəlman davası"
Şimali Azərbaycanda inqilabi - demokratik hərəkatın yüksəlişinin
qarşısım almaq üçün çar höküməti ağlasığmaz tədbirlərə əl ataraq Bakıda və
Cənubi Qafqazın müsəlman türkləri yaşayan bölgələrində milli qırğın siyasətini
həyata keçirməyə başladı. Bu siyasətdə əsas alət kimi Qafqazda türk və
müsəlman xalqlarına qarşı mübarizədə Rusiyaya öz sədaqətli xidmətlərini
dəfələrlə nümayiş etdirmiş ermənilərdən və onların terrorçu təşkilatlarından
istifadə edilirdi. Hələ 1887-ci ildə erməni millətçiləri tərəfindən Cenevrədə
yaradılmış Hnçak (Zəng) və 1890-cı ildə Tiflisdə yaradılmış "Daşnaksütun"
(İttifaq) partiyaları rus hökümətinin milli qırğın siyasətinin doğurduğu faciənin
miqyasımn genişlənməsində böyük rol oynadılar. XX əsrin əvvəllərində öz
fəaliyyətini Azərbaycana köçürən Daşnaksütunun, habelə Hnçakm Bakıda,
Şuşada, Gəncədə, İrəvanda şöbələri var idi. Daşnaklar Cənubi Qafqazın hər
yerindən və Osmanlı dövlətindən könüllü
erməni dəstələri gətirib
azərbaycanlılara qarşı silahlandırmışdılar. 1905-ci il məlumatına görə
bütövlükdə daşnak hərbi hissələrində 100 mindən artıq erməni əsgəri var idi.
Rus höküməti ermənilərin əli ilə ilk milli qırğını Bakıda təşkil etdi. 1905-ci il
fevralın 6-dan 10-na qədər Bakıda davam edən milli qırğın nəticəsində hər iki
tərəf mindən çox itki verdi. Ermənilərin qırğın törətməyə əvvəlcədən və daha
yaxşı hazırlaşsalar da, onlar da çoxlu itki verdilər. "Bakı qırğını" göstərdi ki, bu
qətliam rus höküməti tərəfindən hazırlanıb həyata keçirilmişdir. Rəsmi dövlət
orqanları müsəlman - türk əhalinin təhlükəsizliyinin təmin edilməsi haqqında
qətiyyən düşünmürdülər. Cəlil Məmmədquluzadə dövlətin ordu və polis
orqanlannın milli qırğını necə soyuqqanlılıqla seyr etməsini kəskin şəkildə ifşa
edərək "Molla Nəsrəddin" Jurnalında yazırdı: "Bu nə sirdir ki, erməni -
müsəlman davası düşən kimi hökümət əsgərləri elə şiddətli xəstəliyə
228
mübtəla olurlar ki, həkimlər onlann çölə (yəni küçəyə) çıxmalarım rəva
görmürlər".
Ermənilər qırğının miqyasını genişləndirərək Naxçıvanda, İrəvanda,
Cəbrayıl və Zəngəzur qəzalarında dinc Azərbaycan əhalisini qırmağa başladılar.
Heç
vaxt unutmaq olmaz ki, İrəvan azərbaycanlılanm ermənilərin törətdiyi
soyqınmdan xilas etmək üçün qonşu qəzalardan, Osmanlı dövlətindən və
Cənubi Azərbaycandan çoxlu sayda qan qardaşımız könüllü olaraq köməyə
gəlmiş, onlar çox böyük qəhrəmanlıqla vuruşaraq xalqımız və Vətənimiz
uğrunda şəhid olmuşdular.
1905-
ci ildə daşnak zabitlərinin başçılıq etdiyi 3 min erməni qulduru
Cəbrayıl qəzasının Qacar kəndinə hücuma keçmişdilər. Döyüşdə parlaq qələbə
çalan qacarlılar və köməyə gələn könüllülər çox az itki ilə 400 erməni quldurunu
məhv etmişdilər. 1905-ci ilin avqustun 16-dan 21-dək ermənilərin Şuşada
törətdikləri qırğınların qarşısım almaq üçün qəhrəmanlıqla döyüşə atılan
Azərbaycan türkləri yüzlərlə qulduru qanına qəltan etmişdi.
Şuşa hadisələri
zamanı ölkəmizin hər yerindən yardımlar gəlirdi. Mirzə Cəlilin arvadı Həmidə
xanım Cavanşir, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, Murtuza
Muxtarov və başqaları döyüş bölgələrinə çoxlu ərzaq və pul göndərirdilər.
1905-ci il avqust məğlubiyyətindən dərs almayan ermənilər
1906-
cı ilin iyulunda Şuşa və onun ətrafına 10 min nəfərdən ibarət
quldur dəstəsi toplayaraq Şuşadakı rus qoşununun başçısı general
V.N.Qoloşşapova on min manat rüşvət verərək rus topunun hər atəşinə əlavə
olaraq on beş manat pul da vəd etmişdilər. Müsəlmanlara qarşı qırğımn davam
etdiyi beş gün ərzində çoxlu azərbaycanlının evi V.N.Qoloşşapovun əmri ilə top
atəşi ilə dağıdılmış və yandırılmışdı. Birləşmiş erməni - rus hərbi qüvvələrinə
qarşı döyüşə atılan, onlardan qat-qat az olan və pis silahlanan Azərbaycan
döyüşçüləri düşməni rüsvayçılıqla qaçmağa məcbur etmişdi. Düşmən tərəfdən
500-dən
çox erməni öldürülmüş, 290 nəfər isə yaralanmışdı. Lakin hər yerdə
erməni vəhşiliklərinin qarşısım almaq mümkün olmurdu. Ermənilər öz
xislətlərinə uyğun olaraq azərbaycanlılann etibanndan, rəhmli və sözə inanan
olmasından istifadə edir, damşıqlara girərək bir kəndin sakinləri ilə sülh
bağlayır, digər kəndlərdə isə qətliam törədirdilər.
1906-
cı ilin avqustunda Zəngəzur qəzasının Oxçu kəndindən Ordubada
gedən azərbaycanlılar erməni quldurlannm mühasirəsinə düşmüşdülər. Molla
Həsən Əfəndi əlində
Quran düşməndən heç olmasa, uşaqlara, qocalara və
qadınlara qarşı rəhmli olmağı xahiş etdi. Lakin erməni başkəsənləri Quranı
mollanın əlindən alıb yandırdılar. Molla Həsəni isə tikə - tikə doğradılar.
Qaçmağa çalışan 62 qadının və 15 günahsız körpənin isə başını kəsərək
qəddarlıqla öldürdülər.
Qarabağın Xankəndi və Malıbəyli kəndlərində qan tökülməsinin
qarşısını almağa borclu olan rus kazaklannm gözü qarşısında bütün azərbaycanlı
qadın və uşaqlar qətlə yetirilmişdi. O dövrdə ABŞ-ın erməni icmasının
nəşrlərində İrəvan və Eçmiədzində milli qırğından əsas zərərçəkənlərin
229
azərbaycanlılar olduğu göstərilmişdir.
Məşhur ziyalımız Mir Möhsün Nəwabm "1905 - 1906-cı illərdə
erməni- müsəlman davası" əsərində qələmə aldığı bir səhnə adamı
dəhşətə
gətirir. Xaspolad adlı bir müsəlmanın Şuşa qalasının yaxınlığındakı un
dəyirmanına gələn erməni quldur dəstəsi böyük bir faciə törətdi. Quldurlar
əvvəlcə kişini vurub öldürdülər. Qucağında dörd aylıq körpəsi olan qadın
erməni cəlladlanna yalvardı ki, onu öldürsünlər, lakin körpə uşağına
toxunmasınlar. İki erməni bələyi açıb uşağı iki ayağından dartaraq parça - parça
etdi və iki yerə bölünmüş uşağı ananın üstünə atdı. Bu vəhşiliyə dözməyən ana
huşunu itirdi. Cəlladlar onu da qətlə yetirib, dəyirmanda olan unu, taxılı və
digər şeyləri qarət etdilər.
Erməni - müsəlman davası çox geniş əraziləri əhatə etmişdi: Bakı,
Naxçıvan, İrəvan, Tiflis, Şuşa, Gəncə, Qazax və s. Milli qırğından hər iki tərəf
ziyan çəkmişdi. Tam olmayan məlumatlara görə 158 Azərbaycan kəndi və 128
erməni yaşayan kənd yandırılaraq məhv edilmişdi.
Milli - azadlıq hərəkatının yüksəlişi
Dostları ilə paylaş: