1870-ci il 14 may aqrar islahatı yarımçıq qalmışdı. Kəndlilər sahibkarların asılılığından çıxsalar da,
müəyyən edilmiş normalar əsasında pay torpaqlarını satın alaraq öz
mülkiyyətlərinə çevirə bilməmişdilər. Şimali Azərbaycanda pay torpaqlarının
satın alınma qiyməti
Rusiyanın mərkəzi quberniyaları ilə müqayisədə məsələn,
Bakı quberniyası üzrə 8 dəfə, Yelizavetpol (Gəncə) quberniyası üzrə 17 dəfə baha idi. Buna görə də Azərbaycanın pay torpağını satın ala
bilməyən sahibkar kəndliləri artıq 40 il idi ki, islahatdan əvvəlki vergi və
mükəlləfiyyətləri sahibkara ödəməyə məcbur idilər. Bir sözlə, torpağını satın
alana qədər "müvəqqəti mükəlləfiyyətli" sayılırdılar. Hansı ki, Rusiyada
"müvəqqəti mükəlləfiyyətli" münasibətlər 1881-ci və 1886-cı illərdə ləğv
edilmişdi.
Rus
höküməti
Azərbaycanın
sahibkar
kəndində
kapitalist
münasibətlərinin, qolçomaq və kəndli fermer təsərrüfatlarımn yaradılması
yolunda əsas əngəl olan
torpaq məsələsini tam həll etmək üçün 1905-ci ildən
başladığı işi 1912-ci ildə tamamladı. Bu müddətdə hazırlanan qanun layihəsi III
Dövlət Dumasında müzakirə edildikdən sonra 1912-ci il dekabrın 20-də çar
tərəfindən imzalanaraq qüvvəyə mindi. 1912-ci il 20 dekabr tarixli "Cənubi
Qafqaz quberniyalarında torpaqların məcburi satın alınması haqqında" qanuna
görə Şimali Azərbaycanın sahibkar kəndliləri 1913-cü il yanvarın 1-dən
mükəlləfiyyət daşımaqdan azad edilirdi və onlann xüsusi mülkiyyəti elan
olunmuş pay torpağını satın almalı idilər. Kəndli yalnız torpaq Nizamnaməsində
göstərilən torpağı öz mülkiyyətinə keçirə bilərdi. Əkinçilik üçün yararsız olan
torpaqlar kəndlinin mülkiyyətinə pulsuz keçirdi. Pay torpaqlarında salınmış bağ
yerlərinin əvəzində pul ödənilmirdi. Kəndli çəmən, otlaq və meşə sahələrini
satın ala bilməzdi. Su arxları mülkədarlann xüsusi mülkiyyətində qalırdı.
Mülkədarlar torpaq üçün əvəz haqqını dövlət xəzinəsindən alırdılar. Kəndlilər
isə həmin pulu faizlə 28 - 56 il müddətinə dövlətə qaytarmalı idilər.
Başqa bir, 1913-cü il 7 iyul qanununa görə Zaqatala dairəsinin sahibkar
kəndliləri feodal asılılığından azad edilirdilər. Dövlətin bəy və keşgəl (torpaq)
sahiblərinə birdəfəlik ödədiyi 284 min manat pulu kəndlilər 20 ildə dövlət
xəzinəsinə qaytarmalı idilər.