Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə132/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   128   129   130   131   132   133   134   135   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Milli mətbuat
«Əkinçi»yə qədər Tiflisdə rus dilində çıxan bir neçə 
qəzetə Azərbaycan-türkcəsində vərəq şəklində edilmiş Əlavələri saymasaq, 
Azərbaycanda başqa heç bir milli qəzet çap olunmamışdır. Azərbaycan milli- 
azadlıq hərəkatının banilərindən biri olan Həsən bəy Zərdabi milli mətbuatımızı 
yaratmaq üçün üç il ərzində məqsədyönlü şəkildə fəaliyyət göstərmiş, 
İstanbulda olaraq ərəbcə mətbəə hürufatı (şriftləri) əldə etmiş, Tiflisdən və 
başqa şəhərlərdən mətbəə avadanlıqları alıb gətirmişdi. Uzun yazışmalardan 
sonra 1875-ci il iyunun 22-də ilk milli qəzetimiz olan «Əkinçi» qəzetinin birinci 
nömrəsini çap etdirə bilmişdi. 1875 - 1877-ci illər ərzində «Əkinçi» qəzetinin 56 
nömrəsi çapdan çıxmışdır. Ana dilində çap olunan «Əkinçi» qəzeti ilə 
Azərbaycan milli mətbuatının əsası qoyuldu. Hətta Qərb ölkələrində də tanınan 
«Əkinçi» qəzeti bütün Şərq dünyasında Avropa üslubunda nəşr olunmuş ilk 
mətbuat orqanı idi. 
Həsən bəy Zərdabi o dövrün görkəmli ziyalılarını qəzetin ətrafında 
birləşdirmişdi. Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani 
qəzetlə fəal əməkdaşlıq edirdilər. Mirzə Fətəli Axundov qəzetin çıxmasını 
alqışlamış və ona öz məqalələrini göndərmişdi. 
«Əkinçi» qəzeti mütərəqqi maarifçiliyi və demokratik ideyaları təbliğ 
etməklə yanaşı, xalqımızın milli şüurunu oyatmağa çalışır, ana dilinin saflığı 
uğrunda ardıcıl mübarizə aparırdı. 1877-ci ildə Rusiya - Osmanlı müharibəsinin 
başlanması ilə əlaqədar Rusiya hökuməti qəzetin gizli şəkildə Osmanlıya 
rəğbətlə yanaşmasını nəzərə alıb, «Əkinçi»nin səhifələrində siyasi məsələlərə 
toxunulmasını qadağan etmişdi. 1877-ci ilin sentyabrında isə qəzetin 
bağlanması haqqında fərman verildi. 
1879-cu ildə Tiflisdə Seyid Əfəndi Ünsizadənin redaktorluğu ilə «Ziya» 
adlı həftəlik qəzet çap olunmağa başladı. 1880-ci ildən qəzet «Ziyayi 
Qafqaziyyə» adlandırıldı. Azərbaycan dilində mətbəə üsulu ilə çap olunan bu 
qəzetin nəşri 1884-cü ilədək davam etdi. Seyid Ünsizadənin qardaşı Cəlal 
Ünsizadə Tiflisdə 1883-cü ildə türkcə ilk jurnal olan «Kəşkül»ün (ərəbcə 
«çanta» sözündən götürülüb, yəni həyatın hər sahəsindən məlumatları bir yerə 
toplayan deməkdir - Red.) nəşrinə başladı. 1884-cü ildə qəzetə çevrilən 
«Kəşkül»ün nəşri 1891-ci ilədək davam etmişdi. «Əkinçi»nin yolunu davam 
etdirən «Kəşkül» qəzeti demokratik və maarifçi ideyalan yaymaqla qalmır, milli 
və mədəni inkişafımızın yollanm da göstərməyə çalışırdı. Heç də təsadüfi deyil 
ki, «Azərbaycan milləti» adını da ilk dəfə 1890-cı ildə məhz bu qəzet işlətmişdi. 
Milli teatr*
1873-cü il martın 10-da Bakının realnı məktəbinin müəllimi 
Həsən bəy Zərdabi və onun şagirdi Nəcəf bəy Vəzirov tərəfindən Mirzə Fətəli 
Axundovun «Lənkəran xanının vəziri» pyesinin tamaşaya qoyulması 
Azərbaycamn mənəvi həyatında çox böyük hadisə oldu. Beləliklə, milli 
teatrımızın əsası qoyuldu. Bakı teatr həvəskarlan qrupunun peşəkar aktyorlar 
trup 
217 


pasına çevrilməsini görən görkəmli xeyriyyəçi, xalqımızın rifahı və tərəqqisi 
yolunda böyük xidmətlər göstərdiyinə görə «millət atası» adını qazanmış Hacı 
Zeynalabdin Tağıyev 1883-cü ildə Bakıda teatr üçün bina tikdirdi. 
XIX əsrin 70 - 90-cı illərində Bakı ilə yanaşı, Quba, Nuxa, Şuşa, 
Naxçıvan və İrəvanda da teatr tamaşaları göstərilirdi. 
1895-ci ildə "Bakı Artistlər Cəmiyyəti" adlı təşkilat yaradılmışdı. 
Musiau rəssamlıq və memarlıq,
XIX əsrdə Azərbaycanda aşıq musiqisi 
və muğam sənəti də inkişaf etməkdə idi. Aşıqlardan Molla Cümə, Aşıq Ələsgər 
nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da şöhrət qazanmışdılar. 
Azərbaycan muğam sənətinin Sadıqcan, Xarrat Qulu, Hacı Hüsü, Məşədi İsi, 
Cabbar Qaryağdıoğlu kimi nümayəndələrini nəinki Qafqazda, onun 
hüdudlarından kənarda da yaxşı tanıyırdılar. 
XIX əsrdə Azərbaycan rəssamlığında portret janrı inkişaf etmişdi. Bu 
sahədə aparıcı rəsam Mirzə Qədim İrəvani həmin əsrin 50-ci illərində İrəvan 
Xan sarayındakı Güzgülü salonun divar naxışlarının vurulmasında mühüm rol 
oynamış və «Cavan adam», «Oturmuş qadm», «Abbas Mirzə», «Şah Tələt» 
portretlərini çəkmişdir. 
Dövrün digər rəssamı Mir Mövsüm Nəwab (1833 - 1918) miniatür və 
illüstrasiyalarla yanaşı. Əmir Teymurun portretini yaratmışdır. 
Məşhur ustad Qəmbər Qarabağlı şagirdləri ilə birlikdə 1848 - 1851- ci 
ildə Şəki Xan sarayının divar rəsmlərini bərpa etmişdi. 
XIX əsrin şəhərsalma və memarlığında Qasım bəy Hacıbababəyov 
böyük rol oynamışdır. Bu məşhur memar Bakı şəhərinin mərkəzi meydanının 
tikintisini (indiki Fəvvarələr meydanı - Red.) həyata keçirtmişdir. Onun ən 
böyük tikililərindən biri də Böyük karvansara hesab olunur. 1898-ci ildə 
görkəmli memar İ.V.Qoslavskinin layihəsi əsasında H.Z.Tağıyevin xüsusi 
müsəlman qız məktəbinin inşasına başlanılmışdı. 
Yüzilliyin sonunda Bakı şəhərində əsil bina tikintisi yanşı gedirdi. Bakı 
sahibkarlan bir - birinin bəhsinə ən gözəl və dəbdəbəli memarlıq abidələri 
tikdirirdilər. Yeni binalarda milli və Avropa üslubları ustalıqla uzlaşdırılmışdı. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin