milli varlığımızı necə qoruyub saxla ya biləcəyimizin yollarını da göstərmişdir.
Bu böyük mütəfəkkirə görə bunlardan biri dil birliyi, digəri isə din birliyidir”.
Həsən bəy yazırdı ki, milli tərəqqi etmək istəyən hər xalq gərək iki şeyi bərk
saxlasın. Bunların biri
millətin dirəkləri olan dil, o biri isə dindir. Elə ki,
bunlardan biri əldən getdi, xalqın beli sınmış olur. İkincisi də gedəndə, xalq
qeyri-xalqlara qarışıb sürətlə yox olur.
§ 28. XIX əsrdə Azərbaycan
mədəniyyəti
XIX əsrin I yarısında rus müstəmləkəçiliyi şəraitində Şimali
Azərbaycanın mədəni həyatının bir çox sahələrində müəyyən irəliləyişlər olsa
da, XIX əsrin II yarısında mədəniyyətimizin inkişaf meylləri güclənmiş və bu
sahədə bir sıra mühüm yeniliklər baş vermişdi. Belə ki, yeni tipli məktəblər və
mədəni - maarif müəssisələri açılmış, Avropa tipli ali təhsil almış ilk
Azərbaycanlı ziyalı kadrları yetişmiş, milli mətbuatın və milli teatrın əsası
qoyulmuş, demokratik ruhlu ziyalılar Vətənimizin taleyi ilə bağlı məsələlərin
önə çəkilməsi və xalqımızın milli şüurunun oyadılması
sahəsində məqsədyönlü
şəkildə fəaliyyət göstərməyə başlamışdılar.
Maarif,
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra çar
hökumətinin mədəniyyət və maarif sahəsində siyasətinin əsas məqsədi bölgədə
öz imperiya maraqlarına uyğun gələn təhsil sistemini formalaşdırmaqdan,
əhalini ruslaşdırmaqdan və imperiyaya sədaqətli təbəələr yetişdirməkdən ibarət
idi. Çar məmuru Bibirşteyn yazırdı ki, bölgədə rus siyasətini elə həyata
keçirtməliyik ki, buradakı yerli əhali nəinki rus dilində danışsın, hətta rus
dilində düşünsün. Çar hökumətinin Azərbaycana gətirdiyi maarif sistemi silki
xarakter daşıyırdı. Varlılar və kasıbların uşaqları eyni məktəbdə oxumurdular.
Azərbaycanda xanlıqlar çağından qalma ibtidai məktəblər (yəni mollaxanalar),
orta məktəblər (yəni mədrəsələr) hələ də vəqf əmlakından gələn gəlir hesabına
fəaliyyət göstərirdi. 1842-ci il məlumatına görə,
Şimali Azərbaycanda
məscidlərin nəzdində 502 ibtidai məktəbdə 5 mindən çox şagird oxuyurdu.
Məsciddən kənar ibtidai məktəblər isə demək olar ki, hər kənddə var idi.
Bakının Qala hissəsində, hətta iki ibtidai qız məktəbində 25 şagird oxuyurdu.
Rus hökuməti Şimali Azərbaycanın sərvətlərini soyub talayaraq əldə etdiyi
gəlirlərdən milli məktəblərimizin fəaliyyətinə sərf etmək istəmirdi. Onu daha
çox bölgədə rus dilində məktəblər açılması maraqlandırırdı. 1829-cu ildə
verilmiş Əsasnamə ilə Şimali Azərbaycanda rus dövlət məktəblərinin açılması
nəzərdə tutulmuşdu. Belə məktəblərdə bölgədəki rus qoşunlarında qulluq edən
zabitlərin və inzibati idarə orqanlarının məmurlarının
uşaqlanna rus dilində
ibtidai təhsil verməklə, gələcəkdə diyann idarə olunması üçün kadrlar
hazırlanmalı idi. Çünki mərkəzi quberniyalardan
kadr dəvət etmək böyük
çətinlik törədirdi. 1829-cu il Əsasnaməsi ilə ilk qəza məktəbi I830-cu ildə
Şuşada, 1832-ci ildə Bakıda, 1833-cü ildə Nuxada, 1837-ci ildə Gəncədə,
1838-ci ildə Naxçıvanda və Şamaxıda açılmışdı.
Bu məktəblərdə təhsil rus
dilində olsa da, hazırlanacaq
214