donanmasının
payına düşürdü.
Kapitalist təsərrüfat sisteminin inkişafı rabitə vasitələrinin
yaradılmasını tələb edirdi. 1864-cü ildə Tiflisi Naxçıvanla, 1868-ci ildə isə
Bakı, Nuxa və Gəncə ilə birləşdirən
teleqraf xətləri
çəkilmişdi. 1879-cu ildə
Xəzər dənizinin dibi ilə
Bakı - Krasnovodsk teleqraf kabel xəttinin çəkilişi
başa çatdırılmışdı. 1886-cı ildə Bakı şəhərini əhatə edən
ilk mərkəzləşdirilmiş
telefon stansiyası
işə salınmışdı.
Kapitalist ticarətinin təşkilinin ali forması olan
birja
Cənubi Qafqazda
ilk dəfə Bakıda açılmışdı. Ticarət kapitalının təmərküzləşməsi nəticəsində bu
sahədə ilk inhisarlar da məhz Bakıda meydana çıxmışdı.
1873-cü ildə Azərbaycanda 1 milyon 272 min 520 nəfər əhali
yaşayırdısa, 1897-ci ildə bu rəqəm 1 milyon 890 min 126 nəfərə çataraq 1,5 dəfə
artmışdı. 1897-ci il Ümumrusiya əhali siyahıyaalınmasının materiallarına görə,
Azərbaycanın şəhər əhalisi bütün əhalinin 14,6%-ni təşkil edirdi. Rusiyanın
Avropa hissəsində bu göstərici 12,9% olmuşdu.
1897-ci il məlumatına görə,
Azərbaycanda əhalisinin sayı 100 min
nəfərdən çox olan yeganə şəhər Bakı
idi. 1859-cu ildə Bakı şəhərində cəmi
12,2 min nəfər əhali yaşayırdısa, 1897-ci ildə bu rəqəm 112 min nəfərə çataraq
10 dəfəyə yaxın artmışdı. Azərbaycanda əhalisinin sayı 30 min nəfərdən çox
olan yeganə şəhər isə
Gəncə
idi.
Nuxa, Şuşa və Şamaxı
şəhərlərinin hər
birində 1897-ci ildə 20 min nəfərdən çox əhali yaşayırdı. Quba, Salyan
şəhərlərinin hər birində 10 min nəfərdən çox, Lənkəran, Naxçıvan, Ordubad və
Zaqatala şəhərlərində isə 10 min nəfərə qədər əhali var idi.
Azərbaycan millətinin formalaşması
XIX əsrin II yarısında Şimali Azərbaycanın sosial - iqtisadi həyatında
baş vermiş burjua dəyişiklikləri
Dostları ilə paylaş: