iltizam sisteminin ləğv edilməsi haqqında 17 fevral 1872-ci il qanunu qəbul olunduqdan sonra neft yataqlan hərrac yolu
ilə, xüsusi adamlara uzun müddətə icarəyə verilməyə başlandı. 70-ci illərin
sonlarından neft sənayesinə xarici kapitalın axını başlamışdı. 1879-cu ildə
Bakıda İsveç təbəələri tərəfindən
'’Nobel qardaşları şirkəti"nin əsası
qoyulmuşdu. 80-ci illərdə
fransız kapitalını təmsil edən Rotşild, 90-cı illərdə
isə
ingilis kapitalının nümayəndəsi Vişau neft sənayesində müəyyən nüfiız
qazanmışdılar. Bakı neft sənayesində Azərbaycan kapitalının
Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqaları, rus
kapitalını V.Kokorev, P.Qubonin, S.Şibayev və başqalan təmsil edirdilər.
Bakıda 1873-cü ildə cəmi 12 neft şirkəti fəaliyyət göstərirdisə, 1899-cu ildə
bunların sayı 140-a çatmışdı.
Neft hasilatına iri kapital qoyuluşları, bu sahədə sənaye-texniki
çevrilişin baş verməsinə gətirib çıxartmışdı. 70-ci illərdə neft quyularının yeni
buruq və zərbə üsulları ilə qazılmasına başlanılmışdı. 1873-cü ildən qazma
işində əl əməyini
buxar mühərrikləri əvəz etməyə başladı. Bu texniki
yeniliklər
neft sənayesində manufaktura mərhələsinin
fabrik - zavod mərhələsi ilə əvəz olunması demək idi.
Mədənlərdən çıxarılan nefti neftayırma zavodlarına çatdırmaq üçün
buxar nasosları ilə işləyən
ilk neft kəmərinin çəkilişi 1878-ci ildə başa çatdı.
1879-cu ildən Bakı neftinin və neft məhsullarının Rusiyaya daşınması üçün
dünyada
ilk dəfə tanker tipli gəmilərdən istifadə olunmağa başlandı. “Nobel
qardaşları” şirkəti tərəfindən İsveçdə inşa edilmiş neft tankeri Bakı ilə Həştərxan
arasında hərəkətə başlamışdı. Mədənlərdən neft zavodlara qara fəhlələrin və
arabaçıların çox ağır zəhməti bahasına daşınırdı. 1880-ci ildə mədənləri
zavodlarla birlişdirən