Олигофренийанын тяснифаты



Yüklə 116,5 Kb.
səhifə1/2
tarix20.11.2023
ölçüsü116,5 Kb.
#162078
  1   2
movzu 8 Esitme sisteminde qusur olan usaqlar


Mövzu: 8. E Ş İ T M Ə S İ S T E M İ Q Ü SU R L U U Ş A Q L A R

P l a n:
1. Eşitmə sisemi qüsurlu uşaqlar haqqında məlumat.


2.Eşitmə patalogiyasının formaları.
3.Uşaqlarda eşitmə qüsurunun yaranma səbəbləri
. 4.Eşitmə sistemində qüsur olan uşaqların qruplara bölünməsi.
5.Xüsusi məktəblərdə təhsil alan eşitmə sistemində qüsur olan uşaqların nitq inkişafının xüsusiyyətləri və onların təlimi.
Ədəbiyyat:
Plan:1 Kar və zəif insanların psixi inkişafını və bu defektin təlim-təobiyə şəraitində kompensamiya imkanlarının öyrənən xüsusi psixologiyanın bölməsinə surdopsixologiya deyilir. Adətən karlız, yaxud zəif eşitmək nitqin inkişafının ləngiməsinə gətirib çıxarır. Nitqin inkişafında eşitmənin böyük rolu vardır. Surdopsixologiya karların lallara çevrilməsinin qarşısını almaq yollarını öyrənir.
Eşirmənin pozulması həm anadan gəlmə, həm də sonradan yarana bilər. Bildiyimiz kimi uşaq ətraf aləmi duyğular və qavrayışlar əsasında dərk edir. Ətraf aləmin dərk olunmasında eşitmə duyğysunun əhəmiyyətli rolu vardır. Uşaq biliklərin əksəriyyətini eşitmə duyğysy vasitəsilə alır. Bunun da əsasında ətrafdakılarla ünsüyyətdə olur, musiqiyə qulaq asır, radio-televiziya verilişlərinə qulaq asır və s. Əgər bu eşitmə duyğuları olmursa, uşağın ətraf aləmi dərk etməsi məhdudlanır.
Kar və ağır eşidən uşaqların əksəriyyətinin ağlı normada olur. Lakin bəzə hallarda məsələn: minengit, ensofalit xəslələiklərindən sonra eşitmə qabiliyyətini itirən uşaqlarda ağıldan kəmlik müşahidə olunur.
Eşitmə duyğuları səslərin iniksından ibarətdir.Eşitmə duyğularını dəyişən hava dalğalarının təsiri nəticəsində əmələ gəlir. Onlara təsir edən dalğa aşağı və yuxarı təziq kimi əlamətlər ilə xarakterizə olunur. Dalğaya xas olan bu cəhətlər səsin ucalığını, gurluğunu və tembini yaradır. Səsin 4calığı dalğanın tezliyi, gurluğunu dalğanın amplitudası, tembri isə dalğanın formasından asılıdır.
İnsan qulağı saniyədə 20-dən 20 000 qədər hersə bərabər olan səsləri eşidə bilir. Hers səsi əmələ gətirən dalğanın tezliyinin fiziki ölçü vahididir.
Plan: 2. Eşitmə patalogiyasının formaları.
Ağıq eşitməyə kipokuziya, lallığı isə anakuziya deyilir. Beynin gicgah hissəsinin zələnməsi zamanı eşitmə aqnoziyaları əmələ gəlir.Xəstəyə tanış olan müxtəlif səslər verirlər, o bu səsləri eşidir,hətta onları bir-birindən ayırır, lakin səs gələn tərəfi ayıra bilmir.(məsələn kağız xışıltısı, zəng səsi, pul cingiltisi və s.)
Sağ yarımkürənin gicgah hissəsi zədələnəndə, xəstə tanış adamları səslərini, nitq intonasiyalarını tanıya bilmir. O qadın səsi ilə kişi səsini, tanış musiqi alətlərinin səsini bir-birindən ayıra bilmir. (yalnız insana xas olan nitq mərkəzləri sol kürədə yerləşir. Ənsə payı – görmə funksiyasını idarə edir; təpə payı hərəkət və dəri duyğuları; gicgah payı eşitmə və dadbilmə duyğyları; alın payı- sürətli hərəkətlərin idarə olunmasında gzünü göstərir. Bədənin sağ tərəfinin vəzifəsi sol yarımkürə və sol yarımkürənin vəzifəsi isə sağ yarımkürə ilə idarə olunur. İnsanların əksəriyyətində sağ əl ilə işləmək böyük yer tutduğundan sol yarım kürə daha çox inkişaf etmişdir. Yalnız insana xas olan nitq sol kürədə yerləşir.)
Eşitmə analizatoru bişqa analizatorlar kimi 3 hissədən ibratdir:
1.Periferik hissə – qulaq seyvanından, başqa sözlə xarici qulaqdan, orta qulaqdan və daxili qulaqdan ibarətdir.
2.Ötürücü hissə – reseptorlprdpn və eşitmə sinirlərinlən ibarətdir.
3.Mərkəzi hissə isə uzunsov beyinin nüvələrindən, beyincikdən, orta beyindən ibarətdir.
İnsan qulağı eşidən səs 4 əsas fiziki parometrlərlə xarakterixə olunur;

  1. Səsin tezliyi - yüksəkliyi, alçaqlığı ( 20dən 20 000 hersə qədər diapazonda səslər eşidir.) Bu əlbəttə yaşdan asılıdır

  2. Səsin intensivliyi - (bərkliyi)

  3. Səsin müddəti – (uğultu, fit, siqnal)

  4. Səsin tembri – (tonu)

Əgər beynin hər hansı bir yarımkürəsi zədələnərsə bu karlığa gətirib çıxarmır. İnformasiya zədələnməyən yarımkürəyə gedir. Əgər orta qulaq, yaxud daxili qülaq və ya da eşitmə siniri və onun nüvəsi birtərəfli zədələnərsə, onda bir qulaq kar olur; Əgər 2 tərəfli orta qulaq ( baraban pərdəsi, eşitmə sümükləri) zədələnərsə, onda (bu zaman) insan ağır eşidir.



Yüklə 116,5 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin