Plan: 3. Uşaqlarda eşitmə qüsürünün yaranma səbəbləri.
Biz səslər aləmində yaşayırıq və bizim orqanizmimizə səs qəcəqlandırıcıları daima təsir döstərir. Əgər bu eşitmə duyğuları pozulursa, yaxud olmursa, uşağın ətraf aləmi dərk etməsi məhdudlaşır. Biz əvvəldən qeyd etdik ki, eşitmənin pozulması həm anadan gəlmə, həm də sonradan yarada bilir. Ənq əvvəl bu səbəblər əsasən uşağın erkən yaşlarında keçirilmiş xəstəliklər nəticəsində, (epidemik, minengit, qripp, qızılca, skarlatina və s.) yarana bilər. Bundan başqa müxtəlif travmalar da eşitmənin itməsinə gətirib çıxara bilər. Müxtəlif kimyəvi zəhərlənmələr, həddən artıq yüksək səs qıcıqlandırıcıları da eşitmənin pozulmasına səbəb ola bilər.Bəzən elə olur ki, uşaq eşitmə aparatının anomiyası ilə anadan olur. Məsələn: eşitmə sümükləri olmür və yaxud da bu sümüklər bir-öirinə bitişik olurlar, bəzən də eşitmə siniri inkişaf etmiş olmur və s.Bundan başqa eşitmə sinirinin iltihabı eşitmə qavrayışının pozulmasına səbəb olur ki, buna da n e v r i t deyildir. Nevrit bir çox infeksiya xəstəlikləri zamanı müəyyən dərmanların (məsələn, streptomesin, kanomesin, xinin, gentamesin və s. )böyük dazalarının qəbulu zamanı əmələ gələ bilər. Nevrit həmçmnin irsi xəstəliklər zamanı dı yarada bilər. Nefrit xəstəliyi zamanı eşitmə qabiliyyəti getdikcə zəifləyir və nəhayət karlıq əmələ gəlir. Bütün bunlar eşitmənin ya qismən, ya da tamamilə itməsinə səbəb olur.
Bu proses zamanı əvvəl yüksək tonlu səslərin qavranılması pozulur.
Kar və ağıq eşidən uşaqların əksəriyyətinin ağlı normada olur. Lakin bəzi hallarda məsələn: minengit, ensefalit xəstəliklərindən sonra eşitmə qabiliyyətini itirən uşaqlarda ağıldankəmlik müşahidə olunur. Əgər karlıq, yaxud ağıq eşimtmək nisbətən gec yaşlarda əmələ gələrsə, belə adamlarda bir sıra xüsusiyyətlər- məsələn: dapalılıq, hövsələsizlik, inamsızlıq və s. yarana bilər.
Plan 4 Eşitmə sistemində qüsur olan uşaqların quruplara bölünməsi.
Eşitmə sistemində qüsur olan uşaqları 3 əsas qrupa bölürlər.
Nitqsiz kar uşaqlar, yaxud kar-lallar.
Nitqi olan kar uşaqlar (onların karlığı sonradan yaranmışdır).
Zəif eşidən uşaqlar (ağır eşidənlər).
Birinci qrup uşaqlar nitqi eşidə bilmirlər. Nitqsiz kar uşaqlar anadangəlmə və sonradan-erkən yaşlarında olan kar olan uşaqlardır. Onlar danışıq qabiliyyətinə malik olmurlar, onları əhatə edənlərin nitqini eşitmirlər. Lakin bəzi fitləri, uğultuları qavrayırlar.
İkinci qrup uşaqlar eşitmə qavrayışını-nitqi əldə edəndən sonra itirmiş olunlar.
Üçüncü qrup-zəif eşidən uşaqlarda adından məlum olduğu kimi eşitmə tamamilə itmir, qismən qalır. Buna görə də ağır eşitməkliyin dərəcəsindən asılı olaraq az-çox nitqi əldə edirlər.
Həm kar, həm də zəif eşidən uşaqları öz növbəsində bir neçə qrupa bölünürlər:
Tamamilə kar uşaqlar-hansı ki, heç bir səs eşitmirlər.
Qeyri nitqi, səsləri eşidən uşaqlar-onlar səslərin tonlarını, fitləri və uğultuları eşidirlər.
Güclü sait səsləri eşidən uşaqlar-onlar a,o,u,i, səslərini eşidirlər.
Ayrı-ayrı hecaları və sözləri eşidən uşaqlar belə uşaqlar eşitmə qalıqlarından nitqin formalaşmasında istifadə edirlər.
Üçüncü qrup zəif eşidən uşaqları şərti olaraq 3 qrupa bölürlər.
1. Həddən artıq ağır eşidən uşaqlar: belə uşaqlar danışıq nitqini 2 metrdən az məsafədən qavrayırlar.
2. Orta dərəcəli ağır eşidən uşaqlar: onlar danışıq nitqini 5-6 metr məsafədən eşidirlər.
3. Yüngün dərəcəli ağır eşidən uşaqlar: onlar danışıq nitqini 10-12 metr məsafədən eşidirlər. Belələri nitqi müstəqil əldə edə bilirlər.
Yuxarıda qeyd etdiyimiz kimi ağır eşidən uşaqlarda eşitmənin qalıqları olur. Eşitmənin qalıqları nə qədər sox olarsa, nitq də bir o qədər yaxşı inkişaf etmiş olur. Deməli burada tərbiyənin böyük əhəmiyyəti vardır. Ağır eşidən uşaqlari skamyanın (partanın) birinci cərgəsində əyləşdirmək lazımdır. Orta və ağır eşidən uşaqların vəziyyəti nitbətən çətin olur. Onlar tərbiyəçinin və müəllimin köməyi olmadan nitqlərini inkişaf etdirə bilmirlər. Belələri əsasən, səsləri də düzgün tələffüz edə bilmirlər.
Plan 5. Xüsusi məktəblərdə təhsil alan eşitmə sistemində qüsur olan uşaqların nitq inkiqşafının xüsusiyyətləri və onların təlimi.
Belə uşaqlar üçün xüsusi uşaq bağçaları və məktəblər mövcuddur. Bu müəsisələrdə həm ağır eşidən, həm də kar uşaqlar təhsil alırlar. Burada kiçik uşaqlara erkən yaşlarından nitqi öyrədirlər. Belə müəsisələrdə uşaqlarda göomə, eşitmə və hərəki duyğulardan istifadə edirlər. Bu zaman uşaqların lüğət ehtiyatı tədricən zənginləşir. Burada pedaqoqun rolu böyükdür. Müəllim bir sözü uşağa aydınlaşdırarkən əyani olaraq bu sözə uyğyn əşyaları göstərir. Belə uşaqlar dilin qramm attik qruluşunu çox çətinliklə mənimsəyirlər.Çünki, burada nitqlə bərabər təfəkkür də tələb olunur. Bildiyimiz kimi uşaqda əyani-obrazlı təfəkkür üstünlük təşkil edir. Buna görə də uşaq ünsüyyət zamanı jestlərdən, mimikadan istifadə edirlər. Mimika söz nitqinə görə məhdud ünsüyyət formasıdır. O sözü əvəz edə bilməz və nitqin formalaşmasına mənfi təsir göstərir.
Sonradan kar olmuş uşaqda nitq artıq olur, buna körə də uşaq bağçasının və ailənin başlıca vəzifəsi bu nitqi qorumaq və inkişaf etdirməkdir. Bunun üçün də uşaqa sözləri danışan adamın dodaqlarından oxumağı və üzdə olan mimikaları oxumağı öyrətmək lazımdır.
Beləliklə, kar uşaqların nitqinin inkişafında əsas xüsusiyyətlələrdən aşaqıdakıları qeyd etmək olar;
1.Eşitmə qavrayışı nitqin formalaşmasında həlledici rol oynayır, bü da karlarda olmur.
2.Kar uşağın nitqşi öz-özünə inkişaf də bilmir.Nitq belələrində yalnız xüsusi təlim nəticəsində inkişaf edir.
3. Kar uşağın nitqinin inkişafının əsasını eşitmə duyğuları deyil, görmə, hərəki və taktil- vebrasiya duyğuları təşkil edir.
4. Kar uşaqların nitq praktikası kasıb və məhdud olur. Buna görə də ollarda nitq ünsüyyəti tələblərini yaratmaq, formalaşdırmaq əsas şərtlərdən biri sayılır.
5.Kar uşaqlarda nitqin inkişafı eşidən uşaqlara nisbətən gec başlayır.
6.Kar uşanlarda nitqin elə spesifik növləri- mimika, dodaqdan oxumaq formalaşır və inkişaf edir ki, onlar eşidən uşaqlarda olmur.