Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə130/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   126   127   128   129   130   131   132   133   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Azərbaycan dili 
də 
əsas fənn kimi keçilirdi. Bu məqsədlə azərbaycan dilində bir neçə dərslik də 
hazırlanmışdı. Rus qəza məktəblərində artıq 50-ci illərdə xeyli azərbaycanlı 
şagird də təhsil alırdı və 1857-ci ildə azərbaycanlı şagirdlərin sayı 148-ə 
çatmışdı. 
1872-ci 
il 
13 
may Əsasnaməsi 
ilə Şimali Azərbaycanın bütün qəza 
məktəbləri 6 illik təhsil verən 
pullu şəhər məktəblərinə 
çevrildi. 
1874-cü 
il 24 may Əsasnaməsi 
ilə 3 və 5 illik təhsil verən 
kənd ibtidai 
məktəbləri 
açıldı. Belə məktəblərdə kəndlilərin uşaqlan oxuyur və təhsil yalnız 
rus dilində aparılırdı. Ümumiyyətlə, ibtidai məktəblərin saxlanılması xərclərini 
yerli şəhər idarələri və yaxud kənd cəmiyyətləri ödəyirdi. 
Rusiya hökuməti tərəfindən Şimali Azərbaycanda gimnaziya tipli 
ilk 
rus dilli orta təhsil müəssisəsi 
1865-ci ildə açılmış Bakı Reaİnı məktəbi idi. 
1881-ci ildə isə Gəncədə də belə bir gimnaziya fəaliyyətə başladı. Qadınlara 
orta təhsil vermək üçün Bakıda 1874-cü ildə 
ilk qadın gimnaziyası 
(Nina qız 
məktəbi) açıldı. Orta məktəblərdə təhsil pullu idi və Universitetlərə qəbul 
olunmaq hüququ ancaq gimnaziya məzunlanna verilirdi. 
Azərbaycan məktəblərində dərs demək üçün müəllim kadrlannm 
hazırlanmasında 1876-cı ildə açılmış 
Qori müəllimlər seminariyasının, 
xüsusilə 
M.F.Axundovun 
və 
A.O.Çemyayevskinin 
səyləri ilə bu 
seminariyanın 1879-cu ildən fəaliyyətə başlayan 
Azərbaycan şöbəsi 
böyük rol 
oynamışdı. 1899-cu ilədək, yəni iyirmi il ərzində Qori seminariyasında 89 nəfər 
azərbaycanlı müəllim hazırlanmışdı. Azərbaycamn maarifçi ziyalılarının 
təşəbbüsü və inadkarlığı hesabına XIX əsrin 80-ci illərində 
rus - tatar 
məktəbləri 
açılmasına başlandı. Əsas məqsəd azərbaycanlı şagirdləri orta 
məktəbə hazırlamaq idi. tik belə məktəb Bakıda 1887-ci ildə gənc pedaqoqlar 
olan 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin