Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə138/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   134   135   136   137   138   139   140   141   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

dekabr 
ümumi tətili 
çar höküməti və sahibkarlar üzərində ilk böyük qələbə olub, 
Rusiyada 1905 - 1907-ci illər inqilabının başlanğıcı və müjdəçisi hesab edilir. 
Milli - azadlıq hərəkatının 
yeni mərhələsinin (1905 - 1917) başlanması 
1905-
ci ildə xalqımızın milli - azadlıq mübarizəsinin 1875-ci ildən 
başlayan 
milli oyanış mərhələsi 
başa çatdı və hərəkatın tamamilə keyfiyyətcə 
yeni bir 
formalaşma 
və 
təşkilatlanma mərhələsi 
başladı. 
1905-
ci ildə Peterburqda dinc nümayişçilərin çar höküməti tərəfindən 
amansızlıqla gülləbaran edilməsi - “9 yanvar qanlı bazar günü” hadisəsi ilə 
Rusiyada mütləqiyyətə qarşı inqilab başladı. Birinci rus inqilabı 1907- ci ilin 
iyun ayının 3-dək davam etmişdir. 
Rus inqilabının başlanması Şimali Azərbaycanda mütləqiyyətə, sosial 
və milli əsarətə qarşı azadlıq mübarizəsinə güclü təkan verdi. Çar höküməti 
milli - azadlıq hərəkatının qarşısını almaq üçün təcili tədbirlərə əl atdı. 1905- ci 
il fevralın 15-də müvəqqəti Bakı general qubernatoru vəzifəsi təsis edildi və çar 
II Nikolayın fərmanı ilə fevralın 18-dən Bakı şəhəri və Bakı quberniyasında 
hərbi vəziyyət elan olundu. Fevralın 26-da əvvəllər ləğv edilmiş canişinlik 
bərpa olunaraq 
İ.İ.Vorontsov-Daşkov 
Qafqaz canişini təyin edildi. 
1905 - 1907-ci illərdə çar hökümətinin milli - azadlıq hərəkatının tərkib 
hissəsi olan 
fəhlə tətilləri 
və 
nümayişlərinə, 
ölkəmizin əksər qəzalarını 
bürümüş kəndli çıxışlarına və xüsusilə 
qaçaq hərəkatına 
qarşı ordunun 
gücündən istifadə etməklə gördüyü cəza tədirləri istənilən nəticəni vermədi. Bu 
dövrdə milli - azadlıq hərəkatı öz kütləviliyi ilə seçilirdi. Xalqımızın bütün 
nümayəndələrinin fəal şəkildə qoşulduğu milli - azadlıq hərəkatına 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin