Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


§ 32. Azərbaycan Birinci Dünya müharibəsi dövründə



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə146/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   142   143   144   145   146   147   148   149   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


§ 32. Azərbaycan Birinci Dünya müharibəsi dövründə 
(1914 - 1918-ci illər) 
239 


1914-
cü ildə İngiltərə, Fransa və Rusiyanın daxil olduğu 
Antanta 
və 
Almaniya, Avstriya - Macarıstan və İtaliyanın üzv olduğu 
Üçlər ittifaqı 
adlı iki 
hərbi - siyasi blok arasında dünyamn yenidən bölüşdürülməsi, xammal bazası və 
satış bazarlarının ələ keçirilməsi uğrunda 
Birinci dünya müharibəsi 
başladı. 
1914-cü ilin oktyabrında Rusiya ilə savaşa başlayan 
Osmanlı imperiyası 
1915-ci ildə bir müttəfiqi olduğu Almaniyanın başçılıq etdiyi 
Dördlər 
İttifaqının 
əsas üzvlərindən birinə çevrildi. Hər iki hərbi - siyasi blokun 
müharibə planlarında həm Şimali, həm də Cənubi Azərbaycan və xüsusilə Bakı 
nefti çox önəmli yer tuturdu. Almaniya Cənubi Qafqazla bağlı planlarım 
Osmanlı imperiyası vasitəsilə reallaşdırmaq istəyirdi. 
Böyük dövlətlərdən 
yalnız Osmanlı imperiyasını Cənubi Qafqazın müsəlman -türk xalqlarının 
gələcək taleyi ciddi şəkildə maraqlandırırdı. 
Rusiyanın müstəmləkə zülmü 
altında əzilən müsəlman və 
türk xalqları 
rus əsarətindən xilas yolunu məhz 
Osmanlı dövlətinə arxalanmaqda görür və bütün ümidlərini Türkiyəyə 
bağlayırdılar. Müharibə göstərdi ki, çar Rusiyasının milli və dini ayrı - seçkilik 
siyasətinə məruz qoyduğu Azərbaycan xalqının içərisində heç bir dayağı 
yoxdur, əksinə Şimali Azərbaycanda xalqın geniş təbəqələri arasında 
antirus 
əhval - ruhiyyəsi 
getdikcə güclənməkdədir. Keçmiş "Difai" partiyasının 
üzvlərinin Osmanlı dövlətinə 1915-ci ilin fevralında nümayəndə kimi 
göndərdiyi Aslan xan Xoyski hərbi nazir Ənvər paşadan müstəqil Qafqaz 
müsəlman dövlətinin qurulmasına razılıq almalı idi. Ənvər paşa 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin