Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


§ 33. XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə148/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   144   145   146   147   148   149   150   151   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


§ 33. XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti 
243 


Maarif.
XX əsrin əvəllərində Azərbaycanda xalq təhsilinin inkişafını 
əngəlləyən əsas amillərdən biri hökumətin bu sahəyə çox az vəsait ayırması, 
digəri isə təhsilin daha çox rus dilində olması və ruslaşdırma məqsədinə xidmət 
etməsi idi. Azərbaycanın görkəmli şəxsiyyətləri və maarifpərvər ziyalıları çox 
ağır müstəmləkə şəraitində xalqımızda milli ideologiyanı formalaşdırmaq və 
mənəvi dəyərlərimizi qoruyub saxlamaq üçün bütün mümkün vasitələrdən 
istifadə edirdilər. Bu məqsədlə onlar milli məktəblərin açılmasına çalışır, milli 
ruhda dərslik və proqramlar yazırdılar. Azərbaycan müəllimlərinin 1906-cı ildə 
keçirilmiş I qurultayında yeni tipli məktəblərin açılması, icbari ibtidai təhsilə 
keçilməsi, təhsilin ana dilində aparılması, ibtidai rus məktəblərində uşaqlara ana 
dili və şəriət dərslərinin öyrədilməsi kimi çox mühüm tələblər irəli sürülmüşdü. 
Şimali Azərbaycanda ibtidai məktəblərə nisbətən orta və natamam orta 
məktəb şəbəkəsi çox məhdud idi. 1908-ci il məlumatına görə, Bakı və Gəncə 
qubemiyalannda 8 orta məktəbdə (5 kişi, 3 qadın gimnaziyasında ) 5520 şagird 
təhsil alırdı. 
Çar hökumətinin 1912-ci il məktəb Əsasnaməsinə görə şəhər 
məktəbləri yuxarı sinifli ibtidai məktəblərə çevrilmişdi. İbtidai məktəbləri 
bitirən şagirdlər yuxarı sinifli ibtidai məktəblərə daxil olaraq burada 4 il təhsil 
almalı idilər. 
Dini mövhumat üzündən qız uşaqlarını dünyəvi məktəblərə cəlb etmək 
çox çətin idi. Ancaq dövrün ali ruhanilərindən Şeyxül - islam Axund 
Əbdülsalam Axundzadə, Molla Məhəmməd Pişnamazzadə və başqaları yüksək 
təhsil görmüş ziyalılar kimi əsl islam elikamlarına əsaslanaraq hər bir 
müsəlmanın təhsil almaq hüququnu müdafiə edirdilər. Vətənpərvər xeyriyyəçi 
Hacı Zeynalabdin Tağıyevin 1901-ci ildə Bakıda ilk rus-müsəlman qız 
məktəbini açdırması çox mütərəqqi hadisə idi. 1916-cı ildə yuxarı sinifli ibtidai 
məktəbə çevrilən bu tədris ocağında 104 qız oxuyurdu. Bunun ardınca 1902-ci 
ildə Gəncədə açılmış məktəbdə yalnız azərbaycanlı qızlar təhsil alırdılar. 
XX əsrin əvvəllərində Şimali Azərbaycandakı məktəblərdə dərs 
deyəcək azərbaycanlı müəllim kadrlarına böyük ehtiyac var idi. Qori 
Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi bu ehtiyacı ödəmək iqtidarında 
deyildi. Görkəmli maarifçimiz Firudin bəy Köçərli Azərbaycan şəhərlərinin 
birində belə bir seminariyanın açılmasının vacibliyini irəli sürmüşdü. 8 illik 
yazışmalardan sonra nəhayət ki, hökumətin razılığı ilə 1914-cü ildə Gəncədə
1916-
cı ildə isə Bakıda Müəllimlər Seminariyası fəaliyyətə başlamışdı. 
XX əsrin ilk onilliklərində dini təhsil müəssisələrinin sayı artmaqda idi. 
1914- cü il məlumatına görə, Bakı və Gəncə quberniyalarında 800-dən çox dini 
məktəb və mədrəsələrdə 16 min nəfərə yaxın şagird təhsil alırdı. 
1917-
ci ildə Şimali Azərbaycandakı dünyəvi və dini təhsil müəssisələrində 
birlikdə 100 min nəfərdən çox şagird oxuyurdu. 
Elnu
Bu dövrdə Şimali Azərbaycanda elmi ictimaiyyət arasında 
244 


Həsən bəy Zərdabi, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə böyük şöhrət 
qazanmışdılar. Fransanın Sarbonna Universitetini bitirmiş Əhməd bəy Ağayevi 
bir şərqşünas və ədəbiyyatşünas alim kimi təkcə Rusiyada deyil, Yaxın və Orta 
Şərqdə, hətta Qərbi Avropada yaxşı tanıyırdılar. Əvvəl Peterburq 
Universitetində təhsil almış, sonra isə İstanbul Universitetinin hərbi tibb 
fakültəsini bitirmiş və həmin universitetin professoru olmuş Əli bəy Hüseynzadə 
elmi araşdırmaları ilə Şərq və Qərb ölkələrində böyük şöhrət qazanmışdı. 
Fransanın Sarbonna Universitetini bitirmiş M.A.Şahtaxtinskinin əsərləri fransız 
alimləri tərəfindən çox yüksək qiymətləndirilmişdi. 
İbrahim ağa Vəkilov, Qafur Rəşad Mirzəzadə Rusiya coğrafiya elminin 
inkişafı üçün böyük xidmətlər göstərmişdilər. Azərbaycan ədəbiyyatı tarixi 
elminin əsası görkəmli Firudun bəy Köçərli tərəfindən qoyulmuşdu. Bu dövrdə 
tarix elminin inkişafında Rəşid bəy İsmayılovun və Şeyx Həsən Mollazadənin 
rolunu xüsusi qeyd etmək lazımdır. Mollazadənin Azərbaycan dilində yazdığı 4 
cilddən ibarət "Tarixlərin ən yaxşısı" əsərində xalqımızın tarixinin taleyüklü 
məsələlərinə xüsusi diqqət yetirilmişdir. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin