Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə151/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   147   148   149   150   151   152   153   154   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


§ 34. Fevral inqilabından sonra 
Şimali Azərbaycanda ictimai - siyasi vəziyyət 
Şimali Azərbaycanda milli - azadlıq hərəkatı 1917-ci ildən keyfiyyətcə 
yeni bir mərhələyə daxil oldu. Bu, ilk növbədə Rusiyada baş vermiş çox ciddi 
siyasi dəyişikliklərlə bağlı idi. 1917-ci ilin fevral ayının 27-də Rusiya 
imperiyasının paytaxtı Petroqradda qələbə ilə başa çatan inqilab nəticəsində çar 
II Nikolayın hakimiyyətinə son qoyuldu. Rusiyada mütləq monarxiya rejiminin 
devrilməsi və ölkəni "xalqlar həbsxana"sına çevirən Roma- novlar sülaləsinə 
son qoyulması Şimali Azərbaycanda da böyük sevinclə qarşılandı. "Molla 
Nəsirəddin" jurnalı mütləqiyyətin devrilməsini Azərbaycan xalqı üçün 
xoşbəxtlik hesab etmişdi. M.Ə.Rəsulzadə isə yazırdı ki, "1917-ci il inqilabı 
məhkum siniflərə hürriyyət, məhkum millətlərə isə muxtariyyət verəcəkdir". 
Fevral inqilabı nəticəsində Rusiyada hakimiyyətə gəlmiş burjuaziya və 
mülkədarların nümayəndələri Müvəqqəti Hökuməti təşkil etdilər. Müvəqqəti 
Hökumətin 1917-ci il martın 9-da verdiyi qərarla Qafqaz canişinliyi ləğv edildi 
və onun yerində Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı. Cənubi Qafqazı idarə 
etməli olan bu komitənin tərkibinə IV Dövlət Dumasının beş yerli üzvü, o 
cümlədən bizim deputatımız Məmməd Yusif Cəfərov da daxil edilmişdi. 
1917-ci il martın 17-də Müvəqqəti Hökumətin Bakıda yerli hakimiyyət 
orqanı olan İctimai Təşkilatların İcraiyyə Komitəsi yaradıldı. Mart 
249 


ayında Azərbaycanın əksər qəza mərkəzlərində və şəhərlərində belə icraiyyə 
komitələri təşkil olundu. İnqilaba qədər gizli fəaliyyət göstərən milli partiyalar 
açıq işə keçdilər. M.Ə.Rəsulzadənin başçılıq etdiyi "Müsavat" partiyası açıq 
fəaliyyətə keçərək Rusiyada burjua respublikası yaradılmasının tərəfdarı 
olduğunu bildirmişdir. 
1917-ci il martın sonunda Gəncədə 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin