Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə153/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   149   150   151   152   153   154   155   156   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

"əvvəl türklük, sonra isə 
müsəlmanlıq" 
ideyasını rəhbər tutan M.Ə.Rəsulzadə artıq bütün Rusiyanın 
türk və müsəlman xalqlarının azadlıq mübarizəsini istiqamətləndirə bilən liderə 
çevrilmişdi. Qurultaydan sonra, 1917-ci il iyun ayının 20-də "Müsavat" və 
"Türk federalistləri" partiyaları məqsəd və mənafe ümumiliyinə görə bir 
partiyada birləşərək bundan sonra "Türk federalistləri Müsavat" partiyası 
adlandırıldı. 
Fevral inqilabının verdiyi imkanlardan bəhrələnən 
sosial - demokrat 
yönümlü qüvvələr, 
bu dövrdə fəhlə hərəkatının genişlənməsindən istifadə edən 
və daha çox rusdilli əhali içərisində müəyyən sosial bazaya malik olan 
bolşeviklər, 
"vahid və bölünməz Rusiya" ideyasım təbliğ edən 
eser - menşevik 
- daşnak bloku 
xalqımızın milli - azadlıq mübarizəsi yolunda əsas maneəyə 
çevrilmişdi. İnqilabdan sonra Şimali Azərbaycanda genişlənən inqilabi 
hərəkatdan istifadə edən həmin antimilli qüvvələr 1917-ci il martın 6-da Bakıda 
Fəhlə Deputatlan Soveti adlanan bir yabançı qurum yaratmışdılar. Bu Sovetin 
tərkibinə bir nəfər də olsun, azərbaycanlı seçilməmişdi. 
250 


Rusiya Sosial Demokrat Fəhlə Partiyasının (RSDFP) Bakı 
Komitəsindən ayrılıqda fəaliyyət göstərən "Hümmət" təşkilatımn tərkibindən 
ayrılan bir qrup 1917-ci ildə "Ədalət" təşkilatı adlanaraq Cənubi Azərbaycandan 
gələn fəhlələr arasında inqilabi iş aparırdı. "Hümmət" təşkilatından 1917- ci ildə 
qopub ayrılan daha bir qrup isə "Birlik" adlandırılmışdı. "Birlik" təşkilatı 
Volqaboyundan Bakıya gələn müsəlman fəhlələr içərisində inqilabi ideyaları 
yaymaqla məşğul idi. 
Fevral inqilabından sonra Şimali Azərbaycanda genişlənən milli - 
azadlıq mübarizəsi 3 əsas yöndə aparılırdı. Milli - azadlıq hərəkatı ilk növbədə 
Müvəqqəti Hökumətin Cənubi Qafqazda Azərbaycan türkləri ilə bağlı milli 
ayn-seçkilik və müstəmləkəçilik siyasətinin qarşısının alınmasına, ikincisi, 
Azərbaycan xalqının milli mənafeyinə zidd fəaliyyət göstərən, tərkibi və rəhbər 
heyəti rus və ermənilərdən ibarət olan Bakı Sovetinin fəaliyyətinin qarşısının 
alınmasına, üçüncüsü, imperiyanın dağılması ərəfəsində Azərbaycan türklərinə 
qarşı ruslarla eyni cəbhədə birləşən ermənilərin törətdiyi milli qırğınların 
qarşısını almaq üçün bütün təbəqələrin birliyinin təmin olunmasına yönəlmişdi. 
Xalqımızın amansız düşməni Stepan Şaumyanm başçılıq etdiyi Bakı 
Soveti milli partiyaların nüfuzunun artmasından, xüsusilə "Müsavat" 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin