Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə150/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   146   147   148   149   150   151   152   153   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Ədəbiyyat
XX əsrin əvvəllərində çox sürətlə inkişaf edən Azərbaycan 
ədəbiyyatında tənqidi realizm apancı istiqamətə çevrilmişdi. Bu ədəbi 
istiqamətin əsas məqsədi mütləqiyyət idarə üsulunu ifşa etməkdən və qabaqcıl 
ictimai - siyasi ideyaları yaymaqdan ibarət idi. 
Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olan görkəmli ədibimiz 
Cəlil Məmmədquluzadənin (1869 - 1932) "Poçt qutusu", "Usta Zeynal", 
"Qurbanəli bəy" hekayələri və "Ölülər" pyesi ədəbiyyatımızın qızıl fonduna 
daxil edilmişdir. Bu əsərlərdə yazıçı çar hökumətinin müstəmləkə siyasətini. 
Şərq despotizmini kəskin tənqid etməklə kifayətlənməmiş, hər cür özbaşınalığa 
və xalqın hüquqsuz vəziyyətə salınmasına qarşı çıxmışdır. 
XX əsr Azərbaycan ədəbiyyatında realist şerin ən böyük zirvəsini 
Mirzə Ələkbər Sabir (1862 - 1911) fəth etmişdir. Böyük şairin yaratdığı "Sabir 
ədəbi məktəbi"nin Mirzə Əli Möcüz, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi çox 
qüdrətli nümayəndələri Azərbaycan satirik şerinin ən gözəl nümunələrini 
yaratmışlar. Sabir ən yaxşı şerlərini xalqa həsr etmişdir. Onun şeir 
246 


lərində xalqımızın istək və arzuları, azadlıq ideyalan tərənnüm olunmuşdur. Hər 
cür zülmə və ictimai ədalətsizliyə qarşı çıxan şair şerlərində çar hökumət 
orqanlarının özbaşınalıqlarını və məmurların rüşvətxorluğunu ifşa etmişdir. 
Xalq azadlıq hərəkatını alqışlayan şair mütləqiyyət quruluşunu, Şərq 
ölkələrində mövcud olan sultan və şah rejimlərini kəskin satira atəşinə 
tutmuşdur. 
XX əsr Azərbaycan ədəbiyyatında realizmin inkişafında Əbdürrəhim 
bəy Haqverdiyevin xidmətlərini unutmaq olmaz. 1907-ci ildə yazdığı "Ağa 
Məhəmməd şah Qacar" əsərində bir despotun böyük bir xalq üzərində ağalıq 
etdiyi mürtəce idarə quruluşu tənqid olunmuşdur. Yazıçımn bu əsəri uzun 
müddət Azərbaycanın teatr səhnəsindən düşməmişdi. Ə.Haqverdiyevin 
"Xortdanın cəhənnəm məktubları", "Marallarım", "Bomba" kimi yüksək bədii 
dəyəri ilə seçilən əsərləri klassik Azərbaycan nəsrinin çox qiymətli inciləri 
hesab olunur. 
Realist nəsrin başqa bir nümayəndəsi olan Məmməd Səid Ordubadi 
1907-
ci ildə "Bədbəxt milyonçu" əsərini çap etdirərək milli romanın ilk 
nümunəsini yaratmışdır. Tənqidi realizmin nümayəndələrindən biri olan 
Əliqulu Qəmküsar Cənubi Azərbaycanda və Türkiyədə baş verən inqilabi 
hadisələrə çoxlu şeir həsr etmişdir. "Molla Nəsrəddin" məktəbinin başqa bir 
nümayəndəsi Əli Nəzmi də dövrün ictimai-siyasi problemlərini diqqətdən 
kənarda qoymamış, əsərlərində Rusiya hökumətinin yeritdiyi milli ayn- seçkilik 
siyasətini kəskin şəkildə tənqid etmişdir. Şair yazırdı: 
Ölkəmizdə mövcud olan hürriyyət. 
Millətlərə böylə edilsin qismət. 
Qreklərə hər nə desə, çal çəpik 
Azərbaycan türklərinə vur təpik. 
Ağ ruslara mümtaziya, ağalıq 
Ermənilərə imperiyada darğalıq. 
Azərbaycanda bir neçə romanın müəllifi kimi tamnan Təbrizli Mirzə 
Əbdürrəhim Talıbov böyük ədib olmaqla yanaşı, həm də məşhur alim və 
publisist idi. 
Ədəbiyyatımızda mütərəqqi romantizmin Məhəmməd Hadi, Hüseyn 
Cavid, Abbas Səhhət, Abdulla Şaiq kimi nümayəndələri əsərlərində Rusiya 
hökumətinin müstəmləkəçilik siyasətini ifşa etməklə kifayətlənməyərək 
Vətənimizin azadlığı ideyasını tərənnüm edirdilər. 
İncəsənət,
XX əsrin əvvəllərində Azərbaycan incəsənəti özünün yeni bir 
inkişaf mərhələsinə daxil oldu. İncəsənətin ən çox inkişaf etmiş sahələrindən 
biri milli teatr sənəti idi. 1904-cü ildə "Müsəlman dram artistləri cəmiyyəti" 
yaradılmışdı. Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, Sidqi 
Ruhulla, Hüseynqulu Sarabski və başqaları Azərbaycan milli teatrının ən 
istedadlı aktyorları səviyyəsinə qalxmışdılar. Teatr tariximizdə milli səhnənin 
ilk peşəkar aktyoru Hüseyn Ərəblinski 1916-cı ildə C.Məmməd- quluzadənin 
"Ölülər" pyesini tamaşaya qoymuş və həmin ildə "Neft və milyonlar 
səltənətində" adlı Azərbaycan filminin çəkilişində yaxından iştirak 
247 


etmişdi. 
Azərbaycan teatrının repertuarında əsas yeri milli dramaturqlarımızdan 
Nəcəf bəy Vəzirov, Ə.Haqverdiyev və C.Məmmədquluzadənin əsərləri tutsa da, 
Avropa klassiklərindən F.Şillerin "Qaçaqlar", V.Şekspirin "Otello" əsərləri də 
tamaşaya qoyulurdu. 
1909-cu ildə Şimali Azərbaycandan olan aktyorların yaxından 
köməyilə Təbrizdə teatr təşkil olunmuşdu. Tarixi paytaxtımız Təbriz şəhərində 
ilk teatr binası 1916-cı ildə tikilmişdi. 1912-ci ildə səhnə fəaliyyətinə başlayan 
Şövkət Məmmədovanı təqib və hədə - qorxular belə, seçdiyi yoldan döndərə 
bilmədi. Ş. Məmmədovaya qədər Azərbaycan səhnəsində qadın rollarını da 
kişilər oynayırdılar. 
XX əsrin əvvəllərində Azərbaycan musiqi sənəti də öz inkişafında yeni 
bir mərhələyə daxil oldu. Azərbaycanın qədimdən xalq musiqisi növü olan aşıq 
sənətinin Əsəd Abbasqulu, Hüseyn Bozalqanlı, Aşıq Qurban kimi məşhur el 
sənətkarları yetişmişdi. Musiqimizin başqa bir qolu olan muğam sənətinin 
inkişafında xanəndələrdən Cabbar Qaryağdıoğlu, İslam Abdullayev, Mirzə 
Muxtar, Məşədi Cəmil, Seyid Mirbabayev, Ələsgər Abdullayev, tarzən Qurban 
Pirimov kimi nümayəndələri milli musiqimizin inkişafında mühüm rol 
oynayırdılar. Adı çəkilən xanəndələrdən biri - Cabbar Qaryağ- dıoğlu (1868 - 
1944) böyük bir bəstəkar, musiqi yaradıcısı və ustad sənətkar kimi tanınmışdı. 
Təsadüfi deyil ki, onu "müasir muğam sənətimizin babası" adlandınrlar. Böyük 
rus şairi Yesenin 64 yaşlı bu ustad xanəndəni dinləmiş və heyrətə gələrək onu 
"Şərq musiqisinin peyğəmbəri" adlandırmışdı. Dünyada məşhur olan rus 
musiqiçisi, səsinin böyük tembri ilə tanınan F.Şalyapin Cabbar Qaryağdıoğlu 
ilə səsinin gücünü yoxlamaq üçün şamı söndürmə yarışına girmiş və 
uduzmuşdu. Cabbar Qaryağdıoğlunu və Keçəçi oğlu Məhəmmədi tarda 
müşayiət edən tarzən Mirzə Fərəc bu musiqi alətinə altıncı ağ kök simini əlavə 
etmişdi. Cənubi Azərbaycan torpağının yetirməsi olan Əbülhəsən xan Azər 
bütün Qafqazda tanınmış ustad xanəndələrdən biri idi. 
Milli musiqimizin inkişafında məşhur bəstəkarımız Üzeyir 
Hacıbəyovun əvəzsiz xidmətləri olmuşdur. Onun yaratdığı ilk milli operamız 
olan "Leyli və Məcnun " 1908-ci il yanvarın 12-də Bakıda tamaşaya 
qoyulmuşdu. Milli operanın yaradılması təkcə Azərbaycanda deyil, bütün 
Müsəlman Şərqində çox böyük tarixi və mədəni hadisə idi. Bu operadan sonra 
Ü.Hacıbəyov 1909 - 1916-cı illərdə 5 opera və 3 musiqili komediya yaratmışdı. 
"Əsli və Kərəm" operası, "O olmasın, bu olsun" və "Arşın mal alan" musiqili 
komediyaları müəllifinə böyük şöhrət qazandırmışdır. 
Bəstəkar Zülfüqar Hacıbəyov bir neçə opera və musiqili komediya 
yaratmışdı. Digər bəstəkarımız Müslüm Maqomayevin 1916-cı ildə Bakıda 
tamaşaya qoyulmuş "Şah İsmayıl" operası Azərbaycan musiqi sənətinin qızıl 
fonduna daxil edilmişdir. 
XX əsrin əvvəllərində Azərbaycanın ilk jıeşəkar rəssamı Bəhruz 
248 


Kəngərli (1892 - 1922) 1915-ci ildə Zaqafqaziyada yeganə olan Tiflis 
Rəssamlıq Məktəbini bitirmişdi. Cəmi 30 il ömür sürmüş rəssamdan 300-dən 
çox rəsm əsəri və karikatura qalmışdır, 
Azərbaycanda satirik qrafikanın inkişafında böyük rol oynayan rəssam 
Əzim Əzimzadə (1880 - 1943) "Molla Nəsirəddin " jurnalında 20 ildən çox 
əməkdaşlıq etmişdi. Onun 1914-cü ildə böyük şairimiz M.Ə.Sabirin "Hop - 
Hopnamə"sinə çəkdiyi illüstrasiyalar rəssama böyük şöhrət qazandırmışdı. 
XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq sənəti 
milli və Avropa memarlıq ənənələri əsasında inkişaf edərək yüksək səviyyəyə 
çatmışdı. Ali təhsil almış ilk azərbaycanlı memarlar Zivər bəy Əhməd- bəyov, 
İsmayıl bəy Hacınski və başqaları o dövrün görkəmli memarları kimi tanınan 
t.Qoslavski, İ.Ploşko və başqaları ilə çiyin - çiyinə çalışırdılar. Bu çalışmaların 
nəticəsində Bakıda milli romantik üslubda Musa Nağıyevə məxsus məşhur 
"İsmailiyyə" binası, H.Z.Tağıyevə və Murtuza Muxtarova məxsus saraylar 
tikilmişdi. Həmin tikililər XX əsr Azərbaycan memarlığının inciləri hesab 
olunur. 
XX əsrin əvvəllərində istifadəyə verilmiş Şəhər Dumasının, İctimai 
Məclisin, Opera və Balet teatrının gözəl tərtibatlı binaları, "Təzə Pir" məscidi, 
Tağıyevin qız məktəbi və başqaları Bakının yaraşığına çevrilmişdi. 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin