Nəsib bəy Usubbəylinin başçılığı
ilə daha bir milli təşkilat - "Türk federalistləri" partiyası yaradıldı.
1917-
ci ilin mart ayının 27-də müsəlman milli təşkilatları öz
qüvvələrini birləşdirərək
Müsəlman Milli Şurasının İcraiyyə Komitəsini təşkil etdilər. Şurada ən böyük nüfuza malik təşkilat "Müsavat" partiyası idi.
Qafqaz müsəlmanlarının aprel ayının 15-dən 20-dək Bakıda keçirilən
qurultayında "Müsavat" partiyası ilə
”Türk federalistləri" partiyası eyni
mövqedən çıxış edirdilər. Qurultayda hər iki partiyamn təsiri ilə qəbul edilən
qərarda
Rusiyada federativ əsaslarla demokratik respublikanın yaradılması müsəlman xalqlarının mənafeyini ən yaxşı təmin edən idarə
forması kimi qəbul olunmuşdu. Azərbaycanın milli demokratları yaxın
gələcəkdə qurula biləcək Rusiya Respublikasının tərkibində
türk və müsəlman xalqlarına birinci addım kimi
milli - ərazi muxtariyyəti verilməsi tələbini də
məhz bu qurultayda irəli sürmüşdülər. Ümumirusiya müsəlmanlarının 1917- ci
il mayın 1-də Moskvada keçirilən qurultayında əsas məruzə ilə çıxış edən
M.Ə.Rəsulzadə türk xalqları üçün
milli - ərazi muxtariyyətinin tələb
edilməsinin zəruriliyini tutarlı dəlillərlə əsaslandırmışdı. Tatar burjuaziyasının
qurultayda iştirak edən nümayəndələrinin lideri
Əhməd Salihov Rusiyanın bir
millətli, yəni unitar dövlət kimi saxlanılması, müsəlman xalqlarına isə yalnız
mədəni muxtariyyət verilməsi tələbi ilə çıxış edirdi. 1917-ci il may ayının 7-də
qurultayda keçirilən səsvermədə M.Ə.Rəsulzadənin
milli - ərazi muxtariyyəti təklifi
mədəni muxtariyyət tərəfdarlarının 271 səsinə qarşı böyük üstünlüklə -
446 səslə qəbul edildi. Qurultay göstərdi ki,