bütün Azərbaycanı işğal etmək
planını
həyata keçirmək üçün türk xalqının qəddar düşməni Androniklə də sıx əlaqə
saxlayırdı.
Ümumiyyətlə,
Bakı XKS
qondarma bir qurum olub, Azərbaycan
mühitinə tamamilə yad idi, antiazərbaycan mahiyyəti daşıyırdı, sosial bazası
çox zəif olub, heç bir milli dayağa malik deyildi.
§ 35. Cənubi Azərbaycanda
milli-azadlıq hərəkatı (1917 - 1920-ci illər). Ş.M.Xiyabani
Birinci Dünya müharibəsi (1914 - 1918)
Qacar (indiki İran)
səltənətinin
tərkibində olan
Cənubi Azərbaycana
böyük fəlakətlər gətirdi.
Qacar hökumətinin yarıtmaz siyasəti nəticəsində Cənubi Azərbaycan əvvəl -
1915- ci ildə ruslar, 1917 - 1918-ci illərdə isə ingilis qoşunlan tərəfindən işğal
olunmuşdu. Ölkədə iqtisadi böhran dərinləşmiş, əhalinin sosial vəziyyəti xeyli
ağırlaşmışdı. Xarici işğalçılann ağalıq etdiyi bir şəraitdə Qacar hökuməti
Azərbaycan türklərinin,
nəinki hüquqlannı qoruya bilmirdi, hətta onların
təhlükəsiz yaşamaq hüququnu belə təmin etmək iqtidannda deyildi. 1918-ci ilin
yaz - yay aylarında erməni daşnak qüvvələri Cənubi Azərbaycanın
Urmiya,
Xoy, Salmas
və
Təbriz şəhərlərində
müsəlman türk əhaliyə qarşı kütləvi
qırğınlar və talanlar törətmişdilər. 1918-ci ilin müqəddəs
Novruz bayramı
günü
- martın 21-də
Urmiyada
törədilən qırğının miqyası daha böyük
olduğundan bu faciə tarixə
”Urmu bəlası"
kimi düşmüşdür. Həmin kütləvi
qırğında 10 min nəfərə yaxın Azərbaycan türkü qətlə yetirilmişdi.
Ümumiyyətlə,
Cənubi Azərbaycanda
erməni daşnak qüvvələri və onların
yardımçıları tərəfindən qətlə yetirilən Azərbaycan türkünün sayı
80 min nəfərə
çatırdı. Tehran hökumətinin gözü qarşısında törədilən kütləvi qırğınların
qarşısının alınmasında Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi
Azərbaycan Demokrat Partiyasının təşkil etdiyi silahlı qüvvələr və Osmanlı
Türkiyəsindən göndərilən qoşun dəstələri həlledici rol oynamışdı.
Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı 1917-ci ilin mayında şah
rejiminə və xarici işğalçılara qarşı Təbrizdə keçirilən mitinq və nümayişlərlə
başladı. Milli-azadlıq hərəkatı 1917-ci il avqustun 24-də İran Demokrat
Dostları ilə paylaş: |